< Return to Video

Qlükozanın molekulyar quruluşu|Makromolekullar|Biologiya|Khan Academy

  • 0:00 - 0:07
    Bu videoda sizi biologiyada çox vacib
    molekullardan biri ilə tanış etmək
  • 0:07 - 0:08
    istəyirəm.
    Bu qlükozadır.
  • 0:08 - 0:11
    Bəzən dekstroz kimi də adlandırılır.
  • 0:11 - 0:14
    və dekstroz termini təbiətdə
    olan qlükozanı
  • 0:14 - 0:16
    məhlul halına gətirəndə, işığı sağa
  • 0:17 - 0:23
    qütbləşdirdiyindən irəli gəlir və
    dekstr sağ
  • 0:23 - 0:24
    deməkdir.Amma
  • 0:24 - 0:30
    daha yayğın termin olan qlükoza,yunanca
    şirin deməkdir.Əgər yunan bir dostunuzdan
  • 0:30 - 0:35
    şirin deməyini istəsəniz,"lükoz"kimi
    səslənəcək,mən mükəmməl demədim,amma
  • 0:35 - 0:41
    qlükoza kimi səslənir. Bu ona görədir ki,
    sözün mənşəyi oradır.Qlükoza,əslində
  • 0:41 - 0:48
    bioloji sistemlərdə enerjinin saxlanılması
    və ötürülməsinə görə çox vacibdir. Əgər
  • 0:48 - 0:53
    qanınız,qan şəkəriniz barədə danışırlarsa,
    qlükoza miqdarından bəhs edirlər.
  • 0:53 - 1:00
    Qan şəkərindən danışırlarsa,qlükoza
    nəzərdə tuturlar.Bütün fotosintez prosesi
  • 1:00 - 1:03
    bitkilərin günəş enerjisindən istifadə
    edərək, bu
  • 1:03 - 1:08
    enerjini qlükoza şəklində saxlamasından
    ibarətdir. Hüceyrələrimizdə
  • 1:08 - 1:11
    tənəffüs kimi şeylərin hamısı
    qlükoza qəbul etmək
  • 1:11 - 1:18
    və onu tam istifadə etmək və bədənimizdə
    enerjinin molekulyar valyutası olan ATF
  • 1:18 - 1:22
    əmələ gətirməkdən ibarətdir. Beləliklə,bu
    inanılmaz dərəcədə vacib bir molekuldur.
  • 1:23 - 1:27
    Qlikogen, nişasta əmələ gətirmək üçün
    qlükoza zəncirləri yaratmağa başlaya
  • 1:27 - 1:33
    bilərik, süfrə şəkəri düzəltmək üçün isə
    bənzər başqa bir sadə şəkər fruktozanı
  • 1:33 - 1:38
    istifadə edə bilərsiniz.Amma qlükozanın
    özü də şirindir. Gəlin, dərhal
  • 1:39 - 1:40
    molekul kimi
    onu tanıyaq.
  • 1:40 - 1:46
    Bura baxanda, açıq bir zəncir şəklində
    çəkildiyini görürsünüz. Bizim bir,iki,üç..
  • 1:46 - 1:49
    Əslində, gəlin nömrələyək. 1,2,
  • 1:49 - 1:54
    3,4,5,6 karbonumuz var. Deməli,
  • 1:54 - 1:56
    kimyəvi formulda C-nin
  • 1:56 - 2:00
    alt hissəsində 6 olacaq. Neçə
    hidrogenimiz var?
  • 2:00 - 2:07
    Bizim 1,2,3,4,5,6,7,8,9,10,11,12
    hidrogenimiz var.
  • 2:07 - 2:12
    Beləcə, C6H12. Bəs neçə oksigen var?
  • 2:13 - 2:17
    1,2,3,4,5,6 oksigen var.
    6 oksigen.
  • 2:18 - 2:25
    Diqqət etsəniz 6 karbon da var.Və hər
    oksigenə uyğun olaraq 2 hidrogenimiz
  • 2:25 - 2:28
    var.Hansı ki,suda da oksigen
    və hidrogenlərin mütənasibliyi belədir.
  • 2:29 - 2:33
    Əgər açıq bir şəkildə demək istəsək,
    burada yalnız 2 hidrogen
  • 2:33 - 2:35
    və 1 oksigenimiz yoxdur.
  • 2:35 - 2:41
    12 hidrogen və 6 oksigen var.Ancaq burada
    nəyin fərqli olduğunu bilmək həqiqətən
  • 2:41 - 2:44
    yaxşıdır.1 nömrəli karbonun karbonil
    qrupunun bir hissəsi olduğunu
  • 2:45 - 2:47
    görürük. Karbon ikiqat rabitə ilə
  • 2:48 - 2:50
    oksigenə bu cür bağlanır. Bu karbonildir.
  • 2:52 - 2:53
    Karbonil qrupudur.
  • 2:53 - 2:56
    Çünki, bu karbon oksigenə
  • 2:56 - 3:00
    ikiqat rabitə ilə bağlanmışdır.
  • 3:02 - 3:06
    Buradakı karbon zəncirində başqa
    rabitələr var, zənnimcə
  • 3:07 - 3:11
    deyə bilərdiniz, digər rabitə
    isə hidrogenlədir.Bunu aldehid olaraq
  • 3:11 - 3:14
    adlandırırıq. Bu aldehid qrupudur.
  • 3:15 - 3:19
    Aldehid qrupu bütün molekulun aldehid
    adlanmasına səbəb olur.Aldehid qrupunuz
  • 3:19 - 3:22
    varsa, bir aldehidsiniz. Deməli,qlükoza
  • 3:22 - 3:28
    bu aldehid olaraq düşünülərsə,
    düz zəncir olaraq çəkilmişdir.
  • 3:28 - 3:33
    Əlbəttə,onun hidroksil qrupları var.
    Buradakı hidroksil qrupları, OH qrupları.
  • 3:33 - 3:40
    Bu da qlükozanı rəsmi olaraq alkoqol
    edir. Karbonun hansı quruluşda olduğunu
  • 3:40 - 3:42
    yadda saxlamaq yaxşı olar.
    6 karbonunuz var
  • 3:42 - 3:45
    biri aldehid qrupunun hissəsidir,
  • 3:45 - 3:47
    digəri isə buradakı karbonil qrupunun.
    Və sonra
  • 3:47 - 3:53
    digər beşinin hər biri bir hidroksilə
    bağlanır və mən bu şəkildə yönəltmişəm,
  • 3:54 - 4:00
    dörd hidroksil sağ tərəfdə,
    üçüncü karbonda isə sol tərəfdə və
  • 4:00 - 4:02
    digər bütün karbon rabitələri
    hidrogenlədir.
  • 4:02 - 4:09
    Karbon, bu altı karbonun hər biri
    dörd kovalent rabitə qurmağı sevir.
  • 4:09 - 4:12
    Buradakı karbonil qrupunu hesabladıqdan
    sonra, hidroksil qruplarını
  • 4:12 - 4:16
    nəzərə aldıqdan sonra,
    qalanlarını hidrogenlə dolduracaqsınız.
  • 4:17 - 4:21
    Qlükozanı çox zaman düz bir zəncir kimi
    çəkdirsiniz,
  • 4:21 - 4:24
    ancaq bir çox dəfə onu
    halqa şəklində görəcəksiniz.
  • 4:25 - 4:30
    Bu quruluşdan bu quruluşa
    necə keçəcəyini düşünək.
  • 4:30 - 4:34
    Beləliklə, burada çəkdiyim şey tam olaraq
    eyni açıq zəncirdir,
  • 4:34 - 4:40
    amma bir az əyməyə başladım, lakin
    izləyə bilmək üçün yenidən nömrələyək.
  • 4:40 - 4:43
    Bu karbonil qrupuna aid olan karbondur.
  • 4:43 - 4:47
    Beləliklə, bu birinci karbondur və biz
    yuxarıya doğru nömrələyək. 2,3,
  • 4:48 - 4:49
    4, 5
  • 4:49 - 4:55
    və bu da 6 nömrəli karbon. Bu rabitəni
    daha yaxşı və qalın çəkməyimin səbəbi
  • 4:55 - 4:58
    bizə yaxın olanı göstərməkdir.
  • 4:58 - 5:02
    Düşünün ki,1-ci karbondan 2-ciyə gedərkən
    səhifənin xaricinə çıxırıq,
  • 5:02 - 5:06
    amma 3-dən 4-ə gedərkən isə yenidən
    səhifənin üzərinə qayıdırıq.
  • 5:06 - 5:12
    Buradan səhifəyə qayıdırıq. Buna görə də,
    2-ci və 3-cü karbon arasındakı
  • 5:13 - 5:16
    bu rabitə qalındır.
  • 5:16 - 5:20
    Düz burada olan rabitədir.
    2-dən 1-ə gedən isə
  • 5:20 - 5:21
    bu rabitədir.
  • 5:21 - 5:25
    Bir az içə gedirmiş kimi çəkəcəyəm .
    Bu rabitə isə
  • 5:25 - 5:32
    buradakı rabitədir.Əgər diqqətinizi
    toplamağa ehtiyacınız varsa,bir saniyə
  • 5:32 - 5:36
    videonu saxlayın. Təsəvvür edin ki, bura
    gətirmək üçün bunu sağa aparacağıq.
  • 5:36 - 5:41
    Sonra döndürəcəyik,bu ucunu döndərəcəyik
    və bu şəkildə geriyə doğru bükəcəyik.
  • 5:41 - 5:47
    Bu 6-cı karbona çatmaq üçün yuxarıya
    doğru bükülür və ora qədər döndürülür.
  • 5:47 - 5:53
    Bu zənciri bükdük və bütün səbəb,adətən bu
    hidroksil qrupu ilə reaksiya verməsidir.
  • 5:53 - 5:53
    Bu,
  • 5:53 - 5:58
    gördüyünüz qlükozanın ən səciyyəvi
    quruluşudur.Amma sahib olduğunuz
  • 5:58 - 6:03
    başqaları da var. 5-ci karbonun hidroksil
    qrupundakı oksigen
  • 6:03 - 6:07
    karbonil qrupundakı
  • 6:07 - 6:11
    1 nömrəli karbonla reaksiyaya girə bilər.
  • 6:11 - 6:15
    Çünki bəhs etdiyimiz kimi oksigen, acgözlü
    elektron kimi çox elektronegativdir.
  • 6:15 - 6:20
    Bu karbon müsbət yüklüdür. Buna görə
    cütlərdən birini götürə bilərsiniz.
  • 6:21 - 6:24
    Yəni, buradakı oksigenlərdən birini götürə
    bilərsiniz.Burada iki cüt elektron var.
  • 6:24 - 6:30
    Gəlin,onları bacardığım qədər səliqəli
    çəkim,bu bir tək cütlükdür və bu da
  • 6:30 - 6:32
    başqa bir cütdür.
    Bu oksigen
  • 6:32 - 6:33
    bu karbonla bir rabitə
  • 6:33 - 6:38
    yarada bilər.Üzvi kimyanı daha dərindən
    öyrənəndə buna nükleofilik bir hücum deyə
  • 6:38 - 6:41
    bilərik,çox zərif səslənir.Bunlar
    cəzb olunur,
  • 6:41 - 6:47
    bunun müsbət yükü var.bunun isə
    tək elektronları var.
  • 6:53 - 6:55
    Bu elektronlar bu karbonla
    əlaqə yaradanda
  • 6:56 - 6:58
    buradakı rabitə
  • 6:58 - 6:58
    əmələ gəlir.
  • 6:58 - 7:04
    Bu karbon buradakı elektronlarının
    getməsinə icazə verir,
  • 7:04 - 7:07
    Bunların biri...
    İcazə verin,daha bariz rəng ilə edim,
  • 7:08 - 7:13
    İkiqat rabitədə olan buradakı elektron-
    larından birinin getməsinə icazə verir.
  • 7:13 - 7:20
    Sonra o oksigen tərəfindən geri alınır,
    yaxud daha yaxşısı məhlulda hidrogen
  • 7:20 - 7:24
    protonuyla birləşir və ehtimal ki,
    əslində hidronyum molekulunun
  • 7:24 - 7:25
    bir hissəsinə çevrilir.
  • 7:25 - 7:27
    Qoyun, bu yolla göstərim.
  • 7:27 - 7:30
    bu bir hidrogen protonunu tutmaq üçün
    istifadə ediləcək.
  • 7:31 - 7:37
    bu elektron olmadan hidrogen atomu olardı.
    Bu yalnız bir hidrogen iyonudur.
  • 7:37 - 7:41
    Yalnız hidrogen protonudur, buradakı
  • 7:41 - 7:48
    rabitəni əmələ gətirəcək, icazə verin
    daha aydın deyim, buradakı karbon
  • 7:49 - 7:54
    və buradakı karbon,
    bu oksigenlə buradakı oksigen
  • 7:54 - 8:01
    Ümid edirəm ki,siz görürsünüz halqa necə
    əmələ gəlir.Ehtimal ki,deyirsiniz "gözləyin
  • 8:01 - 8:03
    bura bağlanan hidrogenimiz yox idi"
  • 8:03 - 8:08
    Bura əlavə hidrogenə bənzəyəni bu yolla
    çəkmədim.Bu müsbət yükü itirəcək, müsbət yükü silirik.
  • 8:09 - 8:15
    Təsəvvür edə bilərsiniz, su məhlulumuz var.
  • 8:15 - 8:18
    Ba.qa bir su molekulumuz burada var.
  • 8:18 - 8:21
    Və bunların hamısının ətrafında sıçrayış etdiyini və müxtəlif yollarla qarşılıqlı təsir bağışladığını bilirsiniz.
  • 8:22 - 8:26
    Qoyun, düzgün rəngi seçim.
  • 8:26 - 8:32
    Bu oksigen bunun yerinə bu cütlərdən birini istifadə edə bilər.
    bunun müvəqqəti pozitiv olacağını bilirsiniz.
  • 8:32 - 8:39
    O, bu cütlərdən birini hidrogeni tutmaq üçün istifadə edir.
  • 8:40 - 8:43
    Hansı ki, bu elektronları qaytarıb
    neytral olmağa icazə verir.
  • 8:43 - 8:49
    Bu oksigen əldə etdi və məhlula proton verdik,
  • 8:49 - 8:53
    hidronium iyonu əmələ gəldi
  • 8:54 - 8:56
  • 8:56 - 8:59
    Biz proton götürdük və
    məhlula proton verdik. Və sonda
  • 8:59 - 9:02
    bununla nəticələndi.Bu videonu çəkməyimin
    bütün səbəbi budur ki,
  • 9:02 - 9:06
    bunu biologiya və ya kimya dərsində
    gördükdə,əslində ondan qorxmayasınız.
  • 9:06 - 9:10
    Bu, tanışlıq üçün həqiqətən
    dəyərli bir şeydir.
  • 9:10 - 9:14
    Çünki, akademik karyeranız boyunca
    bir çox fərqli molekulda
  • 9:15 - 9:17
    qlükoza və digər şəkərləri görəcəksiniz.
Title:
Qlükozanın molekulyar quruluşu|Makromolekullar|Biologiya|Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
09:19

Azerbaijani subtitles

Revisions Compare revisions