Süsənin imtahanı tamamlamaq üçün 96 dəqiqə vaxtı var. İmtahan 13:59-da başlayır. Süsən saat 16:00-da voleybol məşqində olmalıdır. İmtahanın sonu və voleybol məşqinin başlanğıcı arasında Süsənin nə qədər vaxtı var? Məsələni həll etməyə çalışaq. İmtahan 13:59-da başlayır. İmtahanın başlanğıc saatı qəribədir. Davam edək. Burada zaman şkalası çəkək. Bu, saat 14:00-dır. 15:00-ı da qeyd edək. 16:00-da Süsən voleybol məşqində olmalıdır. Bu, voleybol məşqinin başlanğıc saatıdır. Məşq saat 16:00-da başlamalıdır. İmtahan isə saat 13:59-da başlayır. Ədəd oxunu davam etdirək. Burada 13:00 qeyd edilir. İmtahan saat 13:59-da, yəni 14:00-dan 1 dəqiqə əvvəl başlayır. Bildiyiniz kimi 1 saat 60 dəqiqədir. 13:59 14:00-dan 1 dəqiqə əvvəldir. Zaman şkalasını həqiqi ölçüdə çəkmirik. Bu, 13:59-dur. 1 dəqiqədən sonra 14:00 olacaq. İmtahan 96 dəqiqə davam edir. 60 dəqiqədən sonra 15:00 olacaq. Bu, ümumi 61 dəqiqədir. Bu, 1 dəqiqədir. İmtahan başladığından bəri bu qədər vaxt keçib. Saat 1 dəqiqə sonra 14:00, 60 dəqiqə sonra 15:00-dır. 60 dəqiqədən sonra isə saat 16:00 olacaq. Yəni ümumi 121 dəqiqədən sonra. İmtahan müddəti 96 dəqiqədir. Həmin zamanı burada göstərə bilərik. Bu, 96 dəqiqədir. Nə qədər vaxt qalır? Bu məsafə nəyə bərabərdir? Bu iki zaman arasındakı fərq nəyə bərabərdir? Bunu müəyyən etmək üçün imtahan başladıqdan 96 dəqiqə sonra saatın neçə olduğunu tapmalıyıq. Saat 15:00-da imtahandan 61 dəqiqə keçmişdi. Bu vaxtdan etibarən imtahanın sonuna nə qədər vaxt qalıb? 96 çıx 61. Bu iki ədədin fərqini tapmaqla qalan vaxtı müəyyən edə bilərik. 96 çıx 61 = 35. Burada saat 15:35-dir. 15:35 və 16:00 arasındakı nə qədər vaxt var? 1 saat 60 dəqiqədir. 16:00 60-cı dəqiqədir. 60-dan 35 çıxsaq, 25 alınacaq. İmtahan bitdikdən sonra voleybol məşqinə getmək üçün Süsənin 25 dəqiqə vaxtı var. Məsələnin həllinə nəzər salaq. 13:59 və 14:00 arasında 1 dəqiqə var, buraya 60 dəqiqə əlavə edilir. Ümumi 61 dəqiqə alınır. 35 dəqiqədən sonra 96 dəqiqəlik imtahan bitir. Yəni imtahan 15:35-də bitir. 25 dəqiqə sonra isə saat 16:00 olacaq.