Bizdən √100-ün nəyə bərabər olduğunu
tapmaq tələb olunur.
Gəlin bunu biraz böyük yazaq.
Kökaltı işarəsi böyük ✓ işarəsinə oxşayır.
Kökaltında 100.
Bu ifadə
müsbət kökaltı deməkdir.
Mənfi ədədlər haqqında anlayışınız varsa,
mənfi kökaltı ədədlər olduğunu da bilirsiniz,
ancaq bu işarə müsbət kökaltı ifadədir.
İnid isə gəlin misalın həllini tapaq.
Burada müsbət ədədi tapmalıyıq.
Həmin ədədi özünə vurduqda 100 alırıq.
Hansı ədədi özünə vurduqda 100 alınar?
Əgər 9-u özünə vursaq,
81 alınar.
10-u özünə vursaq,
100 alınar.
Gəlin bunu belə qeyd edək.
Bu hissəni keçə bilərsiniz.
Bunu başqa formada ifadə etmək mümkündü:
100 yazmaq əvəzinə, 10 x 10 yazmaq olar.
Bildiyiniz kimi, kökaltında vuruqların ikisi də
eyni olarsa, cavabda həmin vuruq alınar.
Cavab 10-a bərabərdir.
Yəni ✓100 10-a bərabərdir.
Və ya bunu başqa formada belə yazmaq olar:
10 kvadratı = 10 x 10
100-ə bərabərdir.