-
Gəlin, hüceyrə membranlarının
“maye-mozaik”
-
modelini araşdıraq.
-
Ona nə üçün “maye-mozaik” modeli deyilir?
-
Yaxşı, əgər bir hüceyrə
-
membranına baxsaq,
-
əgər bu burada hüceyrə,
-
bu isə membranıdırsa,
-
o, hüceyrənin daxili hissəsini
-
hüceyrənin xaricindən hissədir.
-
Biz onun səthinin en
kəsiyinə baxırıq, aşağıda olan
-
hüceyrənin daxilidir.
-
Bu diaqrama baxsaq, bu hüceyrənin
-
daxili, bu isə xaricidir.
-
Böyütdüyünüz zaman burada görünən
-
kiçik hissə əslində onu əmələ
-
gətirən fosfolipid ikiqatlıdır.
-
Eşitdiyiniz zaman deyə
-
bilərsiniz ki, fosfolipid nədir?
-
Bu, yaxşı sualdır.
-
Çünki fosfolipidin nə olduğunu
anladığınız zaman onun
-
niyə ikiqat meydana
gəldiyini və bioloji
-
sistemlərdə niyə bu qədər
çox membran üçün əsas
-
olduğunu anlamağa başlayarsınız.
-
Bu, bir fosfolipidin göstəricisidir
-
və adından da göründüyü, bunu qeyd edim,
-
kimi bu, fosfolipiddir.
-
Bu, fosfat qrupunu ehtiva edən lipiddir.
-
Ümumiyyətlə, lipid sözü,
-
lipidlər haqqında bütöv bir
-
videomuz var, suda o qədər də yaxşı həll
olmayan bir şey deməkdir.
-
Bu doğrudur, fosfolipiddə olduğu kimi
-
yağ turşularından gələn bu
-
karbohidrogen quyruqları var və
-
bu karbohidrogen quyruqlarının
-
heç bir açıq-aşkar yükü və ya
açıq-aşkar polyarlığı yoxdur.
-
Biz bilirik ki, su polyar molekuldur, bu
-
ona hidrogen rabitəsini verir və
-
o özünə cəzb olunur.
-
Ancaq onlarda bunlar yoxdur və buna
-
görə də onlar suya cəzb olunmur və su
-
da onlara cəzb olunmur və belə ki,
-
bu quyruqlar hidrofobdur.
-
Deməli, hidrofob quyruqlarınız var
-
və bunlar
-
fosfolipidlərin lipid hissəsidir.
-
Sonra burada fosfat başınız var
-
və aydın şəkildə gördüyünüz
-
kimi bunun müəyyən bir yükü var.
-
Yüklü molekullar su kimi
polyar maddələrdə yaxşı işləyir.
-
Onlar yaxşı həll olurlar və buna
-
görə də buradakı hissə hidrofildir.
-
Əslində hidrofil və hidrofob
-
hissəyə sahib olan
-
molekulların xüsusi adı var.
-
Amfipatik - bəzən deməkdə
çətinlik çəkdiyim sözdür.
-
Fosfolipidlər amfipatikdir,
bu o deməkdir ki,
-
onların həm bir hidrofil ucu - suya
-
cəzb olunan hissəsi, həm də
-
bir hidrofob - suya cəzb
olunmayan hissəsi var.
-
Ümid edirəm ki, bu onların niyə
-
özlərini bu şəkildə formalaşdırdıqlarını
izah etməyə başlayır.
-
Təsəvvür edə bildiyiniz
-
kimi hidrofil başlar suyun olduğu yerdə
-
olmaq istəyirlər, bu da hüceyrənin
-
xaricində və ya içərisində ola bilər.
-
Bütün quyruqlar hidrofobdur, su onlardan
-
uzaqlaşır və ya onlar
-
sudan
-
uzaqlaşırlar və ona görə onlar
-
yalnız bir-biri ilə üz-üzə qalır
və membranın içərisində olurlar.
-
Amma həqiqətən gözəl olan budur ki,
-
bu amfipatik molekula sahib olmaq
-
ikiqat lipid təbəqəsinin kimi
-
hissələrin əmələ gəlməsinə imkan verir.
-
Bu əslində heyranedicidir.
-
Əgər kifayət qədər geriyə getsəniz,
-
hətta hüceyrə formasındakı
həyat əmələ gəlməzdən əvvələ,
-
ikiqatlı lipid təbəqəsi olan
bu kürələri kortəbii şəkildə
-
meydana gətirən fosfolipidlərə
sahib ola bilərdiniz.
-
Beləliklə, siz nəyisə
təsəvvür edə bildiniz,
-
baxım görüm, əgər kəsiyi çəkmişəmsə,
-
görək onu nisbətən
səliqəli çəkə biləcəyəmmi?
-
Sizin anlamanız üçün bütöv
-
çəkəcəyəm, ümid edirəm
-
ideyanı anlayırsınız.
-
Bu,fosfat başlarının çölə
-
baxan bir təbəqəsi olardı.
-
Bu daxili təbəqədir və mən
-
burada en kəsiyi çəkirəm.
-
Sonra hidrofob quyruqlarınız var, icazə
-
verin bunu fərqli bir rəngdə edim.
-
Beləliklə, hidrofob
quyruqlar, məncə, şəkili anlayırsınız.
-
Hər iki ucunda bir dəstə hidrofob
quyruq var və sonra siz kortəbii
-
olaraq belə bir quruluş
yarada bilərsiniz ki,
-
bu da protohüceyrənin
-
əmələ gəlməsini hiss etdirir.
-
Açıq-aydın real həyata sahib olmaq üçün
-
ötürülə bilən bir növ
informasiyaya və metabolizmaya
-
sahib olmalısınız və bundan sonra
-
hüceyrə və həyatın
bütün tərifləri yaşayır.
-
Amma ən azından hüceyrə
membranının bu əsas
-
quruluşunu fosfolipid kimi amfipatik
molekullar sayəsində həyatın yaranmasından
-
əvvəlki vəziyyətdə necə meydana
gəldiyini də təsəvvür edə bilərsiniz.
-
Kifayət qədər ədalətlidir.
-
Biz bu ikiqat fosfolipid
təbəqəsini əmələ gətirə bilirik,
-
bəs burada digər çəkdiklərim nədir?
-
Yaxşı, bunlar zülallardır,
-
bu, bir zülaldır,
-
bu, bir zülaldır, bu, bir zülaldır və mən
-
sadəcə zülalların müxtəlifliyini göstərmək
-
üçün bir neçə kürəcik çəkdim.
-
Ancaq fərqinə varılması
lazım olan əsas şey, hüceyrələr
-
haqqında düşünsək,
bütün bu müxtəlifliyin olmasıdır.
-
Bütün bu mürəkkəblik onun membranının
-
üzərində və ya içərisinə yerləşdirilib.
-
Yəni, onu sadəcə bir növ
-
ikiqat fosfolipid təbəqəsi
kimi düşünmək əvəzinə,
-
bəlkə bunu bir en kəsiyi kimi nəzərdən
-
keçirsək, onun içərisində yerləşən
-
bütün hissələri
-
bu diaqramda görərik.
-
Bunun içərisində
yerləşənlərin mozaikası var.
-
Mozaika müxtəlif
rəngli müxtəlif komponentlərdən
-
təşkil olunmuş bir şəkildir və
-
burada müxtəlif
komponentlərin, müxtəlif növ
-
zülalların olduğunu görə bilərsiniz.
-
Membrandan keçən bu kimi zülallarınız var.
-
Biz bunları transmembran
zülalları adlandırırıq,
-
onlar inteqral zülalın xüsusi sinfidir.
-
Sizin bunlar bunu keçərkən ikiqat
-
təbəqənin yalnız bir
hissəsi ilə əlaqələnən
-
inteqral zülallarınız var.
-
Sizin qlikolipidləriniz var.
-
Burada, bu, heyranedici
-
olan qlikolipiddir.
-
Bu lipid ucuna sahib olduğu üçün
-
membranda yerləşir, buna
-
görə də hidrofob olacaq.
-
O bütün digər hidrofob hissələrlə
-
uyğunlaşacaq, lakin sonra onun sonunda
-
şəkər zənciri var və
-
bu hissə hidrofildir,
-
hüceyrədən kənarda yerləşir.
-
Bu şəkər zəncirləri əslində
-
hüceyrənin tanınması üçün açardır.
-
İmmunitet sisteminiz bunlardan
-
hansı hüceyrələrin əslində
-
mənim bədənimə aid olanlar,
-
mənim qarışmaq istəmədiyim,
-
qorumaq istədiyim və hansı
-
hüceyrələrin yad olduğunu ayırd
-
etmək üçün istifadə edir.
-
İnsanlar qan qrupu haqqında
-
danışarkən hüceyrələrində hansı növ
-
spesifik qlikolipidlərin
olduğunu danışırlar.
-
Daha çox növlər var, hüceyrələrin
-
tanınması və ya müxtəlif yollarla
-
işarələnməsi üçün olan
-
qlikolipidlər hamısı deyil.
-
Deməli, bu şəkər zəncirlərinin
bizim nöqteyi-nəzərimizdən
-
belə mürəkkəb davranışlara
və düzünü desək, belə faydalı
-
davranışlara gətirib çıxara
bilməsi heyranedici bir şeydir.
-
Ancaq siz sadəcə lipidlərdə
şəkər zəncirlərinin olmasını
-
istəmirsiniz, zülallarda da
şəkər zəncirləriniz var.
-
Bu, bir qlikoprotein nümunəsidir.
-
Gördüyünüz kimi, bütün bunları
bir yerə yığdığınız zaman bir
-
mozaika əldə edirsiniz və
mən əslində heç bitirməmişəm.
-
Sizdə xolesterin kimi hissələr var.
-
Xolesterin bir lipiddir,
buna görə də membranın
-
hidrofob hissəsində olur və membranın
-
axıcılığına kömək edir, onun çox sulu
-
və ya çox sərt olmadığından əmin olur.
-
Deməli, burada olan xolesterindir.
-
Siz bu mozaikanı görürsünüz, bəs
-
maye hissə haqqında nə demək olar?
-
Mən indicə xolesterinin
lazımi miqdarda axıcılıq
-
olub-olmadığına
əmin olduğundan danışdım.
-
Bunun gözəl tərəfi odur ki,
sərt bir quruluş deyil.
-
Əgər bu şey bir az
fırlansa və ya bəlkə də bir
-
şəkildə qoparılacaq olsaydı, fosfolipidlər
-
boşluqları doldurmaq üçün kortəbii olaraq
-
yenidən düzülərdilər.
-
Bunların hamısının ətrafa
axdığını təsəvvür edin.
-
Bu membran yağ ya da salat sousu
-
konsentrasiyasındadır.
-
Təsəvvür etdiyiniz kimi rezin
-
toxuması və ya şar
kimi membran deyil.
-
Bu əslində mayedir. Bu şeylər
-
hərəkət edə bilər, lakin maye olsa da iki
-
mühiti ayırmaq üçün
kifayət qədər yaxşıdır.
-
Hüceyrə daxili mühitini
-
hüceyrənin xarici mühitindən.
-
“Maye-mozaik” modeli adı da buradan gəlir.