< Return to Video

Jill Bolte Taylor daxili iflici

  • 0:00 - 0:03
    Qardaşımın beyin xəstəliyi- şizofreniya olduğu üçün
  • 0:03 - 0:07
    beyin mütəxəssisi oldum.
  • 0:07 - 0:09
    Əvvəl bir bacı olaraq,
  • 0:09 - 0:13
    sonra isə mütəxəssis kimi öyrənmək istəyirdim ki,
  • 0:13 - 0:16
    nəyə görə arzularımdan yola çıxaraq
  • 0:16 - 0:19
    həqiqətimi yarada və arzularımı həqiqətə çevirə bilərəm.
  • 0:19 - 0:23
    Arzularını adi reallıqla əlaqələndirə bilmədiyinə
  • 0:23 - 0:26
    görə onun üçün qarabasmaya çevrilən
  • 0:26 - 0:30
    qardaşımın beynindəki
  • 0:30 - 0:32
    problem nədir?
  • 0:33 - 0:35
    Buna uyğun olaraq kareyeramı bir neçə ruhi
  • 0:35 - 0:38
    xəstəliyin tədqiqatı üzərində qurdum. Və doğulduğum İndiana ştatından
  • 0:38 - 0:41
    Hardvard universitetinin prsixatriya fakultəsində
  • 0:41 - 0:44
    Dr. Francine Beneslə bərabər
  • 0:44 - 0:50
    çalışdığım Bostona köçdüm.
  • 0:50 - 0:55
    "Normal olaraq qəbul olunan insanlarla
  • 0:55 - 0:57
    şizofrenik, şizofrenik effektli, bipolar xəstəlikli
  • 0:57 - 1:00
    qəbul olunan insanların beynindəki
  • 1:00 - 1:05
    bioloji fərq nədir?"
  • 1:05 - 1:08
    Uyğun olaraq əsasən beynin mikrohərəkətinin xəritəsini
  • 1:08 - 1:11
    yaradırdıq: hansı hüceyrə hansı hüceyrə və kimyəvi maddələrlə
  • 1:11 - 1:14
    və hansı səviyyədə əlaqədə olmasını
  • 1:14 - 1:17
    öyrənirdik.
  • 1:17 - 1:21
    Bütün günü bu cür tədqiqatla məşğul olduğum üçün həyat
  • 1:21 - 1:24
    kifayət qədər maraqlı idi.
  • 1:24 - 1:27
    Və axşamlar və həftə sonları NAMİ, Əqli Xəstəlikllər Aliansında
  • 1:27 - 1:32
    müdafiəçi idim.
  • 1:32 - 1:35
    Ancaq 1996-cı il Dekabrın 10-da
  • 1:35 - 1:39
    oyananda mənim də beynimdə xəstəlik olduğunu öyrəndim.
  • 1:39 - 1:43
    Beynimin sol yarımkürəsində damar partlamışdı.
  • 1:43 - 1:45
    Saat irəlilədikcə beynimin
  • 1:45 - 1:50
    informasiya emalı funksiyasını itirməsinin
  • 1:50 - 1:54
    şahidi oldum. Qanaxmanın olduğu gün mən
  • 1:54 - 2:00
    danışmaq, yerimək, oxumaq - yazmaq və yaddaş qabiliyyətimi itirdim.
  • 2:00 - 2:04
    Qadın bədəninə sahib körpə uşaq kimi idim.
  • 2:05 - 2:08
    Əgər beyin görümüsünüzsə bilərsiniz ki,
  • 2:08 - 2:11
    beyin iki müstəqil yarımkürədən ibarətdir.
  • 2:11 - 2:17
    Və mən özümlə həqiqi insan beyni gətirmişəm.
  • 2:20 - 2:27
    Budur həqiqi insan beyni.
  • 2:28 - 2:30
    Bu beyinin ön hissəsidir,
  • 2:30 - 2:34
    bu onurğa beyinlə birlikdə arxa hissəsidir.
  • 2:34 - 2:38
    və insanın başında bu şəkildə yerləşir.
  • 2:38 - 2:40
    Beynin qurluşuna fikir versəniz görərsiniz ki,
  • 2:40 - 2:45
    iki yarımkürə bir-birindən tamamilə ayrıdır.
  • 2:46 - 2:48
    Kompyuterdən başı çıxan adamlar üçün,
  • 2:48 - 2:51
    sağ yarımkürə paralel prosessor,
  • 2:51 - 2:55
    sol yarımkürə serial prosessor kimidir.
  • 2:55 - 2:58
    Əslində isə 300 milyon aksonal lifdən ibarət
  • 2:58 - 3:00
    collosum korpusu vasitəsilə bir-birilə
  • 3:00 - 3:04
    əlaqələndirilir.
  • 3:04 - 3:06
    Bu əlaqəni nəzərə almasaq
  • 3:06 - 3:10
    iki yarımkürə tamailə təcrid edilmişdir.
  • 3:10 - 3:13
    Çünki onlar informasiyanı fərqli şəkildə emal edir,
  • 3:13 - 3:16
    fərqli şeylər haqda fikirləşir,
  • 3:16 - 3:20
    fərqli şeylərə diqqət yetirir və hətta
  • 3:20 - 3:24
    fərqli şəxsiyyətə malikdirlər.
  • 3:25 - 3:32
    Bir dəqiqə bağışlayın məni. Çox sağ olun. Əyləncəli idi.( Köməkçi: Elədir)
  • 3:33 - 3:37
    Beynimizin sağ yarımkürəsi indiki zamanla əlaqədədir.
  • 3:37 - 3:42
    O, "indi və buradadır."
  • 3:42 - 3:45
    Sağ beynimiz şəkillərlə fikirləşir
  • 3:45 - 3:49
    bədənimizin hərəkətləri yolu ilə öyrənir.
  • 3:49 - 3:54
    Enerji halına keçmiş informasiya
  • 3:54 - 3:56
    eyni anda bütün hissiyat sistemlərinə yayılaraq
  • 3:56 - 3:59
    indiki anın necə göründüyünü,
  • 3:59 - 4:03
    necə qoxduğunu, necə daddığını,
  • 4:03 - 4:06
    necə hiss olduğunu və necə səsləndiyini
  • 4:06 - 4:10
    bildirir.
  • 4:11 - 4:16
    Biz sağ beynimizin dərrakəsi vasitəsilə ətrafadkı enerji ilə
  • 4:16 - 4:19
    əlaqədə olan bir enerjiyik.
  • 4:19 - 4:23
    Biz sağ beynimizin dərrakəsi vasitəsilə
  • 4:23 - 4:29
    bir-birilə əlaqədə olan enerji mənbələriyik, bütöv bir ailə kimi.
  • 4:29 - 4:31
    Və burada, bu nöqtədə
  • 4:31 - 4:33
    dünyanı daha yaxşı bir yerə çevirməyə çalışan
  • 4:33 - 4:37
    qardaş və bacılarıq.
  • 4:37 - 4:43
    Bu nöqtədə biz, qüsursuz, tam və gözəlik.
  • 4:44 - 4:49
    Sol beyin yarımkürəmiz isə tamamilə başqa bir yerdir.
  • 4:49 - 4:53
    Sol yarımkürə metodik fikirləşir.
  • 4:53 - 4:55
    Sol beyin
  • 4:55 - 4:59
    ancaq keçmiş və gələcək haqdadır.
  • 4:59 - 5:02
    Sol yarımkürə hazırki informasiyanı
  • 5:02 - 5:05
    götürüb onun arasından xüsusi
  • 5:05 - 5:09
    detalları və detalların detallarını seçməklə məşğuldur.
  • 5:09 - 5:11
    Bundan sonra sol beyin bütün informasiyanı
  • 5:11 - 5:15
    keçmişlə əlaqələndirir,
  • 5:15 - 5:18
    gələcək planlara
  • 5:18 - 5:21
    çevirməklə məşğul olur.
  • 5:22 - 5:26
    Və sol beynimiz hansısa dildə fikirləşir.
  • 5:26 - 5:29
    Daxili dünyamızı xarici dünyamızla əlaqələndirən
  • 5:29 - 5:33
    sol beynimizdir.
  • 5:33 - 5:37
    Bu səs bizə: " Evə qayıdanda banan almalısan,
  • 5:37 - 5:40
    səhər mənə banan lazımdır"
  • 5:40 - 5:41
    deyir.
  • 5:41 - 5:44
    Nə vaxt paltar yumaq lazım olduğunu bizə deyən də
  • 5:44 - 5:47
    sol beynimizin dərrakəsidir. Və bəlkə də ən əsası,
  • 5:47 - 5:51
    "Mən mənəm" deyən o kiçik səsdir.
  • 5:51 - 5:57
    Və sol beyin "Mənəm" dediyi anda
  • 5:57 - 6:00
    mən ayrı oluram.
  • 6:00 - 6:04
    O anda mən, məni əhatə edən enerji yığınından və sizdən ayrı
  • 6:04 - 6:07
    şəxsəm.
  • 6:07 - 6:10
    Və iflic olduğum gün itirdiyim hissə də
  • 6:10 - 6:12
    beynimin bu hissəsi idi.
  • 6:12 - 6:16
    İflic günün səhəri sol gözümdə
  • 6:16 - 6:21
    kəskin ağrı ilə oyandım. Ağrı kəsici idi,
  • 6:21 - 6:23
    dondurmanı dişləyəndə hiss elədiyiniz
  • 6:23 - 6:27
    ağrı kimi. Ağrı gücləndi və zəiflədi,
  • 6:27 - 6:30
    yenidən gücləndi bir də zəiflədi.
  • 6:31 - 6:34
    Və əslində hər hansısa ağrı hiss
  • 6:34 - 6:37
    etmək mənim üçün elə də qeyri-adi deyildi,
  • 6:37 - 6:39
    ona görə də, öz işimdə idim.
  • 6:39 - 6:42
    Yataqdan qalxdım,
  • 6:42 - 6:45
    idman etməyə başladım.
  • 6:45 - 6:49
    İdman edərkən hiss edirdim ki,
  • 6:50 - 6:54
    idman alətini tutan əllərim çox primitiv
  • 6:54 - 6:57
    pəncələr kimi görünür. "Qəribədir" öz-özümə fikiləşdim.
  • 6:57 - 7:00
    Öz bədənimə nəzər yetirəndə "Necə də
  • 7:00 - 7:03
    qəribə görsənirəm!" fikirləşdim. Bu şüurumun məni
  • 7:03 - 7:06
    adi reallıqdan - idmanla məşğul olan mən- reallığından uzaqlaşdırdığı,
  • 7:06 - 7:09
    özümün öz hərəkətlərimi qıraqdan
  • 7:09 - 7:12
    müşahidə etdiyim gizli bir
  • 7:12 - 7:16
    yerə apardığı anlar idi.
  • 7:17 - 7:19
    Çox qəribə hiss idi,
  • 7:19 - 7:21
    və baş ağrım güclənirdi. İdman alətindən enirəm və
  • 7:21 - 7:24
    yemək otağından keçirəm, bütün
  • 7:24 - 7:26
    bədənimin yavaş-yavaş hərəkət etdiyini hiss edirəm.
  • 7:26 - 7:31
    Addımlarım ləng və
  • 7:31 - 7:34
    möhkəmdir. Addımlarımda axıcılıq
  • 7:34 - 7:37
    yoxdur, hissiyatım zəifləyir,
  • 7:37 - 7:41
    sadəcə daxili hissələrimə diqqət verə bilirəm.
  • 7:41 - 7:43
    Və duş otağında duş qəbul etməyə çalışarkən
  • 7:43 - 7:45
    daxili orqanlarımın dialoqunu
  • 7:45 - 7:48
    eşidə bilirdim. Zəif bir səsin:
  • 7:48 - 7:51
    "Əzələlər, başlıyın işləməyə,
  • 7:51 - 7:52
    sakitləşin" deməyini eşidirdim.
  • 7:52 - 7:55
    O anda balansımı itirdim, divara söykənməyə çalışdım.
  • 7:55 - 7:59
    Qollarıma nəzər yetirirəm və hiss edirəm ki,
  • 7:59 - 8:03
    bədənimin bütün orqanlarını hiss edə bilmirəm.
  • 8:03 - 8:07
    Bədənimin harda başlayıb harda bitdiyini müəyyən edə bilmirəm,
  • 8:07 - 8:10
    Qolumun atom və molekulları
  • 8:10 - 8:14
    divardakı atom və molekulları ilə qarışıb, hiss edə bilmirəm.
  • 8:14 - 8:18
    Hiss edə bildiyim tək şey isə xarici enerji - güc idi.
  • 8:18 - 8:20
    Öz-özümə "Nə olub mənə görəsən?
  • 8:20 - 8:23
    Nədir bu belə?" deyirəm. Və bu anda
  • 8:24 - 8:27
    sol beyin yarımkürəm tamamilə səssizləşir.
  • 8:27 - 8:30
    Sanki kimsə uzaqdan idarə cihazını götürüb
  • 8:30 - 8:33
    səssiz düyməsinə basır. Tam sakitlik.
  • 8:33 - 8:36
    Əvvəl beynimdəki sakitlikdən
  • 8:36 - 8:40
    dəhşətə gəldim. Ardından dərhal məni əhatə
  • 8:40 - 8:44
    edən enerji heyran etdi.
  • 8:44 - 8:48
    Və bədənimdə heç bir sərhəd hiss etmədiyim üçün
  • 8:48 - 8:51
    özümü böyük və sərbəst hiss etdim.
  • 8:51 - 8:55
    Yalnız enerjini hiss edirdim və
  • 8:55 - 8:58
    çox gözəl hiss idi.
  • 8:58 - 9:00
    Sonra birdən sol yarımkürə geri qayıdır, və
  • 9:00 - 9:03
    "Hey, problem var, problem var!
  • 9:03 - 9:05
    Kömək çağırmaq lazımdır." deyir
  • 9:05 - 9:07
    Mən də "Hə hə, problem var.
  • 9:07 - 9:10
    Problem var" " Kömək lazımdır" fikirləşirəm.
  • 9:10 - 9:13
    Bundan dərhal sonra yenidən şüurumu itirirəm,
  • 9:13 - 9:16
    və La La Diyarı adlandırdığım
  • 9:16 - 9:19
    o yerə qayıdıram yenə.
  • 9:20 - 9:22
    Ancaq ora çox gözəl idi. Sizi xarici dünya ilə
  • 9:22 - 9:25
    birləşdirən sol beyninizin
  • 9:25 - 9:28
    olmadığını fikirləşin.
  • 9:28 - 9:31
    Həmin yerdə bütün işlərim, və
  • 9:31 - 9:34
    işimlə əlaqəli stressdən uzağam.
  • 9:34 - 9:37
    Bədənimdə yüngüllük hiss edirəm. Təssəvür edin:
  • 9:37 - 9:41
    xarici dünya ilə bağlı bütün əlaqələrdən və stressdən
  • 9:41 - 9:44
    azad olduğunuzu gözünüzün önünə gətirin.
  • 9:44 - 9:49
    Və dinclik hiss edirdim o anda.
  • 9:49 - 9:54
    37 illik emosional yükdən azad olmağı təsəvvür edin!
  • 9:54 - 9:59
    (Gülüş) Ah! Utopiyada kimi idim.
  • 10:00 - 10:03
    Gözəl hiss idi.
  • 10:03 - 10:05
    Və yenidən sol beynim geri qayıdır,
  • 10:05 - 10:07
    "Fikrini topla. Problem var." deyir.
  • 10:07 - 10:09
    Və mən də: "Kömək çağırmaq lazımdır.
  • 10:09 - 10:11
    Fikrimi toplamalıyam" fikirləşirəm.
  • 10:11 - 10:13
    Duşdan çıxıb mexaniki olaraq
  • 10:13 - 10:15
    geyinirəm və evdən çıxıram.
  • 10:15 - 10:17
    Yenə fikirləşirəm:"İşə getmək lazımdır, işləmək lazımdır.
  • 10:17 - 10:20
    Maşın sürə bilirəm?"
  • 10:20 - 10:22
    Və həmin anda sağ qolum
  • 10:22 - 10:25
    tamamilə iflic olur. Mən:
  • 10:25 - 10:28
    "İflic oluram, İflic olram deyəsən!" fikirləşirəm.
  • 10:28 - 10:31
    Beynim isə həmin anda " Oo!!
  • 10:31 - 10:37
    Əladı ki!!" deyir. (Gülüş). " Əladı ki bu!
  • 10:37 - 10:39
    Öz beyinlərinin üzərində beyini öyrənmək imkanı qazanan
  • 10:39 - 10:42
    çox az alim var!" deyir.
  • 10:42 - 10:44
    (Gülüş)
  • 10:44 - 10:48
    Sonradan ağlıma gəlir ki, : " Axı mən çox məşğulam!"
  • 10:48 - 10:51
    (Gülüş) "İflic olamağa vaxtım yoxdur."
  • 10:51 - 10:53
    Ona görə də "Beləliklə, iflicin qarşısını ala bilməyəcəm,
  • 10:53 - 10:56
    bir iki həftəlik xəstə olaram, sonra işlərimə
  • 10:56 - 10:58
    davam edərəm, belə yaxşı olar.
  • 10:58 - 11:00
    Kömək istəmək lazımdır, iş yerinə zəng etməliyəm" fikirləşirəm.
  • 11:00 - 11:02
    İş nömrəmi xatırlaya bilmirdim,
  • 11:02 - 11:04
    iş yerimin biznes kartı olduğunu xatırlayıram və
  • 11:04 - 11:07
    onu götürmək üçün iş otağıma gedirəm
  • 11:07 - 11:10
    8 santimetr qalınlıqdakı biznes kartları nəzərdən keçirirəm.
  • 11:10 - 11:13
    Ən üstdə olan karta baxıb bunların biznes katlar
  • 11:13 - 11:17
    olduğundan əmin olsam da,
  • 11:17 - 11:19
    hansının iş yerimin kartı olduğunu ayıra bilmirdim,
  • 11:19 - 11:22
    çünki ancaq pikselləri görürdüm.
  • 11:22 - 11:24
    Sözlər yaradan piksellərlə
  • 11:24 - 11:27
    simvolların pikselləri hamısı bir-birinə qarışmışdı və
  • 11:27 - 11:29
    nə olduğunu başa düşə bilmirdim.
  • 11:29 - 11:32
    Bundan sonra bir müddət aydınlıq dalğası bürüdü məni.
  • 11:32 - 11:35
    Sonrakı 45 dəqiqəni
  • 11:35 - 11:38
    bütün kartları bir-bir nəzərdən keçirərək,
  • 11:38 - 11:40
    mənə lazım olan kart olmadığı həqiqətini aşkar etməyə çalışaraq
  • 11:40 - 11:44
    keçirdim, "bu da deyil,
  • 11:44 - 11:46
    bu da deyil, bu da deyil."
  • 11:47 - 11:49
    Bu 45 dəqiqə ərzində beynimdəki qanama
  • 11:49 - 11:51
    daha da böyüyür.
  • 11:51 - 11:54
    Rəqəmləri, telefonu başa düşmürəm,
  • 11:54 - 11:56
    amma hələ də fikrimdəki planla hərəkət edirəm.
  • 11:56 - 11:59
    İş yerimin biznes kartını götürüb
  • 11:59 - 12:01
    telefonun lövhəsindəki rəqəmləri
  • 12:01 - 12:05
    biznes kartdakı rəqəmlərlin şəklinə uyğunlaşdırmaqla
  • 12:05 - 12:08
    zəng etməyə çalışıram.
  • 12:08 - 12:11
    Qəflətən bir daha La La Diyarına düşürəm,
  • 12:11 - 12:14
    və geri dönəndə hansı rəqəmləri yığdığımı
  • 12:14 - 12:15
    xatırlamıram.
  • 12:15 - 12:19
    Beləliklə iflic olmuş əlimi o biri əlimlə
  • 12:19 - 12:22
    telefonun lövhəsinə gətirib yığdığım nömrələri örtürəm
  • 12:22 - 12:25
    ki, adi reallığa qayıda
  • 12:25 - 12:30
    fikirləşim: "Hə, hə bu nömrəni yığmışam."
  • 12:30 - 12:32
    Beləliklə zəng edirəm
  • 12:32 - 12:34
    və iş yoldaşımın telefonda mənə
  • 12:34 - 12:37
    "Vovovoovovo" deməyini
  • 12:38 - 12:43
    eşidirəm.(Gülüş) Və öz-özümə fikirləşirəm,
  • 12:43 - 12:49
    "Səsi necə də Golden Retriever (it növü) səsinə oxşayır!"
  • 12:50 - 12:52
    Və öz düşüncəmdə ona "Bu Jilldir! Mənə kömək lazımdır!"
  • 12:52 - 12:54
    deməyimi yaxşı xatırlayıram.
  • 12:55 - 12:58
    Öz səsimi isə "Vovovovovo" kimi eşidirəm.
  • 12:58 - 13:00
    Yenə fikirləşriəm: "Mən də Golden Retriever kimi danışıram."
  • 13:00 - 13:03
    Danışmağa başlayana kimi dili danışa bilmədiyimi
  • 13:03 - 13:06
    və başa düşmədiyimi hiss etməmişdim.
  • 13:06 - 13:09
    İş yoldaşım kömək lazım olduğunu başa düşür və mənə kömək çağırır.
  • 13:09 - 13:13
    Bir az sonra Bostondan Masaçusets Baş Xəstəxanasına
  • 13:13 - 13:17
    aparılmaq üçün təcili yardım maşınındayam.
  • 13:17 - 13:19
    Mən isə getdikcə kiçildiyimi hiss edirəm,
  • 13:19 - 13:26
    İçindəki son havasını itirən şar kimi,
  • 13:26 - 13:29
    özümün kiçildiyimi, enerjimin itdiyini
  • 13:29 - 13:33
    və ruhumun təslim olduğunu hiss edirəm.
  • 13:33 - 13:39
    Həmin anda öz həyatıma hökm edə
  • 13:39 - 13:42
    bilməyəciyimi anladım.
  • 13:42 - 13:45
    Ya həkimlər həyatımı qurtarıb mənə həyatda
  • 13:45 - 13:48
    ikinci şans verəcəkdilər, və ya bəlkə də bu
  • 13:48 - 13:50
    mənim çevriliş nöqtəm idi.
  • 13:55 - 13:59
    Həmin gün günorta oyanıb hələ də
  • 13:59 - 14:04
    yaşadığımı anlayanda şok olmuşdum. Çünki ruhum təslim
  • 14:04 - 14:07
    olanda həyata əlvida demişdim.
  • 14:07 - 14:11
    Və beynim bir-birinə zidd, iki reallıq arasında
  • 14:11 - 14:15
    qalmışdı. Hissiyat sistemim vasitəsilə
  • 14:15 - 14:18
    ancaq ağrı hiss edirdim.
  • 14:19 - 14:23
    İşıq beynimi deşir, səslər uca və qarışıq olduğu üçün
  • 14:23 - 14:27
    heç nə başa düşə bilmir və
  • 14:27 - 14:31
    ancaq qaçmaq uzaqlaşmaq
  • 14:31 - 14:35
    istəyirdim. Bədənimdəki sərhəddi hiss etmədiyim üçün
  • 14:35 - 14:40
    həddən artıq böyük və sərbəst hiss edirdim,
  • 14:40 - 14:44
    şüşədən təzəcə çıxmış cin kimi idim.
  • 14:45 - 14:50
    Ruhum azad olmuşdu, utopiya
  • 14:50 - 14:55
    dənizində sakitcə hərəkət edən dalğa kimi idim.
  • 14:56 - 15:04
    Nirvana(Cənnət)də idim. Nirvananı tapmışdım.
  • 15:04 - 15:07
    Və belə böyük bir enerjinin, ruhumun kiçicik bir
  • 15:07 - 15:12
    bədəndə yerləşməsinə inana bilmirdim.
  • 15:14 - 15:18
    Sonra xatırladım ki," Mən ölməmişəm! Hələ
  • 15:18 - 15:22
    yaşayıram və Nirvananı tapmışam.
  • 15:22 - 15:25
    Deməli yaşadığım halda Nirvananı tapmışamsa,
  • 15:25 - 15:32
    yaşayan hər kəs bunu edə bilər." Və hər an burda
  • 15:32 - 15:36
    ola biləcəklərini bilən gözəl, dinc, rəhmli,
  • 15:36 - 15:39
    sevgiylə dolu insanları
  • 15:39 - 15:43
    təsəvvür etdim. Onlar istədikləri vaxt
  • 15:43 - 15:47
    beyinlərinin sağ yarımkürəsinə yönələrək
  • 15:47 - 15:52
    bu yeri tapa bilərlər. Və bu daxili iflicin
  • 15:52 - 15:56
    necə böyük bəxşiş olduğunu, həyatıma necə
  • 15:56 - 16:00
    böyük təsir edəcəyini
  • 16:01 - 16:10
    dərk etdim. Və bu mənim sağalmağıma kömək etdi.
  • 16:10 - 16:13
    Qanaxmadan 2 həftə yarım keçdikdən sonra
  • 16:13 - 16:15
    cərrahlar dil mərkəzimi idarə edən hissədəki
  • 16:15 - 16:18
    qan laxtasını təmizlədilər.
  • 16:18 - 16:20
    Bu şəkildə həyatımdakı həqiqi
  • 16:20 - 16:28
    mələklə: anamla birlikdəyəm. Tam sağalmağım 8 il çəkdi.
  • 16:29 - 16:34
    Beləliklə kimik biz? Biz manual bacarığa və iki idraki beynə sahib
  • 16:34 - 16:39
    olan kainatın yaşamaq gücüyük.
  • 16:39 - 16:43
    Və necə və kim olmağımızı dəqiqəbədəqiqə
  • 16:43 - 16:47
    idarə etmək qabiliyyətinə malikik.
  • 16:48 - 16:50
    İndi, bu dəqiqə beynimin sağ tərəfinə yönələ bilərəm,
  • 16:50 - 16:54
    budur burdayam.
  • 16:54 - 16:58
    Kainatın yaşamaq gücüyəm.
  • 16:58 - 17:01
    50 trilion molekul genlərinin
  • 17:01 - 17:06
    yaratdığı bir tamam.
  • 17:07 - 17:10
    Və yaxud, yalnız, güclü individuala çevriləcəyim
  • 17:10 - 17:14
    beynimin sol tərəfinə yönələ bilərəm,
  • 17:14 - 17:17
    Axından, sizdən uzaq.
  • 17:18 - 17:21
    Mən savadlı, nevroanatomist
  • 17:21 - 17:28
    Dr. Jill Tayloram. Bizim içimizdə iki "biz" mövcuddur.
  • 17:32 - 17:39
    Hansını seçmək istərdiniz? Hansını seçirsiniz? Nə vaxt seçirsiniz?
  • 17:41 - 17:45
    Mən isə inanıram ki, nə qədər çox daxili sakitlik tapdığımız
  • 17:45 - 17:48
    sağ beynimizə yönəlməyi seçsək,
  • 17:48 - 17:51
    dünya üçün o qədər çox dinclik gətirə bilərik,
  • 17:51 - 17:55
    planetimiz bir o qədər dinc olar.
  • 17:55 - 18:00
    Və inanırdım ki, bu bölüşməyə dəyər fikirdir.
Title:
Jill Bolte Taylor daxili iflici
Speaker:
Jill Bolte Taylor
Description:

Jill Bolte Taylor çox az beyin mütəxəssisinin arzulyacağı imkanı əldə etdi - o massiv beyin iflici keçirdi və hərəkət, danışıq, şüur kimi beyin funksiyalarını ardıcıllıqla itirməsinin şahidi oldu. Heyrətləndirici bir hekayə!

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
18:21
Gulchin Taghiyeva added a translation

Azerbaijani subtitles

Revisions