Funksiya parametrləri | Kompüter proqramlaşdırması | Khan Academy
-
0:00 - 0:06Məstanın şəklini çəkən proqramımız ilə geri qayıtdıq
amma,mən bura biraz mətn əlavə etmişəm. -
0:06 - 0:11İstəyirəm ki,buradakı
hər başlığın aşağısında, -
0:11 - 0:13hər yaş dövrünə uyğun
bir Məstan yerləşdirim. -
0:13 - 0:16Şəkillər indi qarışıq düzülüblər.
Çünki biz, -
0:16 - 0:20funksiyanın daxilində "sX" və "sY"
dəyişənlərinə təsadüfi ədədlər vermişik. -
0:20 - 0:26İndi isə Məstanı dəqiq bir nöqtədə
çəkmək istəyirik və -
0:26 - 0:30eynilə "ellipse()" və "rect()"
funksiyalarında olduğu kimi -
0:30 - 0:33hər dəfə bu funksiyanı çağıranda,
şəkil həmin yerdə sabit dursun. -
0:34 - 0:40Çünki mən buraya ,buraya ,buraya və
buraya Məstan yerləşdirmək istəyirəm və -
0:40 - 0:44hər dəfə bu funksiyanı çağırdıqda,təsadüfi
koordinatların gəlməsini istəmirəm. -
0:44 - 0:49Bunun üçün biz funksiyanı həm
yuxarı hissədə elan edərkən, -
0:49 - 0:53həm də aşağı hissədə çağırarkən
-
0:53 - 0:57ona "parametr"lər ötürməliyik.
-
0:57 - 1:02Beləliklə,"şəkilçək()"funksiyasına biz "sX" və "sY"
dəyişənlərini ötürürük və nəticədə funksiya -
1:02 - 1:09təsadüfi seçilmiş ədədlər əvəzinə,
bizim daxil etdiyimiz dəyərlərdən istifadə edəcək. -
1:09 - 1:15Gəlin aşağıdakı funksiyanı çağırarkən
ona hansı dəyərləri ötürəcəyimizi düşünək. -
1:15 - 1:20Biz Məstanı hər mətnin aşağısında
yerləşdirmək istəyirik.Ona görə şəklin -
1:20 - 1:27x və y koordinatları "text()" funksiyasına
daxil etdiyimiz ədədlərə yaxın olmalıdır. -
1:27 - 1:32Məsəlçün birinci şəkil
üçün 10 və 30, -
1:32 - 1:41sonra isə, 200,230... 10,230...
200,230. -
1:41 - 1:45Bunlar demək olar ki,mətnin koordinatları ilə eynidir,
sadəcə olaraq hər dəfə y-i 10 vahid artırıram. -
1:45 - 1:50Çünki şəklin bir az
aşağıda olmasını istəyirəm. -
1:50 - 1:55Ancaq Məstanın yeri dəyişmədi.
Çünki biz yuxarıda funksiyaya parametrlər -
1:55 - 1:59daxil etdiyimizi deməmişik.Ona görə də,
-
1:59 - 2:04o hələ də təsadüfi ədədlərdən istifadə edir.
-
2:04 - 2:08Biz bu parametr adlarını mörtərizə
daxilində yazmalıyıq. -
2:08 - 2:14"sX" və "sY" yazırıq və onları vergül
ilə ayırırıq. -
2:14 - 2:21Biz funksiya daxilində
bu parametrləri çağırırıq. -
2:21 - 2:23Buna görə də kodumuzun geri qalan
hissəsini yenidən yazmağa etiyac qalmır. -
2:23 - 2:29Ancaq yenə də heç nə baş vermir;
-
2:29 - 2:31Əgər kodun ən yuxarısına baxsanız,
görərsiniz ki, -
2:31 - 2:35hələ də "sX" və "sY" dəyişənlərinə
təsadüfi ədədlər təyin edirik. -
2:35 - 2:39Tək etməli olduğumuz,
bu sətirləri silməkdir. -
2:39 - 2:45İndi, "sX" və "sY" funksiyaya
ötürülür və funksiya -
2:45 - 2:50bizim çağırdığımız
dəyərləri istifadə edir. -
2:50 - 2:55Mən Məstanı kifayət qədər düzgün
yerləşdirməmişəm.Çünki,unutdum ki, -
2:55 - 3:01mətn yuxarı sol, üz isə mərkəzə görə
yerləşdirilir. -
3:01 - 3:06İndi mən rəqəmlərimdə bir qədər
düzəliş edəcəm. -
3:06 - 3:13"x" i dəyişəcəm, bunu buraya çəkəcəm,
bu bizim körpə məstanımızdır. -
3:13 - 3:18Biz bir daha üzərindən keçib,funksiyaya
ötürdüyümüz dəyərləri dəyişəcəyik. -
3:18 - 3:23Funksiyanın elan hissəsini
dəyişməyə isə ehtiyac yoxdur. -
3:23 - 3:26O, hər zaman eynilə
"ellipse()" və "rect()" funksiyaları kimi -
3:26 - 3:28bizim ötürdüyümüz
dəyərləri istifadə edəcək. -
3:28 - 3:33Hər birini yerləşdirdik,ancaq fikir verdim
ki, Məstan çox böyükdür. -
3:33 - 3:36Onlar üst-üstə düşür
və tam yerləşmir. -
3:36 - 3:39Mən Məstanın şəklini çəkən kodu
funksiya daxilində yazmışam. -
3:39 - 3:42Ona görə də, "ellipse" çəkən kod sətrini
dəyişərək, -
3:42 - 3:45hər birinin eyni vaxtda
ölçüsünü dəyişə bilərəm. -
3:45 - 3:51Əgər "190" daxil etsəm,
Məstan ölçüsü balacalaşacaq. -
3:51 - 3:56İndi onlar daha yaxşı görünür
biraz daha düzəliş edirəm -
3:56 - 4:02Və budur !Hər şey əladır.
-
4:02 - 4:09Gəlin bu kodun nə iş gördüyünə bir daha nəzər salaq.
O, "şəkilçək" adlı funksiya elan edir və -
4:09 - 4:15funksiya 2 dəyər qəbul edir,
və bu dəyərlər "sX" və "sY" adlandırılır. -
4:15 - 4:20Bu dəyərlər dəyişən hesab olunur və
-
4:20 - 4:23biz onlara istədiyimiz dəyərləri
təyin edə bilərik. -
4:23 - 4:29Funksiyanı elan etdikdən sonra biz
onu istədiyimiz yerdə çağıra bilərik. -
4:29 - 4:34Dəyişənlərə hər dəfə müxtəlif dəyərlər təyin edə,
və onlardan istifadə edə bilərik. -
4:34 - 4:38Funksiyaların necə də faydalı və
maraqlı mövzu olduğunu gördünüz. -
4:38 - 4:43Funksiyaları istədiyimiz qədər
təkrar-təkrar çağırıa və yaxud -
4:43 - 4:46lazım gəldikdə parametrlərdə dəyişiklik
edə bilərik. -
4:46 - 4:49Funksiyalar resept kimidir.
Təməl məlumatları yazırsınız, -
4:49 - 4:53birdən görsəniz ki, Məstanı 1 yox 4 dəfə
bəsləmək lazımdır,bu zaman -
4:53 - 4:56hər şeyə yenidən başlamaq lazım deyil,
sadəcə olaraq əvvəlki məlumatları yeniləyirsiniz, -
4:56 - 4:58və hər şeyi 4 dəfə artırırsınız.
-
4:58 - 5:02İndi isə siz, kodunuzda istədiyiniz
dəyişiklikləri edə bilərsiniz.
- Title:
- Funksiya parametrləri | Kompüter proqramlaşdırması | Khan Academy
- Description:
-
Pamela parametrləri fərdi funksiyalara necə çevirə biləcəyinizi göstərir ki, hər dəfə onları çağırdıqda,fərqli cavab versinlər.
İndi KhanAcademy.org saytında bu dərsi özünüz məşq edin:
https://www.khanacademy.org/computing/computer-programming/programming/functions/p/challenge-moles-in-holes?utm_source=YT&utm_medium=Desc&utm_campaign=computerprogrammingSonrakı dərsə baxın:
https://www.khanacademy.org/computing/computer-programming/programming/functions/p/function-return-values?utm_source=YT&utm_medium=Desc&utm_campaign=computerprogrammingÖncəki dərsləri ötürmüsünüz?
https://www.khanacademy.org/computing/computer-programming/programming/functions/p/functions?utm_source=YT&utm_medium=Desc&utm_campaign=computerprogrammingKhan Academy-də Kompüter Proqramlaşdırması: JavaScript & ProcessingJS istifadə edərək çertyojları, animasiyaları və oyunları necə proqramlaşdırmağı öyrənin və ya HTML və CSS ilə veb səhifələr yaratmağı öyrənin. Siz yaratdıqlarınızı paylaşa, başqalarının yaratdıqlarını araşdıra və bir-birinizdən öyrənə bilərsiniz!
Khan Academy haqqında: Khan Academy qeyri-kommersiya təşkilatıdır, missiyası hər kəsə, istənilən yerdə pulsuz, dünya səviyyəli təhsil verməkdir. Biz inanırıq ki, hər yaşda olan öyrənənlər öz sürətləri ilə mənimsəyə biləcəkləri pulsuz təhsil məzmununa məhdudiyyətsiz çıxış əldə etməlidirlər. Biz bütün dünyada tələbələrə və müəllimlərə kömək etmək üçün ağıllı proqram təminatı, dərin məlumat analitikası və intuitiv istifadəçi interfeyslərindən istifadə edirik. Resurslarımız riyaziyyat, biologiya, kimya, fizika, iqtisadiyyat, maliyyə, tarix, qrammatika və s. daxil olmaqla erkən kollec təhsili vasitəsilə məktəbəqədər təhsili əhatə edir. Biz test tərtibatçısı olan Kollec Şurası ilə birgə pulsuz fərdiləşdirilmiş SAT testinə hazırlıq təklif edirik. Khan Academy onlarla dilə tərcümə olunub və hər il dünyada 100 milyon insan platformamızdan istifadə edir. Əlavə məlumat üçün www.khanacademy.org saytına daxil olun, Facebook-da bizə qoşulun və ya Twitter-də @khanacademy səhifəsində bizi izləyin. Və unutmayın ki, hər şeyi öyrənə bilərsiniz.
Pulsuz. Hər kəs üçün. Daimi. #YouCanLearnAnything
Khan Academy-nin Kompüter Proqramlaşdırma kanalına abunə olun:
https://www.youtube.com/channel/UCzYDKG5mmfPPIosXuQ1PvEA?sub_confirmation=1
Subscribe to Khan Academy: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 05:05
![]() |
Aida_Mammadli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Aida_Mammadli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy |