Bu videoda, dövriyyədə olan pulların, ölçülməsinin fərqli üsulları haqqında danışacayıq. İşimizə ABŞ-dakı Mərkəzi bankla başlayacağıq. Bu, ABŞ Federal Ehtiyat Sistemi-dir(FES). Deyək ki, 4 dollar çap edirlər. Yalnız vizual məqsədlər üçün, bunu fiziki olaraq etdiklərinə diqqət edəcəyik. Bu, elektron şəkildə də edilə bilər. Biz isə, yalnız fiziki formaya baxacağıq. Bunu dövriyyəyə buraxmanın yolu, 4 dollarla, açıq bazardan qiymətli, etibarlı və çox likvid qiymətli kağızlar almaqdır. Likvidlik, böyük miqdarda qiymətli kağızların alqı-satqısının çox asan olmasıdır. Məsələn, dövlət xəzinələri likvid qiymətli kağız və ya likvid aktivdir. PEZ şirniləri likvid aktiv deyil. Bir milyard dollarlıq PEZ şirnisi alsaydım, bu məbləğdə qarşılıq əldə etmək mənim üçün çətin olardı. Çünki qısa ya da orta müddətdə bir milyard dollar dəyərində məhsul satmaq çətindir. Buna görə, Mərkəzi Bank 4 dollara 1 likvid qiymətli kağız alır. Bu qiymətli kağızımız. Aldıqları şəxs, bu məbləği banka əmanət qoymaq qərarına gəlir. Bu pul birbaşa da banka köçürülə bilərdi, ya da bu pulu məhsul almaq üçün istifadə edib, məhsul aldıqları şəxs tərəfindən bir banka yerləşdirilə bilərdi. Hərhalda, bu məbləğ sonda banka qoyulur. Bu, bizim özəl bankımızdır. Bunu, 1 nömrəli özəl bank adlandıracağam. İndi bu dollarların hamısı 1 nömrəli özəl banka köçürülür. Artıq onlar, federal ehtiyyat deyil, və ya ümumiyyətlə Mərkəzi Bank artıq onlara sahib deyil. Buradan köçürülüb. Bunları belə işarə edək ki, qarışmasın və rahat izləyə bilək. Pulu 1 nömrəli özəl banka qoyanda, dedilər ki, 3 dollara tələb var, buna görə də çek yazmaq istəyirlər. Buna görə, 3 dolları bir çek hesabına qoyurlar. Çek yazılır, və beləcə əmanət hesabına bir az daha çox faiz ala bilərlər, bank da buna maraqlıdır, çünki, əmanətə ehtiyat saxlamalı deyillər, əmanət hesabına 1 dollar qoyurlar və bu əmanət hesabına çek yaza bilmirlər. Əslində xüsusi şərtlər var, amma sadə dildə desək, çek yaza bilmirlər. Ya da çek yazmağa məhdudiyyətləri var və ya bu tərz problemlər. Bank da deyir ki, yaxşı, bu pula ehtiyat olmasına ehtiyac yoxdur. Bunu, borca verə bilərəm. Düşünək ki, borc verdikləri şəxs də, bu pulu, dərhal başqa bir banka yatırır. Buna da özəl bank 2 deyək. Beləliklə, pul, artıq özəl bank 1-də deyil. Burada da, özəl bankı 2-ni çəkək. Pulu, iki nömrəli özəl bankda əmanət hesabına yatırırlar. Buradakı puldan isə, bank deyir ki, bu, tələb olunan depozitdir və bəzi ehtiyatları saxlanmalıdır. Bu, fraksiya ehtiyat bankçılığı adlanır. ABŞ-da, bunun 90%-ə qədərini borc vermək olar. Düşünək ki, bu bank biraz mühafizəkardır və sadəcə 3-də 2 hissəsini borc verir. Yəni, bu 3$-dan 2$-ı borc verirlər, Və düşünək ki, borcalan da bu pulu, təsadüfən, 2 nömrəli özəl bankdakı şəxsi hesabına yatırır. Bu 2$, özəl bank 2-ə gəlir, yəni artıq, özəl bank 1-də deyil. Amma bu adam hələ də 3$-a qədər çek yaza bilir. 2 nömrəli özəl bankda, deyək ki, bunlar bir çek hesabına yatırılır. Aha, indi, iki nömrəli özəl bank, bir neçə cür davrana bilər. Bu çek hesabında bəzi ehtiyatları saxlamalıdır. Baxmayaraq ki, 90% borc verə bilər, daha mühafizəkar davranıb, bunun, yarısını verməyə qərar verir. Beləliklə, dollardan birini borc verir. Borc verdikləri şəxs isə, bu pulu alır və cibinə qoyur. Onlar həm də bütün bu əmanətlərdən borc verə bilərlər. Və deyək ki, o adam 1 dollarlıq borcu da cibinə qoyur. Fikir verin, əvvəlki 4 dollar hələ də oradadır, Bir, iki, üç, dörd. Xatırlatma edim, bu adam buradan 3 dollara qədər çek yaza bilər. Buradakı isə, eyni çek rəngində yazaq, 2 dollara qədər çek yaza bilər. İndi buradakı pulun müxtəlif formaları barədə düşünək. Çox dar bir şəkildə düşünsək, o, Mərkəzi Bankın çap etdirdiyi, yoxsa üzv banklara elektron olaraq yaratdığı ehtiyatlardırmı? Sadə şəkildə yalnız fiziki çap olunan pulu düşünək. Bu əsas pul kütləsidir. Bunu, başqa cür pul təklifi də adlandırırlar. ABŞ-da və digər ölkələrdə bu, M0 ilə eyni şeydir. Ölkədən ölkəyə cüzi fərqlər var. Bu nümunədə, çap edilib dövriyyəyə qoyulan məbləğ, 4 dollar idi. 4 dollarlıq pul kütləmiz var idi. Aydındır ki, çap edən kimi onunla qiymətli kağız aldılar, və pul dövriyyəyə girdi, ondan məhsullar almaq üçün, əməliyyatları asanlaşdırmaq üçün istifadə edilə bilər. İndi bu yaratdığımız bu kiçik dünyada, bunların hamısı pul kimi istifadə edilmir. Bu şəxsdə 4 dollar var, amma bu insanlar burada da çek yaza bilər. Pulun bir az daha geniş tərifini deyə bilərik. Buraya da M1 deyək. Düşünmək üçün bir neçə yol var. Bunu bütün valyuta kimi düşünsək, insanların cibindəkilər üstəgəl bütün çek yazma imkanları. Buna görə, bu 2 dollar üstəgəl 5 dollarlıq çek yazma qabiliyyəti olar. Beləliklə, 2 dollar fiziki məbləğ, bankda deyil, insanların ciblərində, üstəgəl 5 dollarlıq çek, sizə 7 dollar verəcək. Buna baxmağın başqa bir yolu, onu M0 üstəgəl çek depozitləri kimidir. Ancaq bunu etsəniz, ikiqat sayılır çünki, M0, çek depozitlərinin ehtiyatıdır. Və ya bəzi çek depozitləri, M0 üçün ehtiyat olaraq saxlanılır. Bank ehtiyatlarını çıxarmaq məcburiyyətindəyik. Bu zaman 4 dollar alarıq, çünki biz bunları, ikiqat saymaq istəmirik. M0-ın 4 dollar olduğunu alacağıq. Bunu ağ rəngdə qeyd edək. M0 4 dollardır, 5 dollar çek hesabıdır. Bunu çəhrayı rəngdə edim. Üstəgəl 5 dollar. Və sonra ehtiyatları çıxarsaq, Buradakı ehtiyatlarda 2 dollar var. Yəni çıxılsın 2 dollar. bərabərdir, 7 dollar. Bunun mahiyyəti budur ki, çek hesabının ya da M0-ın bir hissəsi kimi iki dəfə saymırıq. Təkrar edim, bu, pul kütləsinin bir hissəsi deyil. Bu, həm pul kütləsi, həm də çek hesabıdır ki, bunu da iki dəfə saymaq istəmirik. Beləliklə, düşünməyin ən sadə yolu əməliyyatları asanlaşdırmaq üçün, tərifdə nədən istifadə edilə bilər? İnsanların cibindəki bu 2 dollar və 5 dollaradək çek yazmaq. Buradakı görüntü belədir. Daha da genişləndirmək istəyiriksə, M2 adlı hissəni əlavə edə bilərik. Hazırda bir əməliyyatı asanlaşdırmaq üçün dərhal istifadə edilə bilən nədir? Bu, bizim M1 olardı. Bizim 7 dollarliq M1-miz. Üstəgəl, asanlıqla M1-ə çevrilə biləcəklər. Məsələn, bu əmanət hesabları, asanlıqla çek hesablarına çevrilə bilər. Yalnız bir neçə gün çəkə bilər. Bəzi gecikmələr ola bilər. Amma çevrilə bilər. Konvertasiya edildikdə bankın tələb ehtiyatı bir az dəyişəcək. Amma şəxs dəyişimə icazə verəcək, çünki beləliklə, daha çox çek yaza biləcək. Beləliklə M2, M1 üstəgəl M1-ə çevirmək çox asan olanları əhatə edir. Əmanət hesabları, pul bazarı hesabları və s. əlavə ediləcək. Onlar oxşar hesablardır, biri biraz daha yüksək faizlidir, amma ona daxil olmaq üçün məhdudiyyətlər var. Onu çek hesabına çevirmək çox da çətin deyil. Və kiçik dollar dəyərində müddətli depozit, depozit sertifikatı hesabları. Rahat olsun deyə, yalnız əmanət hesabları deyək. Beləliklə, bu, 7 dollarlıq M1, üstəgəl buradakı 2 dollarlıq əmanət hesabları. Bu yalnız bir izah vermək üçündür. Biri pul kütləsi haqqında danışanda, soruşulmalıdır ki, nə haqqında danışırsan? Ən tipik olanı M1 haqqında danışmaqdır, çünki bu əməliyyatları asanlaşdırmaq üçün birbaşa istifadə edilənlərdir. Çek hesabları, ya da kiminsə cibindəki pullar. Amma əsas pul kütləsi kimi, M0-dan da danışa bilərlər, xüsusilə ABŞ-da həmişə eyni yerə istinad edirlər. Daha geniş də istinad edə bilərlər. M2-dən daha geniş təriflər var, məsələn M3, amma bu barədə məlumat verməyi dayandırıblar. Ancaq M3-də, gerçək pul, çek hesabı olmaqdan bir qədər daha fərqli olur. Amma, onsuz da, kifayət qədər likvid olduğuna görə digər növ aktivləri də daxil edəcəklər. Son zamanlarda isə artıq FED bu barədə hesabat verməyi dayandırıb. Və bunlar da, istinad edilən məlumatlardır.