< Return to Video

Çin Mərkəzi Bankı Xəzinələri satın alır

  • 0:01 - 0:04
    Gəlin əvvəlki videolarda
    etdiklərimizi nəzərdən keçirib
  • 0:04 - 0:06
    qaldığımız yerdən davam edək.
  • 0:06 - 0:09
    Deyək ki, hazırda reallıq budur ki,
  • 0:09 - 0:12
    1 dollar üçün məzənnə dərəcəsi
    10 yuandır.
  • 0:12 - 0:15
    Nəzərinizə çatdırım ki,
    bu, gerçək valyuta məzənnəsi deyil
  • 0:15 - 0:24
    və mən bu rəqəmləri sırf
    sadə olduqları üçün istifadə edirəm.
  • 0:25 - 0:27
    Biz indi elə vəziyyətdəyik ki,
    Çin Mərkəzi Bankı,
  • 0:27 - 0:29
    bu qiymət-mənfəətin artıma
    olan nisbətini
  • 0:29 - 0:31
    olduğu kimi saxlamaq və
  • 0:31 - 0:33
    həmin nöqtəyə kilidləmək istəyir.
  • 0:33 - 0:37
    O, hər nə qədər bu valyuta
    məzənnəsini saxlamaq istəsə də,
  • 0:37 - 0:40
    biz reallıqda görürük ki,
    Çindən ABŞ-a ixrac
  • 0:40 - 0:43
    edilib satılan mallar
    ABŞ-dan Çinə gələnlərdən
  • 0:43 - 0:45
    çox daha yüksək miqdardadırlar.
  • 0:45 - 0:47
    Bu da bizim əvvəlki
    videolardan
  • 0:47 - 0:49
    öyrəndiyimiz qəribə prosesə
    gəlib çıxır.
  • 0:49 - 0:54
    Bu gördüyünüz Çindir, burda olan isə
  • 0:54 - 0:58
    Amerika Birləşmiş Ştatlarıdır.
  • 0:58 - 1:08
    Gəlin deyək ki, bu
    valyuta məzənnəsi ilə
  • 1:08 - 1:09
    bənövşəyi rəngdə gördüyünüz
  • 1:09 - 1:11
    Çindən ABŞ-a gələn mallarınız var.
  • 1:11 - 1:21
    Bunlar Çin mallarıdır və biz bu
  • 1:21 - 1:25
    mallar üçün ödəməni dollarla edirik.
    Yəni həmin pullar
  • 1:25 - 1:27
    Çinə göndərilmiş olur.
  • 1:30 - 1:34
    Gəlin deyək ki, biz, bir il olan
    bu vaxt ərzində
  • 1:34 - 1:35
    ödənişi edirik.
  • 1:35 - 1:51
    Bizim Çinə malların dəyəri üçün
    100 dollar göndərdiyimizi düşünək.
  • 1:51 - 1:53
    Bu, sadəcə bizim keçən videolarda
  • 1:53 - 1:55
    gördüklərimizin qısaldılmış halıdır.
  • 1:55 - 1:57
    Digər tərəfdən də düşünün ki,
  • 1:57 - 2:00
    ABŞ-dan da Çinə bəzi mallar göndərilib.
  • 2:00 - 2:09
    Çinə ABŞ-dan ixrac olunan mallar var
  • 2:09 - 2:12
    və onların Çində satılmasına görə,
  • 2:12 - 2:15
    ABŞ-a gedən müəyyən qədər yuan var.
  • 2:15 - 2:17
    Təbii ki, çox nadir hallarda pul,
  • 2:17 - 2:19
    Sakit okeandan göndərilən gəmidə olur.
  • 2:19 - 2:21
    Bütün bu pulların hamısı
  • 2:21 - 2:22
    bank hesablarında yerləşir.
  • 2:22 - 2:25
    Real mübadilə, əsasən,
    internet üzərindən baş verir.
  • 2:25 - 2:28
    Hansısa fiziki
    yerdə nəsə baş verməsə də
  • 2:28 - 2:30
    bu, vəziyyəti anlamağı
    asanlaşdıra bilər.
  • 2:30 - 2:33
    Deməli, ABŞ malları Çində
    satılır və
  • 2:33 - 2:35
    ABŞ istehsalçısı yuan əldə edir.
  • 2:35 - 2:43
    Fərz edək ki, onlar, bu
    mallara görə 500 yuan qazandılar.
  • 2:43 - 2:46
    Burada, gerçək müvazinət qiymətinin
    nə olacağını bilmirsiniz,
  • 2:46 - 2:49
    çünki tələb, hər
    ölkədəki qiymətin nə
  • 2:49 - 2:51
    qədər olduğundan asılı olaraq dəyişir.
  • 2:51 - 2:55
    Amma deyək ki, siz həqiqətən də
    Çin istehsalçısının əldə edəcəyi bu
  • 2:55 - 3:00
    100 dolları 10-a 1 nisbətlə yuana
    çevirmək istəyirsiniz.
  • 3:00 - 3:02
    Bunun üçün isə biz fərz edirik ki,
  • 3:02 - 3:05
    Çin hökuməti bu QMA-nın qalmasını istəyir.
  • 3:05 - 3:16
    Belə ki, hər dollar üçün 10 yuan məzənnəsi
    ilə mübadilə edilsə,
  • 3:16 - 3:21
    100 dolları çevirmək üçün sizin
    1000 yuana ehtiyacınız olacaq.
  • 3:21 - 3:28
    İndi ABŞ istehsalçısının--
  • 3:28 - 3:33
    gəlin burada onu fərqli
  • 3:33 - 3:36
    bir rənglə göstərim.
  • 3:36 - 3:46
    Biz, ABŞ istehsalçısının dollara
    çevirəcəyi 500 yuanının olduğunu
  • 3:46 - 3:49
    artıq bir neçə dəfə görmüşük.
  • 3:49 - 3:52
    Lakin bu valyutaların necə
    dəyişəcəyini yenidən
  • 3:52 - 3:53
    göstərmək istəyirəm.
  • 3:53 - 3:59
    Yuan üçün olan tələb
    təklifdən daha çoxdur.
  • 3:59 - 4:02
    Eyni şeyi dollar
    üçün də deyə bilərik ki,
  • 4:02 - 4:05
    dollar üçün olan tələb
  • 4:05 - 4:07
    təklifdən daha azdır.
  • 4:07 - 4:11
    Əgər biz QMA-nı düşünsək,
    100 dollarlıq təklif olmasına baxmayaraq,
  • 4:11 - 4:14
    bu valyuta məzənnəsi ilə
  • 4:14 - 4:16
    bu sadəcə 50 dollar edər.
  • 4:16 - 4:17
    Lakin gəlin yuana fokuslanaq.
  • 4:17 - 4:20
    Bu valyuta məzənnəsi ilə,
    onların 1000 yuana ehtiyacı var
  • 4:20 - 4:24
    və yaxud da, dollara çevrilə bilən
    1000 yuan var.
  • 4:24 - 4:26
    Əgər bizdə üzən valyuta
    məzənnəsi olsa idi, bu,
  • 4:26 - 4:29
    yuan üçün olan tələbi artıra bilərdi.
    Sonra da, bu rəqəm
  • 4:29 - 4:32
    aşağı enərdi. Yaxud da
    başqa gözlə baxsaq,
  • 4:32 - 4:35
    ya o rəqəm aşağı düşərdi,
    ya da bu rəqəm yuxarı qalxardı.
  • 4:35 - 4:38
    Burada siz deyə bilərdiniz ki,
    yuan daha da bahalaşacaqdı.
  • 4:38 - 4:41
    Bəlkə də, hər dollara görə
    9 və ya 8 yuan olacaqdı.
  • 4:41 - 4:43
    Yaxud da məsələyə digər
    tərəfdən baxıb,
  • 4:43 - 4:45
    10 yuan üçün 1 dollar almaq əvəzinə,
    1,10, 1,20 və ya
  • 4:45 - 4:48
    1,30 dollar ala bilərdiniz.
  • 4:48 - 4:51
    Biz öncəki videolarda da gördük ki,
  • 4:51 - 4:53
    bu QMA-nın baş verməsi üçün
  • 4:53 - 4:56
    Çin Mərkəzi Bankı işlərə
    müdaxilə etməlidir.
  • 5:01 - 5:04
    Xatırlayın ki, artıq qalan
  • 5:04 - 5:06
    dollarlar buradadırlar.
  • 5:06 - 5:07
    Gəlin bunu aydınlaşdırım.
  • 5:07 - 5:12
    Burada, yuana çevrilməli olan
  • 5:12 - 5:13
    100 dollarımız var.
  • 5:13 - 5:21
    Burada isə dollara çevrilməli olan
  • 5:21 - 5:23
    500 yuanımız var.
  • 5:23 - 5:26
    Çin hökuməti istəyir ki, bu 100 dollar,
  • 5:26 - 5:29
    1000 yuana çevrilsin.
  • 5:29 - 5:35
    Buna görə də, onlar deyirlər ki,
  • 5:35 - 5:38
    buradakı 100 dolların 50-si
  • 5:38 - 5:41
    500 yuana mübadilə edilə bilər.
  • 5:41 - 5:46
    Gəlin burada ikili ox çəkim.
    Amerika istehsalçısına
  • 5:46 - 5:52
    50 dollar gedir və bunun qarşılığı
    olaraq da
  • 5:52 - 5:55
    Çin istehsalçısına 500 yuan gedir.
  • 5:55 - 5:57
    Şübhəsiz ki, bu,
  • 5:57 - 5:58
    koordinasiya edilmir.
  • 5:58 - 5:59
    Heç kəs kiməsə bu pulu
  • 5:59 - 6:00
    onlara verməlisən deməyib.
  • 6:00 - 6:05
    Lakin əsas məsələ budur ki,
    sadəcə 50 dollar
  • 6:05 - 6:14
    yuana çevriləcək və qalan
    50 dollar isə
  • 6:14 - 6:17
    Çin Mərkəzi Bankına gedəcək.
  • 6:22 - 6:31
    Gəlin Çin Mərkəzi Bankını çəkək.
    Onlar
  • 6:31 - 6:38
    sadəcə yuan çap edərək
    başqa 500 yuan da verəcəklər.
  • 6:38 - 6:40
    Keçən videoda da baş verən
    tam olaraq bu idi,
  • 6:40 - 6:41
    amma bir az fərqli çəkmişdim.
  • 6:41 - 6:46
    Mənim göstərməyə çalışdığım
    tək şey odur ki,
  • 6:46 - 6:48
    onların 1000 yuana ehtiyacı olsa da,
  • 6:48 - 6:50
    çevriləsi yalnız 500 yuanları var idi.
  • 6:50 - 6:53
    Bunu kompensasiya etmək üçün isə
    Çin Mərkəzi Bankı
  • 6:53 - 6:56
    əlavə Çin valyutası
    çap edir və
  • 6:56 - 6:58
    onunla dollar alır.
  • 6:58 - 7:02
    Burada baş verən odur ki, o,
  • 7:02 - 7:07
    dollar zəifləməsin deyə artıq
  • 7:07 - 7:09
    qalan pulu bir növ udur.
  • 7:09 - 7:17
    Dediyim kimi, bunu etməkdə
    səbəbi odur ki,
  • 7:17 - 7:21
    dollar təklifi çox yüksək olmasın ki
    nə dollar zəifləsin,
  • 7:21 - 7:25
    nə də yuan güclənsin.
  • 7:25 - 7:27
    Bu, Çinin ticarət balanssızlığını
  • 7:27 - 7:30
    saxlamaq üçün istifadə etdiyi yoldur ki,
  • 7:30 - 7:32
    idxal etdiklərindən daha çox
  • 7:32 - 7:35
    mal ixrac etməyə davam etsinlər.
  • 7:35 - 7:36
    Bunun təsirlərinin nə olduğunu
  • 7:36 - 7:37
    artıq görmüşük.
  • 7:37 - 7:40
    Ticarət balanssızlığı ola-ola
    bu QMA-nı saxlamaq üçün,
  • 7:40 - 7:43
    Çin Mərkəzi Bankı
    yuan çap etməyə
  • 7:43 - 7:48
    və dollar yığmağa davam edir.
  • 7:49 - 7:52
    Elə bir ehtimal yoxdur ki,
  • 7:52 - 7:54
    onlar dollar yığmağı saxlasınlar və
  • 7:54 - 7:55
    QMA olduğu kimi qalsın.
  • 7:55 - 7:58
    Əgər onlar bunu saxlamaq
    qərarına gəlsələr, onda
  • 7:58 - 7:58
    QMA dəyişəcək.
  • 7:58 - 8:00
    Onlar, bunu hər dövrdə etməlidirlər.
  • 8:00 - 8:03
    Bazarda aktiv şəkildə iştirak edib,
    yuan çap etməyə
  • 8:03 - 8:04
    və dollar almağa məcburdurlar.
  • 8:04 - 8:06
    Onlar bunu QMA-nı saxlamaq üçün
    hər gün edirlər.
  • 8:06 - 8:09
    Bəlkə də yox, yuanın özü-özünə
    dəyişməyəcəyi vaxt etmirlər.
  • 8:09 - 8:11
    Ancaq görsələr ki yuan bahalaşır,
  • 8:11 - 8:13
    bu zaman nizamı saxlayıb dollar alacaqlar
  • 8:13 - 8:16
    və bütün bu dollarları
  • 8:16 - 8:17
    yığmağa davam edəcəklər.
  • 8:17 - 8:19
    İşlər burada maraqlı hal alır.
  • 8:19 - 8:24
    Çin Mərkəzi Bankı bu qədər
    nağd pul ilə nə edir?
  • 8:24 - 8:26
    İndi nağd pul heç bir işə yaramır,
  • 8:26 - 8:29
    ondan heç bir faiz əldə etmirsiniz və
  • 8:29 - 8:31
    o, sadəcə kağız parçasıdır.
  • 8:31 - 8:34
    Ancaq o sizə icazə verir ki,
    ondan istifadə edib
  • 8:34 - 8:37
    sizə müəyyən qədər gəlir və ya
    dəyər gətirəcək nəsə alasınız.
  • 8:37 - 8:40
    Çin Mərkəzi Bankının da etdiyi
    odur ki,
  • 8:40 - 8:42
    o, bu dollarları saxlamır.
  • 8:42 - 8:45
    O, gedib ABŞ-a aid ən təhlükəsiz
  • 8:45 - 8:47
    aktivi almağa çalışır.
  • 8:47 - 8:52
    Digər məsələ də budur ki,
    onlar təkcə təhlükəsizliyi önəmsəmirlər.
  • 8:52 - 8:55
    Onlar, dollarla ifadə olunan
  • 8:55 - 9:00
    təhlükəsiz və etibarlı aktivi
    almağa çalışırlar.
  • 9:00 - 9:03
    Bu da o deməkdir ki, bunu
    ancaq dollarla almaq mümkündür.
  • 9:03 - 9:06
    Əgər o, faiz yaratsa, həmin
    faiz də dollarla olacaq.
  • 9:10 - 9:13
    O, bunu inanılmaz dərəcədə
    böyük bir həcmdə edir.
  • 9:13 - 9:15
    Burada söhbət 100 milyonlarla
    dollardan,
  • 9:15 - 9:16
    daha doğrusu, ehtiyatdakı
  • 9:16 - 9:18
    trilyonlarla dollardan gedir.
  • 9:18 - 9:21
    Belə ki, onlar gedib təsadüfi
    bir şirkətin səhmini ala bilməzlər.
  • 9:21 - 9:24
    Bu, təhlükəli olmaqla bərabər,
    bu qədər çox
  • 9:24 - 9:27
    dollardan istifadə etdikləri üçün qiyməti
    sonsuzluğa doğru belə çəkə bilər.
  • 9:27 - 9:36
    Bu səbəbdən də o, likvid
    bir aktiv olmalıdır.
  • 9:36 - 9:39
    Elə dərin bir bazar olmalıdır ki,
    orada ticarət edən insanlar,
  • 9:39 - 9:41
    onlarla və yüzlərlə milyard
  • 9:41 - 9:42
    dollarlardan istifadə etsin.
  • 9:42 - 9:45
    Bütün bu tələbləri qarşılayan
    yalnız bir aktiv varsa,
  • 9:45 - 9:46
    o da ABŞ xəzinə kağızlarıdır.
  • 9:51 - 9:54
    Bu, onların edəcəyi yeganə
    yatırım deyil, amma
  • 9:54 - 9:55
    böyük əksəriyyəti budur.
  • 9:55 - 9:57
    Yəni ki, Çin Mərkəzi Bankı
    artıq qalan dollarla,
  • 9:57 - 10:01
    əsasən, ABŞ xəzinə kağızları alır.
  • 10:01 - 10:04
    Beləcə o, dolları paylayır.
  • 10:04 - 10:08
    Yəni təbii ki, pulsuz paylamır.
    Həmin dollarları
  • 10:08 - 10:11
    ABŞ xəzinə kağızlarına sahib olan
    insanlara verir və
  • 10:11 - 10:13
    əvəzində həmin xəzinə
    kağızlarını alır.
  • 10:19 - 10:21
    İndi bir az təkrar üçün deyirəm,
  • 10:21 - 10:24
    ABŞ xəzinə kağızları nədir?
  • 10:24 - 10:29
    ABŞ xəzinə vekselləri və istiqrazları
    Federal Hökumətə
  • 10:29 - 10:30
    verilən kreditdir.
  • 10:30 - 10:32
    Bəlkə də, bunu elə bu cür
    görsəniz yetərlidir.
  • 10:32 - 10:34
    Bunlar, Federal Hökumətə
    verilən kreditlərdir.
  • 10:44 - 10:47
    Onların əldə etdikləri bu
  • 10:47 - 10:50
    xəzinə istiqrazları və ya vekselləri,
  • 10:50 - 10:56
    faktiki olaraq ABŞ-ın
    "Mənim sənə borcum var"
  • 10:56 - 10:59
    deməyinə bərabərdir.
    Bunlar, sözün həqiqi mənasında
  • 10:59 - 11:04
    ABŞ hökumətinin borclarıdır
    və ABŞ hökuməti
  • 11:04 - 11:06
    faiz ödəyəcək.
    Baş verən şeyləri aydınlaşdırmaq üçün
  • 11:06 - 11:11
    deyirəm. Deməli, onlar pul çap edirlər
  • 11:11 - 11:13
    və dollar alıb yığırlar.
  • 11:13 - 11:17
    Sonra da, bu dollarları götürüb
    ya açıq bazardan,
  • 11:17 - 11:20
    ya da ki, ABŞ Xəzinədarlığından
  • 11:20 - 11:23
    ABŞ xəzinə kağızları satın alırlar.
  • 11:23 - 11:28
    Bu da o mənaya gəlir ki, onlar,
    ABŞ hökumətinə
  • 11:28 - 11:30
    bu pulu borca verirlər.
  • 11:40 - 11:42
    Mən sizi bu nöqtədə
    buraxacam və bəlkə də
  • 11:42 - 11:44
    yeni bir video izləməmişdən
    öncə bu haqda
  • 11:44 - 11:45
    bir az düşünərsiniz.
  • 11:45 - 11:46
    Növbəti videoda, biz,
    bunun nə mənaya
  • 11:46 - 11:47
    gəldiyini danışacağıq.
  • 11:47 - 11:51
    Əgər bu qədər böyük bir miqdarda
  • 11:51 - 11:54
    ABŞ dolları saxlayan biri gedib
    xəzinə kağızları alsa və
  • 11:54 - 11:57
    o pulu ABŞ hökumətinə borc
    vermək istəsə,
  • 11:57 - 11:58
    nə baş verər?
  • 11:58 - 11:59
    Bu barədə düşünün.
  • 11:59 - 12:01
    Xüsusilə də, faiz dərəcəsinə
    nə baş verəcəyini düşünün.
  • 12:01 - 12:04
    Həmin aşağı faiz dərəcəsinin
    ABŞ iqtisadiyyatında
  • 12:04 - 12:07
    və onun borcları üzərində
  • 12:07 - 12:09
    ola biləcək təsirini düşünün.
Title:
Çin Mərkəzi Bankı Xəzinələri satın alır
Description:

Çin Mərkəzi Bankı Xəzinələri satın alır
Daha çpx pulsuz dərslər: http://www.khanacademy.org/video?v=MN4SWiEEqKo

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
12:10

Azerbaijani subtitles

Revisions Compare revisions