< Return to Video

Formal charge | Molecular and ionic compound structure and properties | AP Chemistry | Khan Academy

  • 0:00 - 0:01
    Biz bu videoda formal yəni şərti
  • 0:01 - 0:06
    yük haqqında danışacağıq və kimyaçılar olaraq
  • 0:06 - 0:09
    molekulları analiz etmək üçün ondan
  • 0:09 - 0:12
    bir vasitə kimi istifadə edə biləcəyimizi görəcəyik.
  • 0:13 - 0:16
    Bu, bütövlükdə molekul üzerində olan yük
  • 0:16 - 0:18
    deyil, bu, molekuldakı hər bir atom
  • 0:18 - 0:21
    üçün olan yükdür, və gələcək videolarda
  • 0:21 - 0:23
    bu, bizə hansı rezonans
  • 0:23 - 0:26
    quruluşların ,
    hansı rezonans konfiqurasiyasının
  • 0:26 - 0:29
    rezonans hibrid formada daha çox
    iştirak etdiyi haqda məlumat verecək.
  • 0:29 - 0:32
    Beləliklə çox da dərinə
  • 0:32 - 0:34
    getməmiş, sadəcə şərti yükə tərif verək,
  • 0:34 - 0:37
    sonra isə praktiki olaraq nitrit turşusu
  • 0:37 - 0:39
    üçün olan hər bir rezonans quruluşdakı
  • 0:39 - 0:41
    müxtəlif atomların şərti yükünü
  • 0:41 - 0:46
    hesablayaq.
  • 0:46 - 0:47
    Bunların hər ikisi təsdiqlənmiş Lyuis diaqramlarıdır.
  • 0:48 - 0:50
    Hər ikisi nitrit turşusu üçün mümkün
  • 0:50 - 0:52
    rezonans quruluşudurlar, amma formal yük
  • 0:52 - 0:55
    baxımından onlardan hansı, rezonans hibridin
  • 0:55 - 0:57
    yaranmasına daha çox səbəb olur?
  • 0:57 - 1:00
    Deməli,formal yükün tərifini
  • 1:00 - 1:02
    molekulumuzdakı hər bir atom üçün
  • 1:02 - 1:06
    tətbiq edəcəyik, belə ki, ilk olaraq
  • 1:06 - 1:10
    neytral atomdakı
  • 1:10 - 1:13
    valent elektronların
  • 1:13 - 1:14
    sayını
  • 1:15 - 1:17
    hesablayacağıq.
  • 1:17 - 1:22
    Sonra isə bundan rabitə yaratmış
  • 1:22 - 1:26
    atomların rabitədə iştirak edən valent
  • 1:26 - 1:29
    elektronlarının
  • 1:30 - 1:32
    sayını çıxırıq.
  • 1:32 - 1:33
    Burda isə növbəti sual yaranır:
  • 1:33 - 1:36
    bu ifadə tam olaraq nə deməkdir?
  • 1:36 - 1:39
    Bunu burda izah etmək istəyirəm.
  • 1:39 - 1:41
    Əgər biz rabitə yaratmış atomun
  • 1:41 - 1:44
    valent elektronları haqqında danışırıqsa,
  • 1:44 - 1:49
    bu sərbəst elektron cütlərinin sayı ilə
  • 1:49 - 1:54
    paylaşılan elektronların yarısının
  • 1:56 - 2:01
    cəminə bərabərdir.
  • 2:04 - 2:05
    Gəlin bu tərifi nitrit
  • 2:05 - 2:08
    turşusunun tərkib hissələrinə tətbiq
  • 2:08 - 2:11
    etməklə başa düşməyə çalışaq.
  • 2:11 - 2:14
    Gəlin hidrogendən başlayaq.
  • 2:14 - 2:16
    Neytral hidrogen atomunun neçə valent
  • 2:16 - 2:19
    elektronu var?
  • 2:19 - 2:20
    Biz bunu dəfələrlə görmüşük,
  • 2:20 - 2:22
    buna elementlerin dövri
    cədvəlindən də baxa bilərsiniz,
  • 2:23 - 2:25
    neytral hidrogenin 1 valent elektronu var.
  • 2:25 - 2:28
    Bu rabitə yaratmış atomun neçə valent
  • 2:28 - 2:30
    elektronu var?
  • 2:30 - 2:32
    Bunu tapmaq üçün
  • 2:32 - 2:35
    molekuldakı həmin
    atomun ətrafında dairə çəkirik
  • 2:36 - 2:38
    və bütün sərbəst elektron cütlərini görmək
  • 2:39 - 2:40
    istəsək, buna
  • 2:40 - 2:43
    hər bir rabitənin yarısı kimi baxa bilərik
  • 2:43 - 2:45
    və bu 1 elektron olacaq.
  • 2:45 - 2:47
    Çünki hər rabitədə iştirak edən iki ümumi
  • 2:47 - 2:49
    elektron var və onun yarısına baxırıq.
  • 2:49 - 2:50
    burada sadəcə onların yarısına baxırıq
  • 2:50 - 2:52
    və heç bir serbəst elektron cütümüz yoxdur.
  • 2:53 - 2:55
    Rabitə yaratmış atomun valent
  • 2:56 - 2:58
    elektronlarının sayı birdir.
  • 2:58 - 3:01
    Beləliklə hidrogen üçün formal yükün 0
  • 3:01 - 3:04
    olduğunu tapırıq.
  • 3:04 - 3:06
    Bəs bu oksigendə necə olacaq?
  • 3:06 - 3:07
    Eyni şeyləri təkrar edəcəyik.
  • 3:07 - 3:11
    Onun ətrafında balaca bir dairə çəkəcəyik,
  • 3:11 - 3:13
    neytral oksigendə olan valent
  • 3:13 - 3:16
    elektronların sayı, bildiyimiz kimi,
  • 3:16 - 3:18
    altıdır, və sonra bu ədəddən rabitə
  • 3:18 - 3:21
    yaratmış atomun valent elektronlarının
  • 3:21 - 3:23
    sayını çıxırıq.
  • 3:23 - 3:26
    Deməli, bu atomun 2 serbest elektronu var
  • 3:26 - 3:29
    və paylaşılan elektronlara gəldikdə isə,
  • 3:29 - 3:31
    bir elektron bu rabitədən götürürük,
  • 3:31 - 3:33
    birini bu rabitədən, və birini də burdan.
  • 3:33 - 3:36
    Onların hamısını toplayırıq,
    bir , iki, üç, dörd, beş.
  • 3:36 - 3:41
    Altı çıxılsın beş bərabərdir müsbət birə.
  • 3:41 - 3:43
    Nəticədə, nitrit turşusunun
    bu konfiqurasiyasındakı
  • 3:44 - 3:49
    bu oksigenin formal yükü müsbət birdir.
  • 3:49 - 3:50
    Bəs azotda neçədir?
  • 3:50 - 3:53
    Yenə eyni proses olacaq.
  • 3:53 - 3:56
    Neytral azotun 5 valent elektronu var,
  • 3:56 - 3:57
    bunu artıq bilirik,
  • 3:57 - 3:59
    buna elementlərin dövri
    cədvəlindən də baxa bilərsiniz
  • 4:00 - 4:02
    və sonra rabitədə iştirak edən azotun
  • 4:02 - 4:03
    valent elektronlarının
  • 4:03 - 4:06
    sayını çıxırıq.
  • 4:06 - 4:10
    Belə ki, 1, 2, 3 və daha bir ədəd
  • 4:10 - 4:14
    sərbəst elektron cütü, cəmi 5 edir.
  • 4:14 - 4:17
    Yəni burda formal yük sıfıra bərabərdir.
  • 4:17 - 4:19
    Gəlin axırıncı oksigenə baxaq.
  • 4:19 - 4:23
    Belə ki, neytral oksigenin altı valent
  • 4:23 - 4:25
    elektronu olur, sonra bundan
  • 4:25 - 4:27
    bu rabitə yaratmış oksigenin valent
  • 4:27 - 4:30
    elektronlarının sayını çıxırıq,
  • 4:30 - 4:33
    2, 4, 6 sərbəst elektron üstəgəl
  • 4:33 - 4:37
    bir rabitənin yarısı, yəni
  • 4:37 - 4:38
    toplam cəm 7 olur.
  • 4:38 - 4:43
    6 çıxılsın 7 bərabərdir mənfi 1.
  • 4:43 - 4:47
    Bu oksigenin formal yükü mənfi bir olur və
  • 4:47 - 4:49
    xatırlatmaq istıyirəm ki, biz molekulun
  • 4:49 - 4:52
    daxilindəki yükdən danışmırıq,
  • 4:52 - 4:55
    formal yük bu konfiqurasiyanı analiz etmək
  • 4:55 - 4:58
    üçün sadəcə bir riyazi vasitədir,
  • 4:58 - 5:01
    amma bu, onu təsvir etməyin bir yoludur.
  • 5:01 - 5:04
    Bu konfiqurasiyada bu oksigenin ətrafında
  • 5:04 - 5:07
    bir əlavə elektron hərəkət edir,
  • 5:07 - 5:09
    bu neytral oksigendə olan valent
  • 5:09 - 5:11
    elektronların sayından 1 ədəd çoxdur.
  • 5:11 - 5:15
    Bu oksigenin isə neytralda olandan bir
  • 5:15 - 5:18
    ədəd az valent elektronu var.
  • 5:18 - 5:21
    Gəlin digər birləşməyə baxaq.
  • 5:21 - 5:23
    Bu hidrogen də digəri kimidir,
  • 5:23 - 5:25
    heç bir elektron cütü yoxdur və
  • 5:25 - 5:27
    ancaq oksigen ilə bir kovalent rabitəsi var.
  • 5:28 - 5:30
    Sonda eyni nəticəni alırıq:
  • 5:30 - 5:33
    formal yük sıfır olur.
  • 5:33 - 5:36
    Amma gəlin sırf bu oksigenə baxaq.
  • 5:36 - 5:40
    Neytral oksigenin 6 valent elektronu var,
  • 5:40 - 5:42
    Bu rabitəyə bağlı oksigenin valent elektronlarının
  • 5:42 - 5:46
    sayı 2, 4, 5, 6-dır.
  • 5:46 - 5:50
    6 çıxılsın 6 bərabərdir sıfır.
  • 5:50 - 5:52
    İndi bu azota baxaq.
  • 5:52 - 5:56
    Neytral azotun 5 valent elektronu var.
  • 5:56 - 6:01
    bunun isə 2, 3, 4, 5 valent
  • 6:01 - 6:04
    elektronu var,
  • 6:04 - 6:07
    çıxılsın 5 bərabərdir sıfır.
  • 6:07 - 6:10
    Son olaraq bu oksigenə də baxaq.
  • 6:10 - 6:13
    Neytral oksigenin 6 valent elektronu,
  • 6:13 - 6:18
    rabitə yaratmış oksigenin isə 2, 4, 5, 6
  • 6:19 - 6:21
    valent elektronu var,
  • 6:21 - 6:24
    çıxılsın 6 bərabərdir sıfır.
  • 6:24 - 6:26
    Birinci konfiqurasiyada, yaxud nitrit
  • 6:27 - 6:28
    turşusunun birinci
  • 6:28 - 6:31
    rezonans quruluşunda formal yüklər var,
  • 6:31 - 6:32
    Bu oksigendə müsbət bir və
  • 6:32 - 6:34
    digərində isə mənfi bir var.
  • 6:34 - 6:36
    Amma aşağıdakında heç bir formal yük yoxdur
  • 6:36 - 6:39
    yəni, atomların formal yükləri sıfır olub.
  • 6:39 - 6:41
    Biz gələcək videolarımızda görəcəyik ki,
  • 6:41 - 6:45
    atomların formal yükləri
    nə qədər sıfıra yaxın olsa,
  • 6:46 - 6:48
    həmin rezonans quruluş
  • 6:48 - 6:50
    rezonans hibrid yaratmağa
  • 6:50 - 6:53
    bir o qədər meyilli olacaq.
  • 6:53 - 6:54
    Amma biz bu barədə növbəti videolarda
  • 6:55 - 6:56
    daha ətraflı danışacağıq, indilik
  • 6:56 - 6:59
    isə sadəcə molekuldakı atomların formal yükünü
  • 6:59 - 7:02
    başqa sözlə şərti yükünü hesablayın.
Title:
Formal charge | Molecular and ionic compound structure and properties | AP Chemistry | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
07:03

Azerbaijani subtitles

Revisions Compare revisions