Bu videoda, dövriyyədə olan pulların,
ölçülməsinin fərqli üsulları
haqqında danışacayıq.
İşimizə ABŞ-dakı Mərkəzi bankla
başlayacağıq.
Bu, ABŞ Federal Ehtiyat Sistemi-dir(FES).
Deyək ki, 4 dollar çap edirlər.
Yalnız vizual məqsədlər üçün,
bunu fiziki olaraq
etdiklərinə diqqət edəcəyik.
Bu, elektron şəkildə də
edilə bilər.
Biz isə, yalnız fiziki formaya baxacağıq.
Bunu dövriyyəyə buraxmanın yolu,
4 dollarla, açıq bazardan qiymətli,
etibarlı və çox likvid qiymətli kağızlar
almaqdır.
Likvidlik, böyük miqdarda qiymətli
kağızların
alqı-satqısının çox asan olmasıdır.
Məsələn, dövlət xəzinələri
likvid qiymətli kağız və ya
likvid aktivdir.
PEZ şirniləri likvid aktiv deyil.
Bir milyard dollarlıq PEZ şirnisi
alsaydım, bu məbləğdə qarşılıq əldə etmək
mənim üçün çətin olardı.
Çünki qısa ya da orta müddətdə
bir milyard dollar dəyərində məhsul
satmaq çətindir.
Buna görə, Mərkəzi Bank 4 dollara
1 likvid qiymətli kağız alır.
Bu qiymətli kağızımız.
Aldıqları şəxs, bu məbləği banka
əmanət qoymaq qərarına gəlir.
Bu pul birbaşa da banka köçürülə bilərdi,
ya da bu pulu məhsul almaq üçün
istifadə edib, məhsul aldıqları
şəxs tərəfindən
bir banka
yerləşdirilə bilərdi.
Hərhalda, bu məbləğ sonda
banka qoyulur.
Bu, bizim özəl bankımızdır.
Bunu, 1 nömrəli özəl bank adlandıracağam.
İndi bu dollarların hamısı
1 nömrəli özəl banka köçürülür.
Artıq onlar, federal ehtiyyat deyil,
və ya ümumiyyətlə Mərkəzi Bank
artıq onlara sahib deyil.
Buradan köçürülüb.
Bunları belə işarə edək ki,
qarışmasın və rahat izləyə bilək.
Pulu 1 nömrəli özəl banka qoyanda,
dedilər ki, 3 dollara tələb var,
buna görə də çek yazmaq istəyirlər.
Buna görə, 3 dolları
bir çek hesabına qoyurlar.
Çek yazılır, və beləcə əmanət hesabına
bir az daha çox faiz ala bilərlər,
bank da buna maraqlıdır, çünki,
əmanətə ehtiyat saxlamalı deyillər,
əmanət hesabına 1 dollar qoyurlar
və bu əmanət hesabına çek yaza bilmirlər.
Əslində xüsusi şərtlər var,
amma sadə dildə desək,
çek yaza bilmirlər.
Ya da çek yazmağa məhdudiyyətləri var
və ya bu tərz problemlər.
Bank da deyir ki, yaxşı, bu pula
ehtiyat olmasına ehtiyac yoxdur.
Bunu, borca
verə bilərəm.
Düşünək ki, borc verdikləri şəxs
də, bu pulu, dərhal
başqa bir banka yatırır.
Buna da özəl bank 2 deyək.
Beləliklə, pul, artıq
özəl bank 1-də deyil.
Burada da,
özəl bankı 2-ni çəkək.
Pulu, iki nömrəli özəl bankda
əmanət hesabına yatırırlar.
Buradakı puldan isə, bank deyir ki,
bu, tələb olunan depozitdir və
bəzi ehtiyatları saxlanmalıdır.
Bu, fraksiya ehtiyat bankçılığı adlanır.
ABŞ-da, bunun 90%-ə qədərini
borc vermək olar.
Düşünək ki, bu bank
biraz mühafizəkardır
və sadəcə 3-də 2
hissəsini borc verir.
Yəni, bu 3$-dan 2$-ı borc verirlər,
Və düşünək ki, borcalan da
bu pulu, təsadüfən,
2 nömrəli özəl bankdakı
şəxsi hesabına yatırır.
Bu 2$, özəl bank 2-ə gəlir,
yəni artıq, özəl bank 1-də deyil.
Amma bu adam hələ də 3$-a qədər
çek yaza bilir.
2 nömrəli özəl bankda,
deyək ki, bunlar
bir çek
hesabına yatırılır.
Aha, indi, iki nömrəli özəl bank,
bir neçə cür davrana bilər.
Bu çek hesabında
bəzi ehtiyatları saxlamalıdır.
Baxmayaraq ki, 90% borc
verə bilər,
daha mühafizəkar
davranıb, bunun, yarısını
verməyə qərar verir.
Beləliklə, dollardan birini borc verir.
Borc verdikləri şəxs isə,
bu pulu alır
və cibinə qoyur.
Onlar həm də bütün bu
əmanətlərdən borc verə bilərlər.
Və deyək ki,
o adam
1 dollarlıq borcu da
cibinə qoyur.
Fikir verin, əvvəlki
4 dollar hələ də oradadır,
Bir, iki, üç, dörd.
Xatırlatma edim, bu adam buradan
3 dollara qədər çek yaza bilər.
Buradakı isə,
eyni çek rəngində yazaq,
2 dollara qədər çek yaza bilər.
İndi buradakı pulun müxtəlif
formaları barədə düşünək.
Çox dar bir şəkildə
düşünsək, o,
Mərkəzi Bankın çap etdirdiyi,
yoxsa üzv banklara elektron
olaraq
yaratdığı ehtiyatlardırmı?
Sadə şəkildə yalnız
fiziki çap olunan pulu düşünək.
Bu əsas pul kütləsidir.
Bunu, başqa cür pul
təklifi də adlandırırlar.
ABŞ-da və digər ölkələrdə bu,
M0 ilə eyni şeydir.
Ölkədən ölkəyə cüzi fərqlər var.
Bu nümunədə, çap edilib dövriyyəyə
qoyulan məbləğ,
4 dollar idi.
4 dollarlıq pul kütləmiz var idi.
Aydındır ki, çap edən kimi onunla
qiymətli kağız aldılar, və pul
dövriyyəyə girdi, ondan
məhsullar almaq üçün, əməliyyatları
asanlaşdırmaq üçün istifadə edilə bilər.
İndi bu yaratdığımız bu kiçik dünyada,
bunların hamısı pul kimi
istifadə edilmir.
Bu şəxsdə 4 dollar var, amma bu insanlar
burada da çek yaza bilər.
Pulun bir az daha geniş
tərifini deyə bilərik.
Buraya da M1 deyək.
Düşünmək üçün bir neçə yol var.
Bunu bütün valyuta kimi düşünsək,
insanların cibindəkilər üstəgəl
bütün çek yazma imkanları.
Buna görə,
bu 2 dollar üstəgəl 5 dollarlıq
çek yazma qabiliyyəti olar.
Beləliklə, 2 dollar fiziki məbləğ,
bankda deyil, insanların ciblərində,
üstəgəl 5 dollarlıq çek,
sizə 7 dollar verəcək.
Buna baxmağın başqa bir yolu,
onu M0 üstəgəl
çek depozitləri
kimidir.
Ancaq bunu etsəniz, ikiqat
sayılır çünki, M0, çek depozitlərinin
ehtiyatıdır.
Və ya bəzi çek depozitləri,
M0 üçün ehtiyat olaraq saxlanılır.
Bank ehtiyatlarını
çıxarmaq məcburiyyətindəyik.
Bu zaman 4 dollar alarıq, çünki biz
bunları, ikiqat saymaq istəmirik.
M0-ın 4 dollar olduğunu alacağıq.
Bunu ağ rəngdə qeyd edək.
M0 4 dollardır,
5 dollar çek hesabıdır.
Bunu çəhrayı rəngdə edim.
Üstəgəl 5 dollar.
Və sonra ehtiyatları çıxarsaq,
Buradakı ehtiyatlarda 2 dollar var.
Yəni çıxılsın 2 dollar.
bərabərdir, 7 dollar.
Bunun mahiyyəti budur ki,
çek hesabının ya da
M0-ın bir hissəsi kimi
iki dəfə saymırıq. Təkrar edim,
bu, pul kütləsinin bir hissəsi deyil.
Bu, həm pul kütləsi, həm də çek hesabıdır ki,
bunu da iki dəfə saymaq istəmirik.
Beləliklə, düşünməyin ən sadə yolu
əməliyyatları asanlaşdırmaq üçün, tərifdə
nədən istifadə edilə bilər?
İnsanların cibindəki bu 2 dollar və
5 dollaradək çek yazmaq.
Buradakı görüntü belədir.
Daha da genişləndirmək istəyiriksə,
M2 adlı hissəni əlavə edə bilərik.
Hazırda bir əməliyyatı
asanlaşdırmaq üçün
dərhal istifadə edilə bilən nədir?
Bu, bizim M1 olardı.
Bizim 7 dollarliq M1-miz.
Üstəgəl, asanlıqla M1-ə çevrilə biləcəklər.
Məsələn, bu əmanət hesabları,
asanlıqla çek hesablarına çevrilə bilər.
Yalnız bir neçə gün çəkə bilər.
Bəzi gecikmələr ola bilər.
Amma çevrilə bilər.
Konvertasiya edildikdə bankın tələb
ehtiyatı bir az dəyişəcək.
Amma şəxs dəyişimə icazə verəcək,
çünki beləliklə,
daha çox çek yaza biləcək.
Beləliklə M2, M1 üstəgəl M1-ə
çevirmək çox asan olanları əhatə edir.
Əmanət hesabları, pul bazarı hesabları
və s. əlavə ediləcək.
Onlar oxşar hesablardır,
biri biraz daha yüksək faizlidir, amma
ona daxil olmaq üçün məhdudiyyətlər var.
Onu çek hesabına çevirmək çox da çətin deyil.
Və kiçik dollar dəyərində müddətli depozit,
depozit sertifikatı hesabları.
Rahat olsun deyə, yalnız
əmanət hesabları deyək.
Beləliklə, bu, 7 dollarlıq M1, üstəgəl
buradakı 2 dollarlıq
əmanət hesabları.
Bu yalnız bir izah vermək üçündür.
Biri pul kütləsi
haqqında danışanda,
soruşulmalıdır ki,
nə haqqında danışırsan?
Ən tipik olanı M1 haqqında danışmaqdır,
çünki bu əməliyyatları asanlaşdırmaq üçün
birbaşa istifadə edilənlərdir.
Çek hesabları,
ya da kiminsə cibindəki pullar.
Amma əsas pul kütləsi kimi,
M0-dan da danışa bilərlər,
xüsusilə ABŞ-da həmişə eyni yerə
istinad edirlər.
Daha geniş də
istinad edə bilərlər.
M2-dən daha geniş təriflər var,
məsələn M3, amma bu barədə
məlumat verməyi dayandırıblar.
Ancaq M3-də, gerçək pul,
çek hesabı olmaqdan
bir qədər daha fərqli olur.
Amma, onsuz da, kifayət
qədər likvid olduğuna
görə digər növ aktivləri
də daxil edəcəklər.
Son zamanlarda isə artıq FED
bu barədə hesabat verməyi dayandırıb.
Və bunlar da, istinad edilən məlumatlardır.