-
Tarixdə bilinən ilk şifrələmə üsulu
təxminən eramızdan əvvəl 58-ci ildə
-
Yuli Sezar tərəfindən istifadə
olunmuş əvəzetmə şifrələməsi idi.
-
Bu üsul hal-hazırda Sezar
şifrələməsi kimi tanınır.
-
Sezar öz hərbi əmrlərində
hər bir hərfi dəyişdirir ki,
-
əgər bunlar düşmənin əlinə keçərsə,
-
onlar mənasız görünürsün və
düşmən oxuyub başa düşə bilməsin.
-
Tutaq ki, Ayşə və Babək Sezar şifrələməsindən
istifadə edərək ünsiyyət qurmağa qərar verirlər.
-
Onlar əvvəlcədən razılaşmalıdırlar ki,
hər bir hərf nə qədər yerdəyişmə edəcək.
-
Məsələn,deyək ki, üç vahid.
-
Beləliklə, mətni şifrələmək
üçün Ayşə
-
əsas mətndə hər bir hərfin yerini
-
əlifba sırasına görə
3 vahid dəyişməlidir.
-
Beləliklə A hərfi D,B hərfi E,
C hərfi isə F olacaq.
-
Daha sonra bu şifrəli mesaj,
-
açıq şəkildə Babəyə göndərilir.
-
Sonra isə Babəyə orijinal mesajı
oxumaq üçün sadəcə olaraq
-
hər hərfin yerini 3 vahid sola sürüşdürür.
-
İnanılmazdır ki, bu
sadə şifrələmə üsulu
-
hərbi rəhbərlər tərəfindən Sezarın
ölümündən yüz illər sonra da istifadə olunub.
-
Yuli Sezar: Mən döyüşdüm və
qalib gəldim.
-
Amma insan ruhu üzərində
qalib gələ bilməmişəm.
-
Çünki o məğlubedilməzdir.
-
Bununla belə,hər bi kilid
-
ən zəif nöqtəsi qədər güclüdür.
-
Kilidi qırmaq üçün əvvəlcə
mexaniki qüsurlar axtarılır.
-
Bunu bacarmadıqda isə,
düzgün kombinasiyaların sayını
-
azaltmaq üçün müəyyən
məlumat əldə etməyə çalışırlar.
-
Kilidin qırılması prosesi ilə
şifrənin qırıllması çox oxşardır.
-
Sezar şifrəsinin zəif nöqtəsi
-
800 il sonra Əl-Kindi adlanan
ərəb riyaziyyatçısı tərəfindən
-
nəşr olunmuşdu.
-
O Sezar şifrəsini mətnin yazıldığı dilin
-
mühüm xüsusiyyətlərinə əsaslanan ipucudan
-
istifadə edərək sındıra bilmişdi.
-
Əgər hansı bir kitabdakı
mətni gözdən keçirsəniz və
-
hər bir hərfin yazılma tezliyinə
nəzər yetirsəniz,
-
bu zaman bir-biri ilə əlaqəli
bir model görəcəksiniz.
-
Məsələn, bu İngilis əlifbasında olan
hərflərin istifadə olunma tezliyidir.
-
Bunu İngilislərin barmaq izi
kimi düşünmək olar.
-
Biz bir-birimizlə ünsiyyətdə olarkən
-
fərqində olmadan bu barmaq
izlərini buraxırıq.
-
Bu ipucu kod qırıcılar üçün
-
ən qiymətli alətlərdən
biridir.
-
Şifrəni qırmaq üçün
-
şifrələnmiş mətndəki hər
bir hərfin sayı tapılır,
-
və barmaq izinin nə qədər yer
dəyişdiyi yoxlanılır.
-
Məsələn,əgər şifrələnmiş
mətndə E əvəzinə
-
ən çox istifadə olunan
hərf H-dırsa,
-
bu o deməkdir ki,sağa 3 vahid
sürüşmə olub.
-
Beləliklə,orijinal mesajı açmaq üçün
-
onlar sıra ilə tərsinə çevrilirlər.
-
Bu proses tezlik analizi adlanır
-
və bu Sezar şifrəsinin təhlükəsizliyi
üçün bir zərbə olmuşdu.