< Return to Video

Demensiyanın digər növləri | Psixi sağlamlıq | NCLEX-RN | Khan Academy

  • 0:03 - 0:06
    Demensiya xatırlama,
  • 0:06 - 0:08
    ünsiyyət qurma və
    anlamaqda çətinliyi ifadə
  • 0:08 - 0:10
    edən ümumi termindir.
  • 0:10 - 0:13
    Altsheymer xəstəliyi bütün
    demensiya hallarının təxminən
  • 0:13 - 0:17
    60-80% -ni təşkil edən
    spesifik demensiya növüdür.
  • 0:18 - 0:20
    Bəs digər 20-40%-ə nə aiddir?
  • 0:20 - 0:22
    Demensiya hallarının
    təxminən
  • 0:22 - 0:26
    20-30%-ni təşkil edən ən geniş
    yayılmış ikinci növü
  • 0:26 - 0:28
    Damar mənşəli demensiyadır.
  • 0:29 - 0:31
    Funksiyasından asılı olmayaraq bədəndəki
  • 0:31 - 0:33
    bütün hüceyrələrin sağ qalması
    üçün nə lazımdır?
  • 0:34 - 0:36
    Oksigen. Hər birinə oksigen lazımdır.
  • 0:37 - 0:39
    Beyin hüceyrələri üçün də
    bu, eynidir.
  • 0:40 - 0:42
    Onlar orqanizmdə oksigeni
    ən çox istifadə
  • 0:42 - 0:42
    edənlərdir.
  • 0:43 - 0:46
    Ürək hər dəfə döyündükdə,
    qanın təxminən
  • 0:46 - 0:48
    20-25%-ni beyin hüceyrələrinə ötürür.
  • 0:49 - 0:52
    Beyin hüceyrəsi və ya neyronların
    oksigen tələbatı
  • 0:52 - 0:55
    bu qədər çoxdursa, deməli,
  • 0:55 - 0:58
    beyin, qan dövranının pozulmasına qarşı
  • 0:58 - 0:59
    xüsusilə həssasdır.
  • 1:00 - 1:03
    Beləliklə, onlar oksigeni almadıqda və ya
  • 1:03 - 1:06
    az aldıqda zədələnə, hətta məhv ola bilər.
  • 1:06 - 1:10
    Gicgah payı hüceyrələri
    müvəqqəti olaraq lazımi
  • 1:10 - 1:12
    qədər oksigen almazsa,
    məhv olmağa başlayacaq,
  • 1:12 - 1:15
    bu da öz növbəsində,
    yaddaş problemlərinin yaranması ilə
  • 1:15 - 1:18
    nəticələnəcək, çünki bu
    payın əsas
  • 1:18 - 1:19
    funksiyaları pozulacaq.
  • 1:21 - 1:23
    Beləliklə, qan təchizatının
    pozulması
  • 1:23 - 1:26
    səbəbindən yarandığına
    görə buna,
  • 1:26 - 1:27
    damar mənşəli demensiya deyirik.
  • 1:28 - 1:31
    Qan axınının azalması nəticəsində
  • 1:31 - 1:33
    beyində qan təchizatı pozularsa,
    beyin
  • 1:33 - 1:35
    hüceyrələrinin və onların
    funksiyalarının
  • 1:35 - 1:37
    itirilməsi baş verə bilər.
  • 1:38 - 1:41
    Damar mənşəli demensiya zamanı
    düşünmə
  • 1:41 - 1:44
    qabiliyyətindəki dəyişikliklər ani
    bir zədələnmədən sonra
  • 1:44 - 1:47
    baş verə bilər, məsələn,
    insult nəticəsində beynə
  • 1:47 - 1:49
    qan axını kəsilə bilər.
  • 1:49 - 1:51
    Dəyişikliklər tədricən də baş verə
  • 1:51 - 1:54
    bilər, beyni qanla təchiz edən kiçik
  • 1:54 - 1:56
    kiçik damarların tutulması səbəbindən
  • 1:56 - 1:59
    proqressiv zədələnməyə səbəb ola bilər.
  • 2:01 - 2:03
    Qan təchizatı və ürək-damar sistemi ilə
  • 2:03 - 2:05
    əlaqəli olduğuna görə,
    risk faktorları ürək xəstəlikləri,
  • 2:05 - 2:08
    damar problemləri və insult riskini
    artıran faktorlarla
  • 2:08 - 2:11
    olduqca oxşardır.
  • 2:12 - 2:15
    Bura siqaretçəkmə, yüksək qan təzyiqi,
  • 2:15 - 2:19
    hərəkətsiz həyat tərzi, piylənmə
    və yetərsiz qidalanma aiddir.
  • 2:21 - 2:24
    Demensiyanın ikinci ən yayılmış növü
    haqda danışdıq.
  • 2:24 - 2:26
    Üçüncü ən yayğın növ Levi
  • 2:26 - 2:28
    cisimcikli demensiyadır ki,
    bu da bütün demensiya
  • 2:28 - 2:31
    hallarının təxminən
    10-25%-ni təşkil edir.
  • 2:31 - 2:34
    Bu növ 1900-cü illərin əvvəllərində
    onu kəşf edən
  • 2:34 - 2:37
    həkim Levi'nin adını
    daşıyan Levi cisimciyi adlanan
  • 2:37 - 2:39
    neyronların daxilində meydana gələn
  • 2:39 - 2:41
    anormal quruluşlu
    zülaldan götürülüb.
  • 2:42 - 2:45
    Levi cisimcikləri, alfa-sinuklein adlanan
  • 2:45 - 2:47
    zülalların toplanmasından
    əmələ gəlir.
  • 2:48 - 2:50
    Bunlar beyin hüceyrələrində,
    yəni neyronlarda
  • 2:50 - 2:52
    asılı vəziyyətdə olur.
  • 2:53 - 2:55
    Alfa-sinuklein zülalları beyində
  • 2:55 - 2:57
    geniş yayılıb, lakin dəqiq funksiyası
  • 2:57 - 2:59
    hələ tam öyrənilməyib.
  • 3:00 - 3:02
    Hüceyrədə bu zülallar düzgün emal
  • 3:02 - 3:06
    olunmazsa, toplanmağa və
  • 3:06 - 3:09
    Levi cisimciklərini əmələ
    gətirməyə başlayırlar bu da,
  • 3:09 - 3:11
    nəticədə, hüceyrələri zədələyir.
  • 3:13 - 3:15
    Levi cisimcikli demensiyasının
  • 3:15 - 3:17
    simptomlarına düşüncə, yaddaş
  • 3:17 - 3:21
    hərəkətlərdə problemlər, titrəmə,
    hallüsinasiyalar,
  • 3:21 - 3:23
    yuxu zamanı gəzmə, danışma kimi
  • 3:23 - 3:26
    davranış pozuntuları aiddir.
  • 3:28 - 3:31
    Alimlər Levi cisimciklərinin
  • 3:31 - 3:33
    yaranmasının səbəblərini
  • 3:33 - 3:36
    hələlik müəyyən edə bilməyiblər
  • 3:36 - 3:37
    və tədqiqatlar hələ də davam edir.
  • 3:38 - 3:40
    Məlum olub ki, Levi cisimciklərinə
  • 3:40 - 3:42
    Altsheymer və Parkinson xəstəliyi
  • 3:42 - 3:45
    zamanı da rast gəlinir, bu da beyində
  • 3:45 - 3:47
    bu tip zülalları parçalamaqda
  • 3:47 - 3:49
    problem yarandığını
  • 3:49 - 3:50
    göstərir.
  • 3:51 - 3:54
    Bununla yanaşı, Parkinson xəstəliyi
  • 3:54 - 3:56
    olanlarda sonralar demensiya inkişaf edə
  • 3:56 - 3:59
    bilir, buna Parkinson
    zamanı demensiya adlanır.
  • 4:00 - 4:02
    Parkinson xəstəliyi zamanı hərəkətlərin
  • 4:02 - 4:03
    idarə olunması pozulur.
  • 4:04 - 4:06
    Demensiyanın bu növündə
    Parkinson xəstəliyi,
  • 4:06 - 4:08
    hərəki funksiyalarla yanaşı,
  • 4:08 - 4:11
    psixi fəaliyyətə də təsir
    göstərməyə başlayır.
  • 4:14 - 4:17
    Digər bir demensiya növü
    əvvəllər Pik xəstəliyi
  • 4:17 - 4:19
    adlanan Alın-gicgah demensiyasıdır.
  • 4:20 - 4:21
    Bu növ demensiyada, xüsusi olaraq,
  • 4:21 - 4:24
    alın və gicgah paylarında yerləşən
    neyronların zədələnməsi
  • 4:24 - 4:25
    baş verir.
  • 4:26 - 4:27
    Bu neyronlar zədələndikdə, onlara
  • 4:27 - 4:30
    xas olan funksiyalar da pozulur.
  • 4:30 - 4:32
    Alın payı zədələndiyi üçün məkanda mövqe
  • 4:32 - 4:35
    hissiyyatı pozulur, gicgah payının
    zədələnməsinə görə isə
  • 4:37 - 4:40
    nitq qüsuru yaranır.
    Demensiya, getdikcə artan beyin
  • 4:40 - 4:42
    zədələnmələrinə gətirib
    çıxara bilən
  • 4:42 - 4:44
    digər səbəblərdən də
    ortaya çıxa bilər.
  • 4:46 - 4:48
    Məsələn, spirtli içkilərin həddən
    artıq istifadəsi zamanı
  • 4:48 - 4:52
    beyin toxuması zədələnə bilər,
  • 4:52 - 4:54
    yaxud dapeşəkar boksçular və
  • 4:54 - 4:57
    futbolçularda müşahidə oluna bilən,
  • 4:57 - 4:59
    davamlı təkrarlanan baş-beyin
    zədələnmələri zamanla
  • 4:59 - 5:02
    beyin toxumasına ciddi
    ziyan vura bilər.
  • 5:05 - 5:07
    Həmçinin eyni vaxtda demensiya
  • 5:07 - 5:09
    növlərinin bir neçəsi
    birlikdə rast gəlinə bilər.
  • 5:09 - 5:11
    Məsələn, Altsheymer xəstəliyi ilə birgə
  • 5:11 - 5:14
    eyni vaxtda damar mənşəli
    Demensiya görülə bilər.
Title:
Demensiyanın digər növləri | Psixi sağlamlıq | NCLEX-RN | Khan Academy
Description:

Sağlamlıq və dərman tərkibi üçün bizi (http://www.khanacademy.org/science/healthcare-and-medicine) və ya MCAT ilə əlaqəli məzmunu üçün (http://www.khanacademy.org/test-prep/mcat) ziyarət edin. Bu videolar tibbi məsləhət vermir və yalnız məlumat vermək üçündür. Videoların peşəkar tibbi məsləhət, diaqnoz və ya müalicənin əvəzi olması nəzərdə tutulmayıb. Tibbi vəziyyətlə bağlı suallarınız üçün həmişə ixtisaslı bir sağlamlıq məsləhətçisindən məsləhət alın. Heç bir Khan Academy videosunda oxuduğunuz və ya gördüyünüz bir şey olduğuna görə heç vaxt peşəkar tibbi məsləhətləri laqeyd yanaşmayın və ya müraciətində gecikməyin. Tanner Marshall tərəfindən hazırlanmışdır.

Növbəti dərsi izləyin: https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-mental-health/dementia-delirium-alzheimers-rn/v/risk-factors-for-dementia?utm_source=YT&utm_medium = Desc & utm_campaign = Nclex-rn

Əvvəlki dərsi qaçırdınız? https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-mental-health/dementia-delirium-alzheimers-rn/v/alzheimers-disease-plaques-and-tangles?utm_source=YT&utm_medium=Desc&utm_c Nclex-rn

Khan Academy-də NCLEX-RN: NCLEX-RN-də yer alan məzmundan suallar toplusu. Bu suallar Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Amerika Birləşmiş Ştatları Lisenziyası (http://creativecommons.org/licenses/by-nc-sa/3.0/us/ saytında mövcuddur) altında mövcuddur.

Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və s. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyənləşdirən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamalara aparır. Xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.

Pulsuz. Hər kəs üçün. Əbədi. # Hər şey öyrənə bilərsən

Khan Academy’nin NCLEX-RN kanalına abunə olun: https://www.youtube.com/channel/UCDx5cTeADCvKWgF9x_Qjz3g?sub_confirmation=1
Khan Academy-yə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
05:19

Azerbaijani subtitles

Revisions Compare revisions