-
Ağciyərlərin xroniki obstruktiv
-
xəstəliyini rahat səslənsin deyə
qısaldaraq
-
AXOX adlandırırıq.
-
Xroniki xəstəliyin uzun müddət ərzində baş
-
verməsi və daha da inkişafı deməkdir.
-
Bu xəstəliklər ağciyərlərdə
baş verir.
-
Obstruktiv sözü açar sözdür.
-
Bir neçə saniyə sonra obstruktiv
-
sözünü izah edəcəyəm.
-
Birinci, tənəffüs yolunu çəkim.
-
Hava traxeya vasitəsilə
tənəffüs yoluna daxil olur.
-
Mənə görə, bu sistem tərsinə
çevrilmiş ağaca bənzəyir.
-
Budaqlar və onlardan ayrılan
şaxələrdən ibarətdir.
-
Burada 20 və ya 30
budaq var. Hamısını çəkə bilmirəm.
-
Lakin onların ağacın
budaqları kimi
-
getdikcə daha da kiçildiyini
təsəvvür edin.
-
Ən sonda buna bənzər
-
bir şeylə qarşılaşırıq.
-
Bunlar qabarcıqlar
-
dəstəsinə bənzəyir.
-
Biz onları alveol qrupu adlandırırıq.
-
Onlar alveolların cəmidir.
-
Bütün gördükləriniz
-
alveollardır.
-
Əslində onlar
yalnız dəstədə deyil,
-
"ağac budağının" gövdəsində də
-
yaranırlar.
-
Daha dəqiq desək,
-
emfizema yaranır.
-
Şəkli daha da böyüdərək
-
aydın təsvir edək.
-
Bu, sonuncu budaqdır.
-
Onları çadır qrupları kimi
-
təsvir edirəm.
-
Niyə belə təsvir etdiyimi
-
bir neçə saniyə ərzində biləcəksiniz.
-
Alveolları bir--birindən ayıran
-
divarların mövcudluğu fikrini
aydınlaşdırmağa çalışıram.
-
Hər bir divarda alveollar və
-
onların da sonunda dəstələr
mövcuddur. Nəfəs
-
aldığımız zaman
alveollar bu cür görünür.
-
Bir qədər hava şarlarına
bənzəyir.
-
Lakin ağciyərlər və hava şarları
-
arasındakı fərq onların istifadə
-
müddətindədir.
-
Bir neçə saniyə sonra
müddətin bitdiyini görəcəyik.
-
Əvvəlcə sizə fərqin
nəyə görə yalnız istifadə
-
müddəti olduğunu
izah edim.
-
Adi hava şarında
-
havanı daxil edən
-
müsbət təzyiqdir.
-
Onu üfürməklə və ya
hər hansı maşından istifadə
-
ilə havanın içəri daxil
olmasına nail oluruq.
-
Lakin nəfəsalma zamanı,
-
heçnə havanı ağıza üfürmür.
-
Hava daxilə neqativ təzyiqlə
daxil olur.
-
Bu, döş qəfəsində baş verir,
-
şarın xaricindəki
qutuya bənzəyir.
-
Əzələlər genişlənir. Onlar
genişləndikcə
-
şarın divarlarını da özü ilə aparır və bu,
neqativ təzyiq ilə
-
havanın içəri daxil olma formasıdır.
-
Hazırda nəfəsalma maraq obyektimiz
deyil. Çünki obstruktiv
-
xəstəliklər nəfəs vermə ilə
əlaqədardır.
-
Havanın oraya necə daxil olmasından
asılı olmayaraq onu nəfəsin
-
üzərində bir şar kimi
təsəvvür edək.
-
Şarı buraxdığımız zaman
hava dərhal çölə
-
çıxır. Ağciyərlərdə də proses
eynidir.
-
Əzələ rahatlayan zaman
hava yolunun divarları
-
havanı xaricə atır.
Çünki elastin zülalı
-
divarların quruluşunu
təşkil edir.
-
Elastin sözü divarın
rezin bant kimi
-
elastiki olduğunu göstərir.
-
Ağciyərlər istirahət etdikdə
divarlar yenidən
-
əvvəlki ölçüsünə qayıdır.
-
Daxildə bir o qədər də
hava olmur. Çünki divarların
-
geri çəkilmə gücü
havanı itələyir.
-
AXOX zamanı elastin
dağılır.
-
Elastinin divarlara
elastiklik qabiliyyəti
-
verdiyini söylədim.
O parçalandıqda,
-
divarın strukturunu saxlayan,
geri çəkilmə gücü verən
-
elastiklik keyfiyyəti də
yox olur.
-
AXOX xəstəliyi olan
bir ağciyərin forması, fikrimcə,
-
şişkin şar əvəzinə,
-
formasız damlaya
bənzəyir.
-
Çünki divarlar strukturunu
-
və geriyə qayıtma qabiliyyətini
itirdikləri zaman hər
-
hansı formaya
sahib olmurlar.
-
Şar əvəzinə,
-
plastik torbaya bənzəyirlər.
-
Plastik torba havanı çölə
-
buraxmır. Divarların geri çəkilməsinə
-
səbəb olan geri çəkilmə
qüvvəsi yoxdur.
-
Burada qalır və
heçnə baş vermir.
-
Bu, emfizema zamanı
vəəziyyətin pisləşməsinin
-
ilk addımıdır. Tənəffüs yolunun
gövdəsi çökür. Burada
-
baş verənlər çıxan havaya
-
fiziki maneə əmələ gətirir.
-
Mən bunu küləkli havada
-
evin qapısının açıq qalmasına
-
bənzədirəm.
-
Külək açıq hava yolundan keçərkən,
-
bəzən, qapı onunla birlikdə bağlanır.
-
Biz səs eşitdikdə, qapı
təkrar açılır.
-
Bu ağciyərlərdən
havanın çıxmağa çalışdığı zaman
-
divarları da özü ilə
birlikdə çəkməsinə bənzəyir.
-
Adətən, elastin və divarların
quruluşu bunu açıq saxlayır.
-
Lakin onlarsız divarlar da
hava ilə birlikdə gedir.
-
Bu da çöküşə səbəb olur.
Nəticədə
-
çölə çıxa bilməyən
hava toplanır.
-
Sadəcə divarlar onu itələmir.
-
Artıq həm də qapalı qapı da var.
-
Bütün bunların hamısı birləşdikdə
-
obstruktiv xəstəliyi meydana gətirir.
-
AXOX texniki olaraq, iki fərqli
xəstəliyə aiddir.
-
Bu gün haqqında danışdığımız,
elastinin məhvi olan
-
emfizema xəstəliyi və
xroniki bronxit.
-
Sadəcə bir bölgənin iltihabı və ya
-
qıcıqlanması tənəffüs yollarını da
qıcıqlandırır.
-
İnsanın necə xəstələnməsindən
asılı olaraq,
-
bir insanda AXOX-un hər iki
versiyası ola bilər. Amma
-
bu gün biz elastin məhvi
-
olan emfizemadan danışacağıq.
-
Biz ağciyərlərdən çıxa bilməyən
-
əlavə havanın olduğudan bəhs etdik.
-
Düşünə bilərsiniz ki,
-
insan bütün gün ağciyərlərə hava
-
daxil etməyə çalışır,
əsas budur.
-
Siz yarı haqlısınız. Bura qan gəldiyini
təsəvvür
-
edək. Tənəffüs yollarında
-
qan tədarükü birgə gedir.
Çünki onlar mübadilə
-
sistemi yaratmalıdır.
-
Oksigen ağciyərlərə
havadan daxil olur. Oksigen
-
qan dövranına daxil olaraq,
qanı qırmızı edir.
-
Mübadilənin digər tərəfi
qanın qurtulmaq üçün
-
ağciyərlərə gətirdiyi karbon
qazı ilə əlaqəlidir.
-
O toxumalar tərəfindən
oksigen
-
istifadəsindən sonra yaranır.
-
Bir növ tullantı məhsuludur.
-
Onun ağciyərlərə geri dönməsi və
ağızdan çıxması lazımdır.
-
Bu mübadilə ağciyərlərin funksiyasının
-
tamamıdır. Obstruktiv xəstəlik
-
zamanı bunun yarısı edilə bilir.
-
Oksigen qəbul olunur.
Lakin karbon qazı
-
xaric oluna bilmir.
Mübadilənin digər yarısı
-
işləmədiyi üçün bu,
problemə səbəb olur.
-
Bu, emfizemada bütün
problemlərin köküdür.
-
Ağciyərlərdə təxmini
2.5 milyon alveol var.
-
Onların hamısının
elastini itirdiyini və
-
plastik torbaya bənzədiyini
təsvir edək.
-
Emfizema nəyə bənzəyəcək?
-
Normal ağciyərlər buna bənzəyir.
-
Mən yaxşı çəkmədim, ümid edirəm
-
ağciyərləriniz buna bənzəmir.
-
Bütün hava yolları doludursa və
-
hava çıxa bilmirsə bu mənə
-
yastıqüzünü qutularını xatırladır.
-
Gündən-günə şişirlər və
-
geriyə qayıda bilmirlər.
-
Təsvirdəki insanın
uzun müddətdir emfizeması var.
-
Xronikidir. Döş qəfəsi və sinədən
çıxan toxuma
-
formasını dəyişir. Çünki, ağciyərlər
-
hər zaman onu itələyir.
-
Burada çəllək
-
təsvir etməyə çalışıram.
-
AXOX olan insanlar
çəllək sinəyə sahib kimi
-
təsvir edilir. Bu da öndən arxaya
olan məsafənin
-
solda sağa olan məsafə
qədər uzaq olması deməkdir.
-
Belə böyük və yuvarlaq
sinəni daşımaq
-
və havanın çıxa bilməməsi
insanı çox
-
narahat edir.
-
Onun havaya ehtiyacı var.
-
Düşünürəm, bu çubuq adamın əsl insana
-
bənzəməsi üçün yeganə yoldur.
-
O xoşbəxt deyil. Çünki onun döş qəfəsi
-
çəllək kimidir və o
havasını çıxara bilmir.
-
Tez-tez nəfəs alan,
-
emfizemalı insanları
-
"çəhrayı püf" adlandırırlar.
-
Bu adın izah etməyə
çalışdığı iki məqam var.
-
Çəhrayı ona görədir ki, onlarda
-
oksigen əskik deyil.
-
Unutmayın, nəfəsalma
problem deyil.
-
Problem nəfəs vermədədir.
-
Qanda oksigen azlığı olmadığından
-
çəhrayı adlanır. Püf isə onların
-
büzülmüş dodaqlara
sahib olmasını göstərir.
-
Büzülmüş dodaqlar
ağızda pipet tutandaki görüntüyə
-
bənzəyir və onlar bu
kiçik açılışdan nəfəs alırlar.
-
Bunun səbəbi bayaq bəhs etdiyim
qapının çırpılaraq geri
-
qayıtması nümunəsində
mexaniki əngəllə bağlıdır.
-
Qapını təkrar çəkim.
-
Nəfəs vermə qapının
bir şeyə ilişdiyi zaman
-
bağlana bilməməsinə bənzəyir.
-
Hava sürətlə çölə çıxır. Çoxlu hava var.
-
Çünki, divarlar onu itələyir.
-
Təsəvvür edin, bu, keçən
hava miqdarıdır.
-
Emfizema zamanı, qapının cəftələri
açıq olan zaman küləkdə sallanması
-
anında daha az havanın keçməsi və
qapının daha yavaş gedərək anidən
-
dayanması ehtimalı azdır.
Buna görə də
-
AXOX olan insanlar
dodaqlarını büzür.
-
Bu, daha yavaş nəfəs almağa,
tənəffüs yolunu bir az
-
çox açıq saxlamağa kömək edir. Qapı
açıq tutula bildiyi hər saniyədə
-
bir az daha çox hava çölə çıxır.
-
Gəlin bunu yazılı şəkildə qeyd edək.
-
Büzülmüş dodaqlar
birinci əlamətdir.
-
Havanın sürətində biraz yavaşlama
var.
-
Çünki büzülmüş dodaqlar
onu idarə etməyə çalışır.
-
Lakin nəfəsalma dərəcəsi artır.
Çünki yetəri qədər nəfəs verə
-
bilmədikləri üçün bunu dəqiqədə
daha çox
-
nəfəs almaqla
kompensasiya edirlər.
-
Bu, digər insanlara üfləyib
-
püfləmə kimi görünür.
-
Emfizemanı qısa olaraq,
genişlənmiş ağciyərlər,
-
böyük çəllək sinə,
büzüşmüş dodaqlar və
-
püfüldəmə olaraq
-
təsvir edirəm.