< Return to Video

Qiymət fərqliliyi | Mikroiqtisadiyyat| Khan Academy

  • 0:01 - 0:05
    Deyək ki, mən şərab istehsalçısıyam və
  • 0:05 - 0:08
    bu üfüqi ox hər şüşənin
    dollarla olan qiymətidir.
  • 0:08 - 0:14
    Hər şüşə üçün 10, 20, 30, 40 dollar.
  • 0:14 - 0:16
    Bu oxda isə həftə üzrə istehsal etdiyim
  • 0:16 - 0:18
    şüşələrin miqdarını göstərəcəyəm.
  • 0:18 - 0:23
    Deyək ki, bu 100, bu 200, bu 300
  • 0:23 - 0:25
    və bu da 400-dür.
  • 0:25 - 0:32
    Bu, həftəlik şüşə miqdarıdır
  • 0:32 - 0:36
    və bu da bir şüşənin qiymətidir.
  • 0:36 - 0:38
    İndi tələb əyrisinə nəzər salaq.
  • 0:38 - 0:41
    Fərz edək ki, mənim şərabım
    digərlərindən çox
  • 0:41 - 0:42
    fərqlidir və bu zaman
  • 0:42 - 0:46
    onun tələb əyrisi belə olacaq.
  • 0:46 - 0:48
    Sadəlik üçün bunu düz xətt olaraq çəkəcəm.
  • 0:48 - 0:50
    Tələb əyrisi bu cür olacaq.
  • 0:50 - 0:52
    Digər şərablardan çox fərqləndiyini
    deməyim
  • 0:52 - 0:54
    təkmil rəqabətin olmaması deməkdir.
  • 0:54 - 0:56
    Bu tip şərab növündə monopoliyam var.
  • 0:56 - 0:58
    Yəni ki, bu bazar ümumi yox,
  • 0:58 - 1:01
    məhz mənim şərabım üçün olan bazardır.
  • 1:01 - 1:03
    Şərabım bir sıra testlərdən
    uğurla keçə və ya
  • 1:03 - 1:06
    əsrarəngiz bir dada
    sahib olmuş ola bilər.
  • 1:06 - 1:09
    Buna görə də, məni inhisarçı
    rəqib kimi görə bilərsiniz.
  • 1:09 - 1:11
    Şübhəsiz ki, digər şərab istehsalçıları
  • 1:11 - 1:13
    ilə arada rəqabət var.
  • 1:13 - 1:16
    Lakin mənim şərabım onlarınkından
    fərqlənir və öz şərab
  • 1:16 - 1:18
    tipim üzrə monopoliyam var.
  • 1:18 - 1:20
    Bunu bir neçə dəfə etmişik, əgər
  • 1:20 - 1:22
    öz şərabım üzrə monopoliyam varsa və ya
  • 1:22 - 1:24
    söhbət məhz mənim
    şərabımın bazarından gedirsə,
  • 1:24 - 1:26
    onda mənim izafi fayda əyrimin
  • 1:26 - 1:28
    bucaq əmsalı bundakından iki dəfə
    daha çox olacaq.
  • 1:28 - 1:32
    Belə bir forma alacaq.
  • 1:32 - 1:34
    Bu nöqtədən sonra mənfi
    olaraq davam edəcək.
  • 1:34 - 1:37
    Deməli bu mənim izafi fayda əyrimdir.
  • 1:37 - 1:39
    İndi isə xərci də düşünə bilərik.
  • 1:39 - 1:42
    İzafi maliyyət isə bu
  • 1:42 - 1:44
    şəkildə görünə bilər.
  • 1:44 - 1:47
    Bunu şərabımın izafi maliyyət
  • 1:47 - 1:49
    və ya təklif əyrisi kimi görə bilərsiniz.
  • 1:49 - 1:51
    İndi isə orta məcmu xərcə baxaq.
  • 1:51 - 1:54
    Orta məcmu xərc yüksək başlayır,
  • 1:54 - 1:57
    burada sabit xərclər
    kiçik miqdara bölünür.
  • 1:57 - 1:59
    İzafi maliyyətlər orta məcmu xərcdən
  • 1:59 - 2:01
    daha aşağıdır. Bir-birilərinə bərabər
  • 2:01 - 2:03
    olana qədər o aşağı enməyə davam edir.
  • 2:03 - 2:04
    Bu nöqtədən sonra artan hər bir
  • 2:04 - 2:07
    miqdar orta məcmu xərci yüksəldir,
    ona görə də əyri
  • 2:07 - 2:09
    bu şəkildə görünə bilər.
  • 2:09 - 2:11
    Orta məcmu xərc.
  • 2:11 - 2:14
    Bunu bir neçə dəfə görmüşük.
  • 2:14 - 2:16
    Əgər mənim monopoliyam varsa, istehsalatım
  • 2:16 - 2:19
    izafi faydanın izafi maliyyətə bərabər
    olduğu nöqtədə
  • 2:19 - 2:22
    yerləşən miqdara bərabər olacaq.
  • 2:22 - 2:24
    O nöqtədən əvvəl artan
  • 2:24 - 2:26
    hər bir miqdar üçün mən mənfəət
  • 2:26 - 2:27
    əldə edirəm.
  • 2:27 - 2:28
    Əgər bu nöqtədəki
  • 2:28 - 2:30
    miqdardan daha çox istehsal etsəm
    mənfəət
  • 2:30 - 2:33
    əldə etməyəcəm. Ona görə də, məhz
    həmin nöqtədəki miqdarı
  • 2:33 - 2:36
    istehsal edəcəm. Bu miqdar isə
    160-a oxşayır.
  • 2:36 - 2:39
    Bunun qiyməti olaraq isə--
  • 2:39 - 2:40
    burada diqqətli olmaq lazımdır--
  • 2:40 - 2:42
    Belə ki, bu mənim
  • 2:42 - 2:45
    satacağım miqdardır. Lakin
  • 2:45 - 2:46
    satış qiymətim isə
  • 2:46 - 2:48
    tələb əyrisindəki bu nöqtəyə
  • 2:48 - 2:50
    qədər qalxsaq görərik ki,
  • 2:50 - 2:54
    təxminən hər şüşə üçün 33 dollardır.
  • 2:54 - 2:57
    Əgər biz iqtisadi mənfəətdən
  • 2:57 - 3:00
    danışsaq, bu hər şüşə üçün
    olan ortalama mənfəət,
  • 3:00 - 3:03
    bu isə ortalama xərcdir.
  • 3:03 - 3:05
    Buradakı hər şüşə üçün iqtisadi
  • 3:05 - 3:07
    mənfəəti vururuq şüşələrin toplam sayına
  • 3:07 - 3:11
    və iqtisadi mənfəəti əldə edirik.
  • 3:11 - 3:15
    Bu gördüyünüz ərazi ümumi
    iqtisadi mənfəətdir.
  • 3:15 - 3:17
    Müştərilən bundan necə faydalandıqlarını
  • 3:17 - 3:20
    və bu faydanın ödədikləri qiymətdən necə
  • 3:20 - 3:22
    daha da artıq olduğunu düşünə bilərik.
  • 3:22 - 3:24
    Və o isə buradakı sahə olacaq.
  • 3:24 - 3:27
    Bu istehlakçı gəliridir.
  • 3:27 - 3:30
    İstehlakçı gəliri.
  • 3:30 - 3:32
    Tutaq ki, mən bundan məmnun deyiləm.
  • 3:32 - 3:34
    Mən görürəm ki, daha çox iqtisadi
  • 3:34 - 3:36
    mənfəət əldə etmə fürsətim var. Səbəbini
  • 3:36 - 3:38
    isə ən başından bəri deyirik.
  • 3:38 - 3:40
    Mənim şərabımdan 40 dollardan çox xeyir
  • 3:40 - 3:43
    qazanan insanlar var, lakin mən bunu
  • 3:43 - 3:45
    onlara sadəcə 33 dollara satıram.
  • 3:45 - 3:48
    İndiyədək fərz etdiyimiz odur ki--
  • 3:48 - 3:50
    bütün müştərilər bizim şərabı eyni
  • 3:50 - 3:54
    qiymətdə alırlar, amma,
    mən məkrli istehsalçıyam
  • 3:54 - 3:57
    və bu vəziyyəti sorğulamağa başlayıram.
  • 3:57 - 4:00
    Niyə mən tamamən eyni olan şərabıma
  • 4:00 - 4:02
    müxtəlif qiymətlər qoyub həmin insanlara
  • 4:02 - 4:05
    fərqli qiymətdən satmağa başlamıram?
    Və mən buna başlayıram.
  • 4:05 - 4:08
    Hələ də eyni miqdarda
  • 4:08 - 4:10
    istehsal edirəm, lakin
  • 4:10 - 4:13
    ilk 100 şəraba fərqli bir
  • 4:13 - 4:15
    qiymət qoyuram.
  • 4:15 - 4:18
    Etiketində isə "Super
    Səviyyəli Şərab" və ya
  • 4:18 - 4:20
    "Super Səviyyəli Premium, içdiyiniz ən
  • 4:20 - 4:21
    yaxşı içki" yazılıb.
  • 4:21 - 4:24
    Super Səviyyəli Premium şərab
    bütün mükafatlara layiq görülüb
  • 4:24 - 4:26
    və bütün səviyyəli insanlar bunu bəyənir.
  • 4:26 - 4:28
    Onu həmin etiketlə ən yaxşı şərab
  • 4:28 - 4:31
    dükanlarına və restoranlara qoyuram.
  • 4:31 - 4:32
    Şüşənin içindəki tamamilə
  • 4:32 - 4:35
    eynidir və mən onu 40 dollara satıram.
  • 4:35 - 4:39
    İlk 100 ədədin dənəsini
    40 dollardan satıram
  • 4:39 - 4:41
    və onlardan əldə etdiyim
    iqtisadi mənfəət--
  • 4:41 - 4:44
    xatırlayın ki, mən 150
    ədəd istehsal edirəm və
  • 4:44 - 4:45
    orta məcmu xərcim aşağıdadır.
  • 4:45 - 4:48
    Orta məcmu xərc xəttim budur.
  • 4:48 - 4:49
    Beləliklə, bir şüşədən əldə
  • 4:49 - 4:51
    etdiyim mənfəət vurulsun
  • 4:51 - 4:52
    100 şüşə mənim iqtisadi mənfəətimdir.
  • 4:52 - 4:55
    Beləcə iqtisadi mənfəətimi artırdım.
  • 4:55 - 4:58
    İstehlakçı gəlirini mənimsədim.
  • 4:58 - 5:00
    Onun bir azını özümə götürərək
  • 5:00 - 5:02
    iqtisadi mənfəətə çevirdim.
  • 5:02 - 5:04
    Qalan 60-70 şüşəni isə,
  • 5:04 - 5:06
    supermarketlərdə həmişəki
  • 5:06 - 5:08
    qiymətdən satmağa davam edirəm.
  • 5:08 - 5:11
    Həmişəki qiymət.
  • 5:11 - 5:13
    Və supermarketdə satıram.
  • 5:13 - 5:15
    Bunu sadəcə Çox Gözəl Şərab adlandırıram.
  • 5:15 - 5:17
    Səbəbi də odur ki, mənim
  • 5:17 - 5:18
    şərabımı çox bahalı yerdən alan insan
  • 5:18 - 5:21
    onun supermarketdəki ilə
    eyni şərab olduğunu bilməsin.
  • 5:21 - 5:23
    Burada etdiyimiz isə odur ki,
  • 5:23 - 5:25
    müştərilər arasında onların
  • 5:25 - 5:28
    ödəmə qabiliyyətindən asılı olaraq
    ayrı-seçkilik yaratmışam.
  • 5:28 - 5:30
    Mən onlara fərqli qiymətlər vermişəm.
  • 5:30 - 5:33
    Onların alış-veriş etdiyi yerə
    və sadəlövhlüklərinə
  • 5:33 - 5:35
    əsasən onlara iki cür
  • 5:35 - 5:37
    müxtəlif qiymət qoymuşam.
  • 5:37 - 5:44
    Və buna da qiymət ayrı-seçkiliyi deyilir.
  • 5:46 - 5:49
    Bu yolla da istehsalçı
    asanlıqla istehlakçı
  • 5:49 - 5:51
    gəlirini mənimsəyə bilir.
  • 5:51 - 5:54
    Yəni, müştərilərə verdikləri
    izafi faydanın
  • 5:54 - 5:56
    bir hissəsini əldə edə
  • 5:56 - 6:00
    və iqtisadi mənfəətə çevirə bilər.
Title:
Qiymət fərqliliyi | Mikroiqtisadiyyat| Khan Academy
Description:

Əgər satıcının kifayət qədər bazar gücünə sahibdirsə, bununla müxtəlif alıcılara ödəmə istəkləri üzrə fərqli qiymət qoya bilər.

Növbəti dərsi izləyin: https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/perfect-competition-topic/perfect-competition/v/perfect-competition?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics

Əvvəlki dərsi izləməmisiniz? https://www.khanacademy.org/economics-finance-domain/microeconomics/firm-economic-profit/labor-marginal-product-rev/v/adding-demand-curves?utm_source=YT&utm_medium=Desc&utm_campaign=microeconomics

Khan Academy-də Mikroiqtisadiyyat: Ənənəvi kollec səviyyəsində giriş mikroiqtisadi kursunda əhatə olunan mövzular

Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və s. İlə mübarizə aparırıq. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamaya istiqamətləndirir. Xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etdik.

Pulsuz. Hər kəs üçün. Əbədi. #YouCanLearnAnything

Khan Academy Mikroiqtisadiyyat qrupuna abunə olun: https://www.youtube.com/channel/UC_6zQ54DjQJdLodwsxAsdZg
Khan Academy-ə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
06:01

Azerbaijani subtitles

Revisions Compare revisions