Ölçüsü n=15 olan
bir seçmədən istifadə edərək
ortalama 98%-lik etibarlılıq dərəcəsi
yaratmaq üçün lazım olan mühüm t* dəyəri
aşağıdakılardan hansıdır?
Beləliklə, burada
ümumi bir toplu var.
Məsələn, bu ümumi toplunu
mü adlandıraq.
Bunun nə olduğunu bilmirik,
ona görə də seçmə götürürük.
Burada da seçmənin 15-ə bərabər olduğu verilib.
Beləliklə, n bərabərdir 15-ə. Bundan istifadə
edərək biz orta seçməni hesablaya bilərik.
Həmçinin bu orta seçmə üçün 98%-lik
etibarlılıq dərəcəsi yaratmalıyıq.
Beləliklə, burada orta seçmə və
plus minus xəta payı yazırıq.
Əvvəlki videolarda
xəta payını olduğundan kiçik götürməmək üçün
t paylanmasından istifadə etmişdik.
Yəni burada t ulduz vur
seçmənin standart kənarlaşması böl
kökaltında seçmənin ölçüsü yazırıq.
Yəni kökaltında n.
Biz isə burada
mühüm t* dəyərini tapmalıyıq.
Buradakı t* nədir?
Burada z cədvəli əvəzin ə
t cədvəlindən istifadə edəcəyik, lakin t cədvəlindən
istifadə edərkən əlavə bir dəyişənimiz olduğunu da
nəzərə almalıyıq. Bu,
sərbəstlik dərəcəsidir.
Bunu sd kimi də yazmaq olar.
Bu videoda sərbəstlik dərəcəsi
haqqında ətraflı danışmayacam.
Əslində, sərbəstlik dərəcəsi
olduqca geniş bir mövzudur.
Sadəcə burada seçmənin ölçüsündən və
sərbəstlik dərəcəsindən asılı
olaraq müxtəlif t paylanmaları var.
Sərbəstlik dərəcəsi
seçmənin ölçüsü çıx 1-ə bərabərdir.
Bizim misalda sərbəstlik dərəcəsi
15 çıx 1-ə bərabərdir.
Yəni, sərbəstlik dərəcəsi 14-dür.
Bunu birinci dəfədir görmürük.
Belə ki, seçmənin
standart kənarlaşması haqqında
danışdıqda biz sərbəstlik
dərəcəsi haqqında da danışmışdıq.
Növbəti videolarda
sərbəstlik dərəcəsi haqqında
daha da ətraflı danışacağıq.
Bu misalda isə bilmək lazımdır ki,
t-nin paylanmasının
sərbəstlik dərəcəsi
-
seçmənin ölçüsü çıx 1-ə bərabərdir və
etibarlılıq dərəcəsi yaradarkən buna ehtiyacımız
olacaq.
Gəlin indi t cədvəlinə baxaq.
Etibarlılıq dərəcəsini 98%,
sərbəstlik dərəcəsinin də 14 olmağını
istəyirik.
Budur, bu,
bizim t cədvəlimizdir.
Bu
t cədvəlində
burada etibarlılıq
dərəcələri verilib. Belə ki,
98%-lik etibarlılıq dərəcəsi üçün
bu sütuna baxırıq.
Budur, bu sütuna baxırıq.
Bu şəkildə də düşünə bilərik.
98%-lik etibarlılıq dərəcəsi
o deməkdir ki, paylanmanın quyruqlarında
1% boşluq qalacaq.
t paylanmasına baxdıqda
burada ehtimalın
0,01 olduğunu görürük.
Bir az fərqli rənglə yazaq.
Sağ quyruğun ehtimalını qeyd etdik.
Hər iki halda da bu sütuna baxırıq.
Etibarlılıq dərəcəsi 98%-dir.
Xatırladım ki, sərbəstlik dərəcəsi
14-dür.
Ona görə də bu sətrə baxacağıq.
Budur,
burada mühüm t dəyəri 2,624-ə bərabərdir.
Misala qayıdaq.
Düzgün cavab 2,264-dür.