Düşünürəm ki, indi şirkətləri təhlil edərkən insanların çoxunun diqqət yetirdiyi məqam, yəni gəlir və xərc hesabatı haqqında öyrənmək vaxtıdır. Gəlir hesabatı bir şirkətə baxdığınız zaman diqqət yetirəcəyimiz üç maliyyə hesabatından biridir. Digər ikisindən biri isə balans hesabatıdır, hansı ki maliyyə böhranı və digər məsələlər haqqında etdiyim izahatlarda ondan bir neçə dəfə istifadə etmişəm. Bu videoda gəlir hesabatının balans hesabatı ilə necə əlaqələndiyinə baxacağıq. Əsas üç hesabatın sonuncusu da pul vəsaitləri hesabatıdır. Buna daha sonra diqqət edəcəyik, çünki bu, gəlir hesabatına nisbətən biraz daha nüanslıdır. Gəlir hesabatı bir şirkətin müəyyən bir dövrdə nə qədər qazana biləcəyini bildirir və həmişə bir dövrə aiddir. Yəni bu gəlir hesabatı illik ola bilər. Məsələn, 2008-ci il üçün ola bilər. Gəlir hesabatı rüblük də ola bilər. Əsasən, bu, iki növ istifadə olunur. Lakin bəzən aylıq və ya altı aylıq gəlir hesabatları da olur. Ümumi format olduqca uyğundur, baxmayaraq ki bir biznesin nə etdiyindən asılı olaraq müxtəliflik çox olsa da, bu videoda elektronik cihaz satan bir şirkət üçün sadə bir gəlir hesabatını izah etmək istəyirəm. Beləliklə, bir cihaz satarkən ilk proses onu hazırlamaq və satmaqdır. Siz cihazı müştəriyə verirsiniz və onlar da sizə pul verir. Onların sizə verdikləri pul gəlir hesab olunur. Buna bəzən satış da deyirlər. Bu, sizə müəyyən bir müddətdə verdikləri puldur. Oradakı mühasiblərdən bəziləri deyir ki, bu, yalnız verdikləri pul deyil. Bu, müəyyən bir müddətdə qazandığınız puldur. Lakin nümunəmizdə, cihazı satanda verdikləri pulu qazandınız və bu da şatış gəliridir. Daha sonra gəlir və satışları hesablamaq üçün müxtəlif yollardan bəhs edəcəyik. Deyək ki, verilmiş gəlir və ya satış 2008-ci il üçün bir gəlir hesabatındadır. Beləliklə, 2008-ci ildə 3 milyon dollar dəyərində cihaz satdıq. Yəni deyək ki, bu, 3 milyon dollardır. Çox zaman şirkətlər üçün gəlir hesabatına nəzər yetirirsiniz. Əgər Yahoo!-da baxsanız, 3 milyon dollar əvəzinə orada 3000 dollar görəcəksiniz. Deyə bilərsiniz ki, bu şirkət, demək olar ki, heç nə satmır. Lakin rəqəmləri minliklərdə yazmaq onlarda bir standartdır. Yəni 3000 dedikdə 3000 minlik nəzərdə tutulur. Bu da 3 milyon edir. Böyük şirkətlərdə bəzən rəqəmlər milyonluqla yazılır. Yəni burada 3000 görürsünüzsə, əslində, o, 3 milyarddır. Yaxın gələcəkdə biz real gəlir hesabatlarına nəzər yetirəcəyik. Beləliklə, bu, bizə verdikləri pul miqdarıdır. Lakin, əldə etdiyimiz gəlir bu deyil, çünki cihazın hazırlanmasının xərcini də hesablamalıyıq. Birinin sizə 3 milyon dollar verməsi, sizin 3 milyon dollar qazanmağınız demək deyil. Bu pulun hamısı gəlir deyil. Gəlir hesabatında ilk baxmalı olduğunuz hissə, bu cihazların istehsal xərcləridir. Xərcləri çəhrayı ilə qeyd edək. Bu, bəzən satış dəyəri və ya satılan malların dəyəri kimi yazılacaqdır. Diqqət edilməli olan 2 nöqtə var. Burada dəyişkən bir xərc var, hansı ki hər bir cihaz üçün bir miqdar metal, bir miqdar enerji və boyalı bir cihazdırsa, bir miqdar boya sərf edilir. Malların xərcləri, yəni ki, alınan metal və boyanın və bu 3 milyon dollar dəyərindəki cihazları hazırlamaq üçün istifadə olunan elektrikin xərci, dəyişkən xərcdir. Bundan əlavə sabit xərcləriniz və ya nisbətən sabit xərcləriniz var. Burada yalnız fabrikin işlək qalması üçün neçə cihaz düzəltməyinizdən asılı olmayaraq hər il müəyyən qədər pul tələb olunur. Bu barədə daha da ətraflı danışacağıq, Amma sadə olsun deyə, cihazların hazırlanmasının bütün xərclərinin 1 milyon dollar olduğunu düşünək. Bəzən kimsə buna sadəcə 1 milyon dollarlıq bir xərc deyə bilər. Mən bunların xərc olduğunu xatırlamaq üçün, rəqəmin qabağına mənfi qoyuram. Gəliri azaldan hər faktora mənfi, artıran faktorlara isə müsbət işarəsi qeyd edirəm. Amma bunu etmək mütləq deyil. Bəzi insanlar buna 1 milyon dollarlıq müsbət bir xərc deyirlər, yəni bunu gəlirdən çıxırsınız. İstənilən halda, bunu anladığınızı düşünürəm. Xərclərinizi gəlirinizdən çıxsanız və ya bu iki rəqəmi toplasanız, ümumi gəlirinizi əldə edəcəksiniz. Hansı ki, bu nümunədə 2 milyon dollardır. Bu rəqəm, yalnız bu cihazların satışından nə qədər mənfəət əldə etdiyinizi bildirir. Beləliklə, nə qədər çox cihaz satsanız, əksər hallarda, bu rəqəm bir o qədər çox olacaqdır. Bu, vergilər və icraçı direktorun maaşı kimi bir şirkətin sahib olduğu bütün xərclərdən öncəki qazancınızdır. Əslində, icraçı direktorun maaşı bura daxil deyil. Çünki icraçı direktor əksər hallarda, fabrikə getmir və cihazın hazırlanmasına kömək etmir. İcraçı direktorun maaşı, maliyyə direktorunun maaşı və ya qərargah, həmçinin marketinq xərcləri də burada nəzərə alınmır. İnsanlara cihazı reklam eləmək burada nəzərə alınmır. Bunlar növbəti sırada qeyd edilir. Çox vaxt xərclər ayrı-ayrılıqda qeyd olunur. Marketinq və satış xərcləri buna nümunədir. Bundan əlavə, korporativ ofis, icraçı direktor, yeni işə alınan audit və mühasiblərin maaşları ümumi olaraq qeyd edilir. Bunları çəhrayı ilə edəcəyəm, çünki bunların hamısı xərcdir. Marketinq, satış və bəzən G&A görəcəksiniz. Bəzən isə SG&A görəcəksiniz. G&A ümumi və inzibati xərcləri bildirir. Bəzən bunun əvəzinə SG&A görəcəksiniz, bu satış, ümumi və inzibati xərcləri bildirir. Satış xərcləri, satıcıların aldığı komissiyalar, ölkələr üzrə səyahətləri və yemək xərcləri ola bilər. Ümumi və inzibati xərclərə isə korporativ ofisin və həmçinin bu səviyyədə olan bütün insanların xərcləri aiddir. Bu hissələrə özümdən rəqəmlər yazacağam. Deyək ki, marketinq sahəsində şirkət 500 000 dollar xərcləyir. Mən bunu mənfi olaraq qeyd edirəm ki, xərc olduğunu xatırlayım. Görəcəyiniz bəzi modellərdə - burada sadəcə 500 000 dollar xərc yazılacaq. Burada ümumi və inzibati xərclərdir. Lakin satış xərclərini ayrıca qeyd etmək istəyirəm. Deyək ki, satış xərcləri 200 000 dollardır. Ümumi və inzibati xərclər, korporativ ofislər və digərləri isə 300 000 dollardır. İndi isə bu işin əməliyyatlarından nə qədər pul qazandığını tapmağa hazırıq. Bu, əməliyyat gəlirləridir. Bu hissəyə diqqət yetirmək vacibdir, çünki çox adam deyir ki, bir şirkət bu qədər əldə etdi. Ümumi, əməliyyat, xalis və vergi öncəsi gəlirlər barədə eşidəcəksiniz. Bunların bir-birindən çox fərqli olduğunu başa düşmək çox çətindir, çünki hamısında "mənfəət" sözü var. Bütün bunların mənası nədir? Burada bunun çox fərqli mənaları ifadə etdiyini görürsünüz. İlk növbədə bunu hesablayaq, sonra isə əməliyyat və ümumi mənfəət arasındakı bütün fərqlər barədə danışarıq. Gəlin baxaq, 2 milyondan 1 milyon çıxmalıyıq. Düşünürəm ki, dolayı yolla beynim rəqəmləri çox gözəl uyğunlaşdırdı. Beləliklə, buradakı əməliyyat gəlirim 1 milyon dollar olur. Artıq mənfəət mövzusunda yeni bir nüansımız var. Sadəcə cihaz satışlarından 2 milyon dollar qazandım, ancaq o zaman şirkətin bütün xərclərini, yəni marketinq, satış, ümumi və inzibati xərcləri çıxardığınız zaman, mənim yalnız 1 milyon dollarım qalır. Bu, şirkətin fəaliyyətindən, aktivlərindən, biznesindən və ya müəssisəsindən əldə etdiyiniz mənfəətdir. Onun əmələ gətirdiyi budur. Əvvəl, bir çox balans hesabatı tərtib etmişəm və düşünürəm ki, başqa bir balans hesabatı hazırlamaq üçün yaxşı vaxtdır. Bir şirkətin bir sıra aktivləri var. Aktivlər və müəssisə dəyəri haqqında daha çox danışacağıq. Orada bir nüans var. Lakin əsasən şirkətin özünə fokuslanacağıq. Müəssisəyə necə ödənildiyini və necə maliyyələşdirildiyini düşünməzdən əvvəl, sadəcə müəssisənin özü, aktivləri barədə düşünün. Aktivlər əməliyyat mənfəətini yaradırlar. Bu, gələcəkdə aktivlərin qaytarılması haqqında danışarkən, bunu anlamaq üçün çox vacibdir. Əslində, bu barədə indi danışa bilərik. Deyək ki, əgər bu aktivlər üçün 10 milyon dollar ödəmişiksə və bu aktivlər ildə 1 milyon və ya bu ildə ən azı 1 milyon dollar gətirirsə -- çox vaxt qısaca ROA deyilən aktivlərin gəlirliliyini 1 milyon dolları 10 milyon dollara nisbəti olaraq tapa bilərik. Bu halda, aktivlərin gəlirliliyi 10 faizdir. 10 milyon dollarlıq bir investisiya üçün ildə 1 milyon dollar qazanırıq. Hər il aktivlərimizin investisiyasının 10 faizini geri alırıq. Aktivlərin gəlirliliyi ağlınızda saxlamalı olduğunuz yaxşı anlayışdır. Bu anlayış, bir şirkətin əməliyyat mənfəəti və həqiqi aktivləri ilə çox sıx bağlıdır. Öyrəndiklərimizdən və xüsusən də, bəzi digər iqtisadiyyat videolarımı izləmisinizsə, bütün şirkətlərin eyni formada maliyyələşdirilmədiyini bilirsiniz. Onların bir çoxunun borcu ola bilər. Deyək ki, şirkətin 10 milyon dollarlıq aktivi var idi, amma bunun üçün 5 milyon dollar borc ödədilər. Deyək ki, bu borcun faiz dərəcəsi 5%-dir. Gəlin daha rahat olması üçün, bunu 10% edək. Bu, əməliyyat gəliridir. Bu, aktivlərin özündən gələn puldur. Lakin bu, evə aparacağımız pul deyil, çünki bunun faizini ödəməliyik. Bu halda, bunu faiz xərci kimi qeyd edəcəyik. Aydın məsələdir ki, borcu olmayan bir şirkətin faiz xərcləri olmayacaq, amma bizim nümunədə borc var. Bu, illik gəlir hesabatıdır. Deyək ki, 5 milyon dollar borcumuz varsa və bunu 10% ilə ödəyiriksə, bu, illik 500 000 dollar edir. Beləliklə, əməliyyat mənfəətimizin yarısını banka qaytarmalıyıq. İndi isə vergi öncəsi gəlir barədə danışacağıq. Çıxma prosesini həyata keçirsək, 500 000 dollarımız qalır. Bunun vergi öncəsi olduğunu nəzərə alaraq növbəti sətirin nə olacağını təxmin edə bilərsiniz. Bu şirkət sahiblərinin hökumətə pul ödəmədən əvvəl əldə etdikləridir. Təxmin edə biləcəyiniz kimi, növbəti sətir vergilər olacaq. Deyək ki, vergi dərəcəsi 30%-dir. Siz burada bu rəqəmdən 30%-ni çıxacaqsınız. Bu rəqəmin 30%-i, yəni 500 000 dolların 30%-i 150 000 dollardır. Artıq işimiz bitdi. Nəhayət, ödəməli olduğumuz hər kəsə ödəniş etdik. Beləliklə, burada 3 milyon dollarla işə başladıq. Bir çox xərcləri ödəməyə davam etdik. Bəs indi nə qədər pulumuz qaldı? Xalis gəlirimiz 350 000 dollardır. Bu, şirkət sahiblərinə gedən puldur. Bu, xalis gəlirdir. Balans hesabatımıza qayıdaq, 10 milyon dollarlıq aktivimiz, 5 milyon dollar borcumuz var idi. Qalığın kapital olduğunu bilirik. Gəlin bunu canlı rənglə edək. Kapital qalıqdır. Deyək ki, bunun hamısı balans dəyərindədir. 5 milyon dollarlıq kapitalımız var. Balans dəyəri dedikdə, bu, mühasiblərimizin ödənişlərimizi bildirməklərinin başqa bir yoludur. Hesabatımızda olanlar budur. Amortizasiya və köhnəlmə barədə və bu dəyərləri necə dəyişdirə biləcəyimiz barədə daha sonra danışacağıq. Sadə dildə desək, əgər çıxıb 10 milyon dollar dəyərində əşya alsanız, bunu hesabatınıza 10 milyon dollarlıq aktiv kimi qeyd edəcəksiniz. 5 milyon dollarlıq bir kredit götürsə idiniz və ya sahib olduqlarınızın hamısını satmaq istəsə idiniz , 5 milyon dollar kapital əldə edərdiniz. Düşünürəm ki, bu, maraqlı mövzudur. Aktiv gəlirliliyindən istifadə etdikdən sonra əməliyyat mənfəətinə baxdıq, çünki bu, banka və ya başqa birinə ödəniş etmədən əvvəl şirkətimizin yaratdıqlarıdır. Bu rəqəmi bölünən olaraq götürdük və aktivlərin dəyərinə böldük. İndi isə kapital gəlirliliyi anlayışını izah edə bilərik. Kapital gəlirliliyini, bölünəni xalis gəlir, yəni 350 000 dollar, məxrəci isə kapitalımızın balans dəyəri, 5 milyon dollar götürərək tapırıq. Buradakı sıfırları ixtisar edək. Yəni bu, 35/500-dir. 35/500 7/100 ilə eynidir, beləliklə, kapital gəlirliliyi 7%-dir. Bu barədə çox dərinə getmək istəmirəm, çünki vaxt limitimi keçdiyimi görürəm. Lakin bu nöqtədə ən azından cihaz satan bir şirkətin əsas gəlir hesabatını yaxşı başa düşdüyünüzə inanıram. Gələcəkdə bir çox fərqli şirkətlərə, yəni maliyyə şirkətlərinə, sığorta şirkətlərinə, təbii qaz boru kəməri şirkətlərinə nəzər yetirəcəyik, hansı ki onlar tamamilə fərqli gəlir hesabatına sahib olacaq. Lakin bu, sizin üçün ümumi izah şablonudur. Ən azından gəlirlərin, ümumi gəlirin, əməliyyat gəlirinin, vergi öncəsi gəlirin və xalis gəlirin necə fərqli olduğunu görəcəksiniz. Mediada hər hansı bir şirkət bu qədər pul qazandığı barədə qarışıq məlumatlar qeyd olunur. Növbəti videoda görüşənədək, sağ olun.