Funksiya parametrləri | Kompüter proqramlaşdırması | Khan Academy
-
0:01 - 0:06Məstan çəkmə proqramımız ilə geri qayıtdıq
amma,mən ona biraz mətn əlavə etmişəm. -
0:06 - 0:11Mən istəyirəm ki,hər başlığın aşağısında,
həyatının hər mərhələsində, -
0:11 - 0:13bir məstan yerləşdirim.
-
0:13 - 0:16İndi onlar hər yerdədirlər.
Çünki biz, -
0:16 - 0:20funksiyanın daxilində,"faceX" və "faceY"-ə
təsadüfi rəqəmlər vermişik. -
0:20 - 0:27Biz isə demək istəyirik ki," Məstanı bu
yerdə çəkmək istəyirəm" -
0:27 - 0:30Mən hər dəfə funksiyanı çağıranda,
həmin yerdə olmasını istəyirəm. -
0:30 - 0:33Eynilə "ellipse()" və "rect()" da
olduğu kimi. -
0:34 - 0:40Çünki mən,buraya da,buraya da,buraya da
buraya da,məstan yerləşdirmək istəyirəm. -
0:40 - 0:44Hər dəfə funksiyanı çağırdıqda,təsadüfi
yerlərdə gəlməsini istəmirəm. -
0:44 - 0:49Bunun üçün biz funksiyaya "parametr"lər
təyin etməliyik. -
0:49 - 0:53Həm funksiyanın tərifində,
--yuxarı hissədə-- -
0:53 - 0:57həm də funksiya çağırışında.
Aşağı hissədə. -
0:57 - 1:02"drawWinston()"üçün biz "faceX" və "faceY"
daxil edirik,və təsadüfi rəqəmlər -
1:02 - 1:09seçmək əvəzinə,bizim daxil etdiyimiz
rəqəmləri istifadə etməsinə məcbur edirik. -
1:09 - 1:15Gəlin aşağıdakı funksiya çağırışına nə
daxil edəcəyimizi düşünək. -
1:15 - 1:20Biz məstanı hər mətnin aşağısında
yerləşdirmək istəyirik.Ona görə də -
1:20 - 1:24hər şəklin "x" və "y"i "text()"-ə
daxil etdiyimiz rəqəmlərlə eyni olmalıdır. -
1:24 - 1:32"y" də 10 piksel aşağı ola bilər.
Yəni 1-ci üçün 10 və 30, -
1:32 - 1:41sonra isə, 200,230... 10,230...
200,230. -
1:41 - 1:45Mətn koordinatları ilə eyni rəqəmlərdir
sadəcə hər "y"-ə 10 artırıram. -
1:45 - 1:47Çünki çox az aşağıda olmasını istəyirəm.
-
1:50 - 1:55Ancaq Məstan tərpənmədi.
Çünki biz yuxarıdakı funksiyaya,rəqəmlər -
1:55 - 1:59daxil etdiyimizi deməmişik.Ona görə də,
hələ təsadüfi rəqəmlər istifadə edir. -
1:59 - 2:04Funksiyaya, " Biz sənə bu rəqəmləri daxil
edəcəyik" - deyirik. -
2:04 - 2:08Biz parametr adlarını,bu mörtərizə
daxilində yazmalıyıq. -
2:08 - 2:14Onlara, "faceX" və "faceY" deyib, vergül
ilə ayıracağıq. -
2:14 - 2:21Onların adını belə qoyuruq, çünki funksiya
daxilində onları bu cür adlandırmışdıq. -
2:21 - 2:23Bu yolla,kodumuzun qalanını yenidən yazmaq
lazım olmur. -
2:23 - 2:29Ancaq yenə də heç nə baş vermir;
Məstan hələ də ekrana yayılıb. -
2:29 - 2:31Əgər kodun ən yuxarısına baxsanız,
görərsiniz ki, -
2:31 - 2:35hələ də "faceX" və "faceY" i təsadüfi
rəqəmlərlə əvəz edirik. -
2:35 - 2:39Tək etməli olduğumuz,
bu sətirləri silməkdir. -
2:39 - 2:45İndi, "faceX" və "faceY" funksiyaya daxil
olur və bizim çağırdığımız -
2:45 - 2:50dəyərləri istifadə edir.
-
2:50 - 2:55Mən məstanı kifayət qədər düzgün
yerləşdirməmişəm.Çünki,unutdum ki, -
2:55 - 3:01mətn yuxarı sol, üz isə mərkəzə görə
yerləşdirilir. -
3:01 - 3:06Indi mən rəqəmlərimdə bir qədər
düzəliş edəcəm. -
3:06 - 3:13"x" i dəyişəcəm, bunu buraya çəkəcəm,
bu bizim körpə məstanımız... -
3:13 - 3:18Biz bir daha üzərindən keçib,funksiyaya
daxil etdiyimiz qiymətləri dəyişəcəyik. -
3:18 - 3:23Funksiyanın tərifini dəyişməyə
isə ehtiyac yoxdur. -
3:23 - 3:26O, hər zaman bizim daxil etdiyimiz
rəqəmləri istifadə edəcək. -
3:26 - 3:28Eynilə "ellipse()" və "rect()" kimi.
-
3:28 - 3:33Hər birini yerləşdirdik,ancaq fikir verdim
ki, Məstan çox böyükdür. -
3:33 - 3:36Onlar üst-üstə düşür,yerləşmir.
-
3:36 - 3:39Mən kodu, onları funksiya daxilində
çəkməsi üçün daxil etmişəm. -
3:39 - 3:42Ona görə də, "ellipse" çəkən kod sətrini
dəyişərək, -
3:42 - 3:45hər birinin eyni vaxtda
ölçüsünü dəyişə bilərəm. -
3:45 - 3:51Əgər "190" daxil etsəm,
Məstan "190"-a kimi arıqlayacaq. -
3:51 - 3:56İndi o daha yaxşı yerləşəcək.
ona görə mən, tam yerləşdirənə -
3:56 - 4:02kimi, dartmağa davam edəcəm.
Əla. -
4:02 - 4:09Gəlin bu kodun nə etdiyinə bir daha baxaq.
O, "drawWinston" adlı funksiya təyin edir, -
4:09 - 4:15funksiyaya 2 dəyər götürməsini deyir,
və onları "faceX" və "faceY" adlandırır. -
4:15 - 4:20Bu dəyərlər, verilən kimi daxil olur, və
funksiyada istədiyimiz yerdə istifadə -
4:20 - 4:23olunur.Eynilə,yuxarıda funksiyaya
bildirdiyimiz dəyərlər kimi. -
4:23 - 4:29Sonra isə, funksiyanı istədiyimiz kimi
adlandıra bilərik. -
4:29 - 4:34Onlara yeni dəyərlər verə bilərik, və o
hər dəfə yeni dəyərləri istifadə edəcək. -
4:34 - 4:38İndi,kodlar haqqında nəyin maraqlı
olduğunu gördünüz.Biz,yararı olduğunu -
4:38 - 4:43düşündüyümüz bir kodla qarşılaşa bilərik,
ancaq eyni zamanda,"bu kodda bunu dəyişmək -
4:43 - 4:46istəyirəm" deyə parametrə deyə bilərik.
-
4:46 - 4:49Bu resept kimidir.
Təməl məlumatları yazırsınız, -
4:49 - 4:53birdən görsəniz ki, 1 yerinə 4 məstanı
bəsləmək lazımdır, -
4:53 - 4:56hər şeyə yenidən başlamır,
sadəcə original dəyərləri yeniləyirsiniz, -
4:56 - 4:58və onları 4 dəfə artırırsınız.
-
4:58 - 5:02İndi siz, kodunuzdakı digər reseptlər
haqqında düşünə bilərsiniz.
- Title:
- Funksiya parametrləri | Kompüter proqramlaşdırması | Khan Academy
- Description:
-
Pamela parametrləri fərdi funksiyalara necə çevirə biləcəyinizi göstərir ki, hər dəfə onları çağırdıqda,fərqli cavab versinlər.
İndi KhanAcademy.org saytında bu dərsi özünüz məşq edin:
https://www.khanacademy.org/computing/computer-programming/programming/functions/p/challenge-moles-in-holes?utm_source=YT&utm_medium=Desc&utm_campaign=computerprogrammingSonrakı dərsə baxın:
https://www.khanacademy.org/computing/computer-programming/programming/functions/p/function-return-values?utm_source=YT&utm_medium=Desc&utm_campaign=computerprogrammingÖncəki dərsləri ötürmüsünüz?
https://www.khanacademy.org/computing/computer-programming/programming/functions/p/functions?utm_source=YT&utm_medium=Desc&utm_campaign=computerprogrammingKhan Academy-də Kompüter Proqramlaşdırması: JavaScript & ProcessingJS istifadə edərək çertyojları, animasiyaları və oyunları necə proqramlaşdırmağı öyrənin və ya HTML və CSS ilə veb səhifələr yaratmağı öyrənin. Siz yaratdıqlarınızı paylaşa, başqalarının yaratdıqlarını araşdıra və bir-birinizdən öyrənə bilərsiniz!
Khan Academy haqqında: Khan Academy qeyri-kommersiya təşkilatıdır, missiyası hər kəsə, istənilən yerdə pulsuz, dünya səviyyəli təhsil verməkdir. Biz inanırıq ki, hər yaşda olan öyrənənlər öz sürətləri ilə mənimsəyə biləcəkləri pulsuz təhsil məzmununa məhdudiyyətsiz çıxış əldə etməlidirlər. Biz bütün dünyada tələbələrə və müəllimlərə kömək etmək üçün ağıllı proqram təminatı, dərin məlumat analitikası və intuitiv istifadəçi interfeyslərindən istifadə edirik. Resurslarımız riyaziyyat, biologiya, kimya, fizika, iqtisadiyyat, maliyyə, tarix, qrammatika və s. daxil olmaqla erkən kollec təhsili vasitəsilə məktəbəqədər təhsili əhatə edir. Biz test tərtibatçısı olan Kollec Şurası ilə birgə pulsuz fərdiləşdirilmiş SAT testinə hazırlıq təklif edirik. Khan Academy onlarla dilə tərcümə olunub və hər il dünyada 100 milyon insan platformamızdan istifadə edir. Əlavə məlumat üçün www.khanacademy.org saytına daxil olun, Facebook-da bizə qoşulun və ya Twitter-də @khanacademy səhifəsində bizi izləyin. Və unutmayın ki, hər şeyi öyrənə bilərsiniz.
Pulsuz. Hər kəs üçün. Daimi. #YouCanLearnAnything
Khan Academy-nin Kompüter Proqramlaşdırma kanalına abunə olun:
https://www.youtube.com/channel/UCzYDKG5mmfPPIosXuQ1PvEA?sub_confirmation=1
Subscribe to Khan Academy: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 05:05
![]() |
Aida_Mammadli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Aida_Mammadli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy | |
![]() |
Rashad Khairkhabarli edited Azerbaijani subtitles for Function Parameters | Computer Programming | Khan Academy |