< Return to Video

What is emphysema? | Respiratory system diseases | NCLEX-RN | Khan Academy

  • 0:01 - 0:03
    Ağciyərlərin xroniki obstruktiv
  • 0:03 - 0:06
    xəstəliyini rahat səslənsin deyə
    qısaldaraq
  • 0:06 - 0:10
    AXOX adlandırırıq.
  • 0:11 - 0:13
    Xroniki, xəstəliyin uzun müddət ərzində
  • 0:13 - 0:15
    baş verməsi və daha da inkişafı deməkdir.
  • 0:15 - 0:17
    Ağciyər xəstəlikləri
    prosesin ağciyərlərdə getməsi deməkdir.
  • 0:17 - 0:20
    Obstruktiv sözü açar sözdür.
  • 0:20 - 0:22
    Bir neçə saniyə sonra obstruktiv
  • 0:22 - 0:25
    sözünü izah edəcəyəm.
  • 0:25 - 0:27
    Birinci tənəffüs yolunu təsvir edim.
  • 0:27 - 0:31
    Hava traxeya vasitəsilə
    tənəffüs yoluna daxil olur.
  • 0:31 - 0:35
    Mənə görə, bu sistem tərsinə
    çevrilmiş ağaca bənzəyir.
  • 0:35 - 0:38
    Budaqlar və onlardan ayrılan
    şaxələrdən ibarətdir.
  • 0:39 - 0:42
    Burada 20 və ya 30
    budaq var. Hamısını çəkə bilmirəm.
  • 0:42 - 0:44
    Lakin onların ağacın
    budaqları kimi
  • 0:44 - 0:47
    getdikcə daha da kiçildiyini
    təsəvvür edin.
  • 0:47 - 0:50
    Ən sonda buna bənzər
  • 0:50 - 0:53
    bir şeylə qarşılaşırıq.
  • 0:53 - 0:56
    Bunlar qabarcıqlar
  • 0:56 - 0:58
    dəstəsinə bənzəyir.
  • 0:58 - 1:01
    Biz onları alveol qrupu adlandırırıq.
  • 1:01 - 1:05
    Onlar alveolların cəmidir.
  • 1:05 - 1:09
    Bütün gördükləriniz
  • 1:09 - 1:12
    alveollardır.
  • 1:12 - 1:14
    Əslində onlar
    yalnız dəstədə deyil,
  • 1:14 - 1:17
    "ağac budağının" gövdəsində də
  • 1:17 - 1:20
    yaranırlar.
  • 1:21 - 1:22
    Beləliklə, daha dəqiq desək,
  • 1:22 - 1:24
    emfizema yaranır.
  • 1:24 - 1:26
    Şəkli daha da böyüdərək
  • 1:26 - 1:28
    aydın təsvir edək.
  • 1:28 - 1:31
    Bu, sonuncu budaqdır.
  • 1:31 - 1:33
    Onları çadır qrupları kimi
  • 1:33 - 1:36
    təsvir edirəm.
  • 1:36 - 1:38
    Niyə belə təsvir etdiyimi
  • 1:38 - 1:40
    bir neçə saniyə ərzində biləcəksiniz.
  • 1:40 - 1:42
    Alveolları bir--birindən ayıran
  • 1:42 - 1:46
    divarların mövcudluğu fikrini
    aydınlaşdırmağa çalışıram.
  • 1:46 - 1:51
    Hər bir divarda alveollar və
  • 1:53 - 1:55
    onların da sonunda dəstələr
    mövcuddur.
  • 1:55 - 1:58
    Nəfəs aldığımız zaman
    alveollar
  • 1:58 - 2:01
    bu cür görünür.
  • 2:01 - 2:03
    Bir qədər hava şarlarına
    bənzəyir.
  • 2:03 - 2:05
    Lakin ağciyərlər və hava şarları
  • 2:05 - 2:08
    arasındakı fərq onların istifadə
  • 2:08 - 2:11
    müddətindədir.
  • 2:11 - 2:15
    Bir neçə saniyə sonra
    müddətin bitdiyini görəcəyik.
  • 2:15 - 2:18
    Əvvəlcə sizə fərqin
    nəyə görə yalnız istifadə
  • 2:19 - 2:20
    müddəti olduğunu
    aydınlaşdırım.
  • 2:20 - 2:22
    Adi hava şarında
  • 2:22 - 2:26
    havanı daxil edən
  • 2:26 - 2:28
    müsbət təzyiqdir.
  • 2:28 - 2:30
    Onu üfürməklə və ya
    hər hansı maşından istifadə
  • 2:30 - 2:33
    ilə havanın içəri daxil
    olmasına nail oluruq.
  • 2:34 - 2:37
    Lakin nəfəsalma zamanı,
  • 2:37 - 2:40
    heçnə havanı ağıza üfürmür.
  • 2:41 - 2:43
    Hava daxilə neqativ təzyiqlə
    daxil olur.
  • 2:43 - 2:46
    Bu, döş qəfəsində baş verir,
  • 2:46 - 2:50
    şarın xaricindəki
    qutuya bənzəyir.
  • 2:50 - 2:52
    Əzələlər genişlənir. Onlar
    genişləndikcə
  • 2:52 - 2:55
    şarın divarlarını da özü ilə aparır və bu,
    neqativ təzyiq ilə
  • 2:55 - 2:57
    havanın içəri daxil olma formasıdır.
  • 2:57 - 3:00
    Hazırda nəfəsalma maraq obyektimiz
    deyil. Çünki obstruktiv
  • 3:01 - 3:04
    xəstəliklər nəfəs vermə ilə
    əlaqədardır.
  • 3:04 - 3:07
    Havanın oraya necə daxil olmasından
    asılı olmayaraq onu nəfəsin
  • 3:07 - 3:10
    üzərində bir şar kimi
    təsəvvür edək.
  • 3:10 - 3:12
    Şarı buraxdığımız zaman
    hava dərhal çölə
  • 3:12 - 3:16
    çıxır. Ağciyərlərdə də proses
    eynidir.
  • 3:16 - 3:19
    Əzələ rahatlayan zaman
    hava yolunun divarları
  • 3:19 - 3:23
    havanı xaricə atır.
    Çünki elastin zülalı
  • 3:23 - 3:26
    divarların quruluşunu
    təşkil edir.
  • 3:26 - 3:29
    Elastin sözü divarın
    rezin bant kimi
  • 3:31 - 3:34
    elastiki olduğunu göstərir.
  • 3:34 - 3:37
    Ağciyərlər istirahət etdikdə
    divarlar yenidən
  • 3:37 - 3:40
    əvvəlki ölçüsünə qayıdır.
  • 3:40 - 3:43
    Daxildə bir o qədər də
    hava olmur. Çünki divarların
  • 3:43 - 3:48
    geri çəkilmə gücü
    havanı itələyir.
  • 3:48 - 3:50
    AXOX zamanı elastin
    dağılır.
  • 3:50 - 3:54
    Elastinin divarlara
    elastiklik qabiliyyəti
  • 3:54 - 3:57
    verdiyini söylədim.
    O parçalandıqda,
  • 3:57 - 4:01
    divarın strukturunu saxlayan,
    geri çəkilmə gücü verən
  • 4:01 - 4:04
    elastiklik keyfiyyəti də
    yox olur.
  • 4:04 - 4:07
    AXOX xəstəliyi olan
    bir ağciyərin forması, fikrimcə,
  • 4:07 - 4:11
    şişkin şar əvəzinə,
  • 4:11 - 4:16
    formasız damlaya
    bənzəyir.
  • 4:16 - 4:19
    Çünki divarlar strukturunu
  • 4:19 - 4:23
    və geriyə qayıtma qabiliyyətini
    itirdikləri zaman hər
  • 4:23 - 4:24
    hansı formaya
    sahib olmurlar.
  • 4:24 - 4:27
    Şar əvəzinə,
  • 4:27 - 4:28
    plastik torbaya bənzəyirlər.
  • 4:28 - 4:31
    Plastik torba havanı çölə
  • 4:31 - 4:35
    buraxmır. Divarların geri çəkilməsinə
  • 4:35 - 4:37
    səbəb olan geri çəkilmə
    qüvvəsi yoxdur.
  • 4:37 - 4:40
    Burada qalır və
    heçnə baş vermir.
  • 4:40 - 4:44
    Bu, emfizema zamanı
    vəəziyyətin pisləşməsinin
  • 4:44 - 4:48
    ilk addımıdır. Tənəffüs yolunun
    gövdəsi çökür. Burada
  • 4:48 - 4:50
    baş verənlər çıxan havaya
  • 4:50 - 4:54
    fiziki maneə əmələ gətirir.
  • 4:54 - 4:56
    Mən bunu küləkli havada
  • 4:56 - 5:00
    evin qapısının açıq qalmasına
  • 5:00 - 5:02
    bənzədirəm.
  • 5:02 - 5:05
    Külək açıq hava yolundan keçərkən,
  • 5:05 - 5:08
    bəzən, qapı onunla birlikdə bağlanır.
  • 5:08 - 5:14
    Biz səs eşitdikdə, qapı
    təkrar açılır.
  • 5:14 - 5:17
    Bu ağciyərlərdən
    havanın çıxmağa çalışdığı zaman
  • 5:17 - 5:22
    divarları da özü ilə
    birlikdə çəkməsinə bənzəyir.
  • 5:22 - 5:26
    Adətən, elastin və divarların
    quruluşu bunu açıq saxlayır.
  • 5:26 - 5:29
    Lakin onlarsız divarlar da
    hava ilə birlikdə gedir.
  • 5:29 - 5:31
    Bu da çöküşə səbəb olur.
  • 5:31 - 5:34
    Nəticədə çölə çıxa bilməyən
    hava toplanır.
  • 5:34 - 5:36
    Sadəcə divarlar onu itələmir.
  • 5:36 - 5:38
    Artıq həm də qapalı qapı da var.
  • 5:38 - 5:42
    Bütün bunların hamısı birləşdikdə
  • 5:42 - 5:45
    obstruktiv xəstəliyi meydana gətirir.
  • 5:45 - 5:51
    AXOX texniki olaraq, iki fərqli
    xəstəliyə aiddir.
  • 5:52 - 5:54
    Bu gün haqqında danışdığımız,
    elastinin məhvi olan
  • 5:54 - 5:58
    emfizema xəstəliyi və
    xroniki bronxit.
  • 5:58 - 6:01
    Sadəcə bir bölgənin iltihabı və ya
  • 6:01 - 6:05
    qıcıqlanması tənəffüs yollarını da
    qıcıqlandırır.
  • 6:05 - 6:07
    İnsanın neçə dəfə xəstələnməsindən
    asılı olaraq,
  • 6:07 - 6:10
    bir insanda AXOX-un hər iki
    versiyası ola bilər. Amma
  • 6:10 - 6:11
    bu gün biz elastin məhvi
  • 6:11 - 6:13
    olan emfizemadan danışacağıq.
  • 6:13 - 6:16
    Biz ağciyərlərdən
  • 6:16 - 6:18
    çıxa bilməyən əlavə havanın
  • 6:18 - 6:21
    olduğu barədə bəhs etdik.
  • 6:21 - 6:23
    Düşünə bilərsiniz ki,
    insan bütün
  • 6:23 - 6:26
    gün işləyərək ağciyərlərə
    hava daxil edir. Bu necə baş verir?
  • 6:26 - 6:28
    Siz yarı haqqlı ola bilərsiniz.
  • 6:28 - 6:32
    Buranın qanla təchiz olunduğunu
    təsəvvür edək.
  • 6:32 - 6:36
    Tənəffüs yollarında qan tədarükü
    birgə gedir. Çünki onlar
  • 6:36 - 6:41
    mübadilə sistemi
    yaratmalıdırlar.
  • 6:41 - 6:44
    Oksigen ağciyərlərə
    havadan daxil olur. Oksigen
  • 6:44 - 6:47
    qan dövranına daxil olaraq,
    qanı qırmızı edir.
  • 6:47 - 6:49
    Mübadilənin digər tərəfi
    qanın qurtulmaq üçün
  • 6:49 - 6:50
    ağciyərlərə gətirdiyi karbon
    qazı ilə əlaqəlidir.
  • 6:50 - 6:52
    O toxumalar tərəfindən
    oksigen
  • 6:53 - 6:55
    istifadəsindən sonra yaranır.
  • 6:55 - 6:58
    Bir növ tullantı məhsuludur.
  • 6:58 - 7:02
    Onun ağciyərlərə geri dönməsi və
    ağızdan çıxması lazımdır.
  • 7:02 - 7:04
    Bu mübadilə ağciyərlərin funksiyasının
  • 7:04 - 7:09
    tamamıdır. Obstruktiv xəstəlik
  • 7:09 - 7:10
    zamanı bunun yarısı edilə bilir.
  • 7:10 - 7:14
    Oksigen qəbul olunur.
    Lakin karbon qazı xaric oluna bilmir.
  • 7:14 - 7:16
    Mübadilənin digər yarısı işləmədiyi üçün
  • 7:16 - 7:22
    problemə səbəb olur.
  • 7:22 - 7:24
    Bütün problemlərin kökündə
    emfizema dayanır.
  • 7:24 - 7:27
    Ağciyərlərdə təqribən
    2.5 milyon alveollar var.
  • 7:27 - 7:29
    Onların hamısının
    elastini itirdiyini və
  • 7:29 - 7:33
    plastik torbaya bənzədiyini
    təsvir edək.
  • 7:33 - 7:36
    Emfizema nəyə bənzəyəcək?
  • 7:36 - 7:39
    Ağciyərləri
  • 7:40 - 7:42
    təsvir
  • 7:42 - 7:45
    edək.
  • 7:45 - 7:48
    -
  • 7:48 - 7:50
    Bütün hava yolları doludursa və
  • 7:50 - 7:53
    hava çıxa bilmirsə bu mənə
  • 7:53 - 7:56
    yastıq qutularını xatırladır.
  • 7:56 - 7:59
    Gündən-günə şişirlər və
  • 7:59 - 8:03
    geriyə qayıda bilmirlər.
  • 8:03 - 8:05
    Təsvirdəki insanın
    uzun müddətdir emfizeması var.
  • 8:06 - 8:09
    Xronikidir. Döş qəfəsi və sinədən
    çıxan toxuma formasını
  • 8:09 - 8:12
    dəyişir. Çünki, ağciyərlər hər zaman
  • 8:12 - 8:16
    onu itələyir.
  • 8:16 - 8:19
    Burada çəllək
  • 8:19 - 8:24
    təsvir etməyə
  • 8:24 - 8:27
    çalışıram.
  • 8:27 - 8:30
    AXOX olan insanlar
    çəllək sinəyə sahib kimi
  • 8:30 - 8:33
    təsvir edilir. Bu da öndən arxaya
    olan məsafənin
  • 8:33 - 8:35
    solda sağa olan məsafə
    qədər uzaq olması deməkdir.
  • 8:35 - 8:37
    Belə böyük və yuvarlaq
    sinəni
  • 8:37 - 8:39
    daşımaq və havanın çıxa bilməməsi
    insanı çox
  • 8:39 - 8:42
    narahat edir.
  • 8:42 - 8:45
    Onun havaya ehtiyacı var.
  • 8:46 - 8:47
    Düşünürəm, bu onun digər insanlar
  • 8:47 - 8:50
    kimi olması üçün yeganə yoldur.
  • 8:50 - 8:54
    O xoşbəxt deyil. Çünki onun döş qəfəsi
  • 8:56 - 9:00
    çəllək kimidir və o
    havasını çıxara bilmir.
  • 9:00 - 9:03
    Tez-tez nəfəs alan emfizemalı insanları
  • 9:03 - 9:04
    "çəhrayı püf" adlandırırlar.
  • 9:04 - 9:07
    İki şeylə bu adı
  • 9:07 - 9:10
    izah etməyə çalışacağam.
  • 9:10 - 9:11
    Çəhrayı ona görədir ki,
  • 9:11 - 9:13
    onlarda oksigen əskik deyil.
  • 9:13 - 9:17
    Oksigenin ağciyərlərə daşınmasında
    problem olmadığını demişdim.
  • 9:17 - 9:20
    Problem nəfəs vermədədir.
  • 9:20 - 9:24
    Qanda oksigen azlığı olmadığından
  • 9:24 - 9:27
    çəhrayı adlanır. Püf isə onların
  • 9:27 - 9:30
    büzülmüş dodaqlara
    sahib olmasını göstərir.
  • 9:31 - 9:34
    Büzülmüş dodaqlar
    ağızda pipet tutulan zaman yaranan görüntüyə
  • 9:34 - 9:37
    bənzəyir və onlar bu
    kiçik açılışdan nəfəs alırlar.
  • 9:37 - 9:39
    Bunun səbəbi bayaq bəhs etdiyim
    qapının
  • 9:39 - 9:41
    çırpılaraq geri qayıtması
    nümunəsi ilə əlaqəli
  • 9:41 - 9:44
    mexaniki əngəllə bağlıdır.
  • 9:44 - 9:46
    Qapını təkrar çəkim.
  • 9:46 - 9:52
    Nəfəs vermə qapının
    bir şeyə ilişdiyi zaman
  • 9:52 - 9:57
    bağlana bilməməsinə bənzəyir.
  • 9:57 - 10:01
    Hava sürətlə çölə çıxır. Çoxlu hava var.
  • 10:02 - 10:05
    Çünki, divarlar onu itələyir.
  • 10:05 - 10:08
    Təsəvvür edin, bu, keçən
    hava miqdarıdır.
  • 10:08 - 10:12
    Emfizema zamanı, qapının cəftələri
    açıq olan zaman küləkdə sallanması
  • 10:12 - 10:16
    anında daha az havanın keçməsi və
    qapının daha yavaş gedərək anidən
  • 10:16 - 10:18
    dayanması ehtimalı azdır.
  • 10:18 - 10:20
    Buna görə AXOX olan insanlar
    dodaqlarını büzürlər.
  • 10:20 - 10:24
    Bu, daha yavaş nəfəs almağa,
    tənəffüs yolunu bir az çox açıq saxlamağa
  • 10:24 - 10:27
    kömək edir. Qapı açıq tutula bildiyi
    hər saniyədə bir az daha çox hava
  • 10:27 - 10:30
    çölə çıxır.
  • 10:31 - 10:33
    Büzülmüş dodaqlar
  • 10:33 - 10:36
    birinci əlamətdir.
  • 10:36 - 10:38
    Havanın sürətində biraz yavaşlama
    var.
  • 10:38 - 10:41
    Çünki büzülmüş dodaqlar
    onu idarə etməyə çalışır.
  • 10:41 - 10:44
    Lakin nəfəsalma sürəti artır.
    Çünki yetəri qədər nəfəs verə
  • 10:44 - 10:48
    bilmədikləri üçün bunu dəqiqədə
    daha çox nəfəs almaqla
  • 10:48 - 10:51
    kompensasiya edirlər.
  • 10:51 - 10:54
    Bu, digər insanlarda üfləyib püfləmə
    kimi təəssürat yaradır.
  • Not Synced
    Emfizemanı qısa olaraq,
    genişlənmiş ağciyərlər,
  • Not Synced
    böyük çəllək sinə,
    büzüşmüş dodaqlar və
  • Not Synced
    püfüldəmə olaraq
    təsvir edirəm.
Title:
What is emphysema? | Respiratory system diseases | NCLEX-RN | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
10:55

Azerbaijani subtitles

Revisions Compare revisions