Videonu dayandırın və üçbucağın sahəsini tapmağa çalışın. Sizə 2 ipucu verəcəm. Birincisi, nəzərə alın ki, bu bərabəryanlı üçbucaqdır. İkincisi, Pifaqor teoremi sizə kömək ola bilər. Gəlin birgə baxaq. Xatırlayaq ki, üçbucağın sahəsi onun oturacağı və hündürlüyünün hasilin yarısına bərabərdir. Oturacağı məlumdur. Oturacağı buradır, 10 - dur. Bəs hündürlüyü neçədir? Hündürlüyünü başqa rənglə işarələyəcəm. Hündürlüyü buradakı xəttin uzunluğuna bərabərdir. Hündürlüyü tapsaq, oturacaq, yəni 10 - la hündürlüyün yarısını hesablayıb sahəni bilə bilərik. Bəs hündürlüyü necə tapaq? Burada yada salmaq lazımdır ki, üçbucaq bərabəryanlıdır. Bərabəryanlı üçbucağın yan tərəfləri bərabərdir. Həmçinin, oturacağa bitişik bucaqlar da bərabərdir. Əgər bura bir xətt çəksək, hansı ki üçbucağın hündürlüyüdür, bilirik ki, bu bucaqlar düz bucaq olacaq. Və əgər bizim 2 bucağı bərabər olan 2 üçbucağımız varsa, onda üçüncü bucaq da eyni olacaq. Beləliklə uyğun üçbucaqlar alınır. Digər tərəfdən, əgər bizim 2 üçbucağımız varsa, məlumdur ki, 2 ortaq bucağımız var və onlar arasındakı tərəf ortaqdır, və eyni uzunluqdadır, bu o deməkdir ki, bu üçbucaqlar uyğun üçbucaqlardır. Bilməyimiz yaxşı olar ki, bu uyğun üçbucaqların, hər ikisinin bir tərəfi 13 - dür və bu mavi rəngdəki tərəf ortaq tərəfdir. Beləliklə, hər ikisi yan tərəfi buradakı oturacağın, yəni 10 - un yarısına bərabər olacaq. Bu hissə və bu hissə 5 olacaq. Bunu necə bilə bildim? Deyə bilərsiniz ki, baxıb düz tapmaq olar. Amma diqqətli olmaq lazımdır. Dediyim kimi bu üçbucaqlar uyğun üçbucaqlardır, ona görə də 10 - u yarıya bölürlər. Əla! İndi isə Pifaqor teoremindən istifadə edərək mavi rənglə işarələdiyim bu tərəfi, yəni hündürlüyü tapaq. Hündürlüyü h ilə işarə etsək, Pifaqor teoreminə əsasən h kvadratı + 5 - in kvadratı = 13 - ün kvadratına. h kvadratı + 5 - in kvadratı bərabərdir 13 - ün kvadratına, yəni ən uzun tərəfin, yəni hipotenuzun kvadratına. Gəlin, hesablayaq. 5 - in kvadratı 25 edir. 13 - ün kvadratı 169. Sol tərəfdə təkcə h - ın qalması üçün biz hər iki tərəfdən 25 - i çıxa bilərik. Gəlin, edək. Nə qaldı? h kvadratı bərabərdir, bunlar ixtisar olunur, 169 - 25, yəni 144 - ə. Sadə hesablama ilə deyə bilərik ki, bu mənfi müsbət 12 edir. Amma söhbət məsafədən gedir deyə cavab müsbət olmalıdır. Yəni, h = kökaltı 144 - ün həqiqi kökünə bərabərdir. Beləliklə, h = 12. Amma hələ bitirmədik. Bizə verilən sual hündürlüyü yox, sahəni tapmaq idi. Sahə hündürlük və oturacağın hasilinin yarısına bərabərdir. Bilirik ki, buradakı oturacaq 10 - a bərabərdir, başqa rənglə işarələyəcəm, oturacaq 10 - dur, hündürlüyü isə bilirik. hündürlük 12 - ə bərabərdir. Sadəcə 10 vur 12 böl 2 ifadəsini hesablamalıyıq. Cavab, 10 böl 2 = 5, 5 dəfə 12 = 60 edir. Sahə 60 -dır. Cavabı tapdıq.