Kalium-Arqon (K-Ar) Tarixləşdirmə üsulu
-
0:00 - 0:02Elementlər tərkibindəki
-
0:02 - 0:04protonların sayına görə təyin olunur.
-
0:04 - 0:05Misal üçün, kalium.
-
0:05 - 0:07Bu, elementlərin dövri cədvəlidir.
-
0:07 - 0:10Bütün cədvəl deyil, cədvəlin sadəcə
-
0:10 - 0:11bir hissəsidir.
-
0:11 - 0:13Kaliumun 19 protonu var.
-
0:13 - 0:14Bunu belə yaza bilərdik,
-
0:14 - 0:16ancaq 19-u yazmağa ehtiyac yoxdur.
-
0:16 - 0:18Çünki, kalium atomlarının 19 protonu
olduğunu bilirik. -
0:18 - 0:21Həmçinin, əgər, bir atomun 19 protonu
varsa, -
0:21 - 0:23demək, o, kalium elementinin atomudur.
-
0:23 - 0:29Lakin elementlərin atomlarındakı
-
0:29 - 0:31neytron sayı fərqlənə bilər.
-
0:31 - 0:34Elementin müxtəlif neytron sayına
-
0:34 - 0:35malik atomlarına
-
0:35 - 0:38izotoplar deyilir.
-
0:38 - 0:41Kaliumun
-
0:41 - 0:44tərkibində 20 neytron olan formasını
-
0:44 - 0:45kalium-39 adlandırırıq.
-
0:48 - 0:5139 kütlə ədədidir.
-
0:51 - 0:5719 proton və 20 neytronun cəmindən
ibarətdir. -
0:57 - 1:00Əslində, bu, ən geniş yayılan
kalium izotopudur. -
1:00 - 1:03Yer üzərindəki kaliumun
-
1:03 - 1:0993,3%-ni təşkil edir.
-
1:09 - 1:12İndi isə kaliumun bir neçə başqa
izotopuna nəzər salaq. -
1:12 - 1:14Kalium-41-dən başlayaq.
-
1:14 - 1:16Əvvəldə də qeyd etdiyim kimi,
-
1:16 - 1:1919-un yazılması gərəksizdir.
-
1:19 - 1:20Kalium-41-in 22 neytronu var.
-
1:20 - 1:2322 və 19-un cəmi 41 edir.
-
1:23 - 1:28Kalium-41 bütün planetdəki kaliumun
təxminən 6.7%-ini təşkil edir. -
1:28 - 1:31Kalium-40 adlı izotopa isə
-
1:31 - 1:34çox az rast gəlinir.
-
1:34 - 1:38Aydındır ki, kalium-40-da 21 neytron var.
-
1:38 - 1:40Kalium-40-a, doğrudan da, çox çox
az rast gəlinir. -
1:40 - 1:46O, Yerdəki kaliumun yalnız 0,0117% -ni
təşkil edir. -
1:46 - 1:49Ancaq bu kalium izotopu qədim süxurların,
-
1:49 - 1:51xüsusilə də, qədim vulkanik süxurların
tarixi baxımından -
1:51 - 1:56bizim üçün olduqca maraqlıdır.
-
1:56 - 2:00Qədim vulkanik süxurların hansı tarixə
aid olduğunun müəyyən edilməsi -
2:00 - 2:02başqa süxur növləri və ya
-
2:02 - 2:04qədim vulkanik süxurların arasına
sıxışmış -
2:04 - 2:07qalıqların tarixinin
müəyyənləşdirilməsinə də imkan yaradır. -
2:07 - 2:11Kalium-40 haqqında ,həqiqətən,
maraqlı olan şey -
2:11 - 2:15yarı ömrünün 1.25 milyard il
olmasıdır. Bunun yaxşı tərəfi odur ki, -
2:15 - 2:17kalium-40 karbon-14-dən fərqli olaraq,
-
2:17 - 2:20çox qədim şeylərin tarixinin
müəyyənləşdirilməsində -
2:20 - 2:22istifadə oluna bilər.
-
2:22 - 2:27Və hər 1,25 milyard ildən bir - bunu belə yazım,
-
2:27 - 2:33bu onun yarı ömrüdür - istənilən kalium-40
-
2:33 - 2:36nümunəsinin 50% -i çürümüş olacaqdır.
-
2:36 - 2:41Və çürümüş kalium-40-ın 11%-i arqon-40-a
çevriləcəkdir. -
2:46 - 2:48Bu, arqondur.
-
2:48 - 2:5018 protonu var.
-
2:50 - 2:52Kalium-40 arqon-40-a çevrildiyində
-
2:52 - 2:541 proton itirsə də,
-
2:54 - 2:56kütlə sayı eyni qalıb.
-
2:56 - 3:00Deməli, protonlardan biri neytrona
çevrilmiş olmalıdır. -
3:00 - 3:02Əslində, o, daxili elektronlardan
birini ələ keçirir, -
3:02 - 3:04daha sonra müxtəlif hissəciklər
-
3:04 - 3:06buraxır və s. Dərinliyinə gedib
-
3:06 - 3:07kvant fizikasından danışmayacağam.
-
3:07 - 3:13Ancaq nəticədə 11%-i arqon-40-a,
89%- isə kalsium-40-a çevrilir. -
3:13 - 3:15Dövri cədvəldən də göründüyü kimi,
kalsiumun -
3:15 - 3:1620 protonu var.
-
3:16 - 3:19Burada neytronlardan biri
-
3:19 - 3:20protona çevrilir.
-
3:20 - 3:22Burada isə protonlardan biri
-
3:22 - 3:24neytrona çevrilir.
-
3:24 - 3:26Bizim üçün bu hissə
-
3:26 - 3:30daha maraqlıdır.
-
3:30 - 3:32Çünki, arqonun özünəməxsus bir cəhəti var.
-
3:32 - 3:36O, heç bir maddə ilə reaksiyaya girməyən
nəcib qazdır. -
3:36 - 3:39Ona görə də, arqonu maye halında olan
-
3:39 - 3:42bir şeyin içinə yerləşdirdikdə
köpüklənir. -
3:42 - 3:46Heç bir şeylə rabitə qurmadığına görə
-
3:46 - 3:49köpüklənərək atmosferə qalxır.
-
3:51 - 3:55Gəlin vulkan püskürməsi zamanı
nə baş verdiyinə baxaq. -
3:55 - 3:57Buraya bir vulkan çəkirəm.
-
3:57 - 4:01Bu bizim vulkanımızdır.
-
4:01 - 4:04Keçmişdə nə vatxsa püskürüb.
-
4:04 - 4:09Bunlar püskürdüyü lavalardır.
-
4:13 - 4:16Bu lavanın tərkibində bir qədər
kalium-40 var. -
4:16 - 4:18Hətta artıq bir hissəsi
-
4:18 - 4:19arqon-40-a çevrilib.
-
4:23 - 4:24Nə qədər ki,
-
4:24 - 4:28lava maye halındadır..
-
4:28 - 4:30Təsəvvür edin ki, bu lavadır.
-
4:30 - 4:34Bir az da çəkim.
-
4:37 - 4:39Bunun içində kalium-40 var.
-
4:39 - 4:42Kaliumu fərqli bir rəngdə çəkmək
istəyirəm. -
4:42 - 4:44Qırmızımtıl bənövşəyi rəngdə çəkəcəyəm.
-
4:44 - 4:48Bunlar kalium-40-dır.
-
4:48 - 4:49Deyəsən, çox çəkdim.
-
4:49 - 4:51Normalda kalium-40-a çox az rast gəlinir.
-
4:51 - 4:53Ancaq lavanın içində bir az
kalium-40 olur. -
4:53 - 5:01Ola bilər ki, artıq içində bir qədər
arqon-40 da var. -
5:01 - 5:03Nəcib qaz adını alan arqon-40
-
5:03 - 5:05heç bir maddə ilə reaksiyaya girmir.
-
5:05 - 5:07Lava maye halında olduğu müddətcə
-
5:07 - 5:10köpüklənərək
-
5:10 - 5:11yuxarıya doğru qalxacaq.
-
5:11 - 5:13Heç bir maddə ilə kimyəvi
-
5:13 - 5:15rabitəsi olmadığı üçün sadəcə
buxarlanır. -
5:15 - 5:16Buxarlanma dedikdə, yəni
-
5:16 - 5:18heç bir şeylə birləşmədiyinə görə
-
5:18 - 5:19lava maye halında ikən
-
5:19 - 5:25köpüklənərək bir növ axıb aradan çıxacaq,
atmosferə qalxacaq. -
5:25 - 5:27Maraqlısı budur ki,
-
5:27 - 5:29vulkan püskürməsi baş verdikdə
-
5:29 - 5:33lavalar vulkanik süxurlara çevrilib
bərkiyənə kimi -- -
5:33 - 5:38vulkanik süxurları başqa bir rəngdə
çəkəcəyəm. -
5:38 - 5:42Aha, lavalar vulkanik süxurlara çevrilib
-
5:42 - 5:46bərkiyənə kimi
-
5:46 - 5:49arqon-40 yox olacaq. Artıq bərkimiş
-
5:49 - 5:51lavanın tərkibində olmayacaq.
-
5:51 - 5:54Vulkanik hadisə
-
5:54 - 5:56bu süxurları mayeyə çevirərək bir növ
-
5:56 - 5:59arqon-40 miqdarını yenidən tənzimləyir.
-
5:59 - 6:01Deməli, nəticədə burada yalnız kalium-40
qalacaq. -
6:04 - 6:06Elə buna görə də, arqon-40 daha
maraqlıdır. -
6:06 - 6:09Çünki, kalsium-40 arqon-40 kimi mütləq
sızıb aradan çıxmır. -
6:09 - 6:11Məsələn, burada da kalsium-40-a
rast gələ bilərik. -
6:11 - 6:13Çünki, dediyimiz kimi,
-
6:13 - 6:15kalsium-40 sızmır, amma arqon-40 sızır.
-
6:15 - 6:17Yəni vulkanik hadisə bir növ
-
6:17 - 6:19arqon-40-ın miqdarını tənzimləyir.
-
6:22 - 6:23Beləliklə,
-
6:23 - 6:28lavalar artıq bərkimiş olduqda tərkibində
-
6:28 - 6:29heç arqon-40 qalmır.
-
6:29 - 6:33Təsəvvür edin ki, gələcəyə gedirik.
-
6:33 - 6:36Qoyun əvvəlcə bu nümunəni buraya
kopyalayıb yapışdırım. -
6:40 - 6:45Deməli, əgər, gələcək bir tarixə getsək,
-
6:45 - 6:52çəkdiyimiz süxur nümunəsində bir az
arqon-40-a da rast gələrik. -
6:52 - 6:54Bu süxur əvvəlki vulkanik
hadisələr nəticəsində -
6:54 - 6:57əmələ gəlmiş vulkanik süxurdur.
-
6:57 - 7:03Tərkibindəki arqon-40 isə vulkanik
hadisədən sonra çürümüş kalium-40-dan qalıb. -
7:08 - 7:12Çünki, maye halında olan lavanın içindəki
-
7:12 - 7:15bütün arqon-40 uçub havaya qarışır.
-
7:15 - 7:17Lava maye halında olduğu müddətcə
sızıb aradan çıxır. -
7:17 - 7:20Yəni süxurun içində arqon-40-ın
mövcud ola bilməsinin -
7:20 - 7:23yeganə yolu lava bərkiyib
süxur olduqdan sonra -
7:23 - 7:26süxurun tərkibindəki kalium-40-ın
bir hissəsinin çürüyüb -
7:26 - 7:29arqon-40-a çevrilməsidir.
-
7:29 - 7:31Gəlin nisbətə nəzər yetirək.
-
7:31 - 7:36Bizə məlumdur ki, kalium 40-ın 11%-i
çürüyərək arqon-40-a, 89%-i isə -
7:36 - 7:41kalsium-40-a çevrilir.
-
7:41 - 7:44Deməli, hər 1 arqon-40-ın payına
-
7:44 - 7:49təxminən 9 kalsium-40 düşür.
-
7:49 - 7:53Beləliklə, 1 arqon-40-ın
əmələ gəlməsi üçün -
7:53 - 7:5610 kalium-40 lazımdır.
-
7:56 - 7:58Bu nisbətlə nə edə bilərik?
-
7:58 - 8:01Süxurun tərkibindəki kalium-40 miqdarının
-
8:01 - 8:03nisbətinə baxaraq, süxurun
-
8:03 - 8:06hansı tarixdən qaldığını öyrənə bilərik.
-
8:06 - 8:07Növbəti videoda isə bu tarixi
-
8:07 - 8:09müəyyənləşdirmək üçün istifadə edilən
-
8:09 - 8:11riyazi hesablama üsulunu gözdən keçirəcəyik.
-
8:11 - 8:13Bu üsul, doğrudan da,
-
8:13 - 8:15çox yararlıdır.
-
8:15 - 8:18Vulkan püskürmələri hər gün baş vermir,
-
8:18 - 8:21ancaq bir neçə milyon illik zaman ölçüsünə
-
8:21 - 8:22nəzər salsaq, əslində,
-
8:22 - 8:26kifayət qədər tez-tez baş verdiklərini
görə bilərik. -
8:26 - 8:27İndi isə gəlin bir az torpaq qazaq.
-
8:27 - 8:29Torpağımız buradadır.
-
8:29 - 8:34Kifayət qədər qazdıqdan sonra
vulkan püskürməsindən qalmış -
8:34 - 8:37vulkanik süxurlar görünür.
-
8:37 - 8:38Qazmağa davam edirik.
-
8:38 - 8:42Başqa bir vulkanik süxur qatına
-
8:42 - 8:45rast gəlirik.
-
8:48 - 8:50Hər birinin tərkibində müəyyən miqdarda
-
8:50 - 8:52kalium-40 var.
-
8:52 - 8:55Burada da bir az kalium-40 var.
-
8:55 - 8:59Tutaq ki, bunun tərkibindəki arqon-40
miqdarı daha çoxdur. -
8:59 - 9:00Bunda isə daha azdır.
-
9:00 - 9:03Kalium-40-ın yarı ömrü, həmçinin arqon-40
-
9:03 - 9:05və ya qalan kalium-40 miqdarının
-
9:05 - 9:08nisbətindən istifadə edərək
-
9:08 - 9:12növbəti videoda öyrənəcəyimiz
-
9:12 - 9:16riyazi hesablamanı apardıqdan sonra
-
9:16 - 9:21süxurun, tutaq ki, 100 milyon il
-
9:21 - 9:23bundan əvvəl bərkidiyini,
-
9:23 - 9:26bu süxur qatının isə, tutaq ki,
-
9:26 - 9:28150 milyon il bundan əvvəl
-
9:28 - 9:30bərkidiyini deyə bilərik.
-
9:30 - 9:33Və bu torpağın daha əvvəl
heç qazılmadığından, -
9:33 - 9:35qarışdırılmadığından da son dərəcə əminik.
-
9:35 - 9:37Buradakı torpaq nümunələrinə baxanda
-
9:37 - 9:40onlara daha əvvəl heç toxunulmadığını
demək mümkündür. -
9:40 - 9:45Fərz edək ki, burada bəzi fosillər var.
-
9:45 - 9:49Düzü, yaşı 50.000-i keçən fosillər üçün
karbon-14 tarixləşdirmə üsulundan -
9:49 - 9:51istifadə faydasızdır.
-
9:51 - 9:55Torpağa daha əvvəl heç
-
9:55 - 9:57toxunulmadığını ehtimal etsək,
-
9:57 - 10:00bu iki dövr arasında yerləşən
-
10:00 - 10:04fosillərin yaşının 100-150 milyon il
arasında olduğunu -
10:04 - 10:05deyə bilərik.
-
10:05 - 10:06İlk öncə bu süxur qatı formalaşıb.
-
10:06 - 10:09Sonra orada yaşayan heyvanlardan
-
10:09 - 10:12qalan fosillər burada üst-üstə toplanıb.
Daha sonra başqa bir -
10:12 - 10:14vulkanik hadisə baş verib və s.
-
10:14 - 10:18Kalium-arqon tarixləşdirmə üsulu birbaşa
vulkanik süxurların tarixini -
10:18 - 10:20müəyyənləşdirmək üçündür. Lakin
-
10:20 - 10:22eyni zamanda həmin süxur qatlarının
arasındakı şeylərin də -
10:22 - 10:24təxmini yaşını tapmağa kömək edir.
-
10:24 - 10:26Yəni yalnızca vulkanik süxurların deyil,
-
10:26 - 10:30həm də karbon-14 tarixləşdirilmə üsulu ilə
yaşı tapıla bilməyən -
10:30 - 10:35çox qədim qalıqların yaşının
müəyyənləşdirilməsinə də imkan verir.
- Title:
- Kalium-Arqon (K-Ar) Tarixləşdirmə üsulu
- Description:
-
Qədim vulkanik süxurların tarixini müəyyənləşdirmək üçün K-Ar tarixlərindən necə istifadə etmək olar və aralarında hansılar basdırılmış ola bilər? Sal Khan tərəfindən redaktə edilmişdir.
Növbəti dərsi izləyin: https://www.khanacademy.org/science/cosmology-and-astronomy/life-earth-universe/measuring-age-tutorial/v/k-ar-dating-calculation?utm_source=YT&utm_medium=Desc&utm_campaign = kosmologiya astronomiyası
Əvvəlki dərsi qaçırdınız? https://www.khanacademy.org/science/cosmology-and-astronomy/life-earth-universe/measuring-age-tutorial/v/carbon-14-dating-2?utm_source=YT&utm_medium=Desc&utm_campaign=cosmologystronomy
Xan Akademiyasında Kosmologiya və Astronomiya: Dünya Günəşlə müqayisədə nəhəng, lakin çox kiçikdir (bu nəhəngdir). Ancaq Günəş günəş sisteminə nisbətən kiçikdir, növbəti ulduza qədər olan məsafəyə nisbətən kiçikdir. Oh, qalaktikamızda (təqribən 100.000 işıq ili diametri) 100 milyarddan çox ulduzun olduğunu söylədikmi, bu da müşahidə edilə bilən kainatdakı yüz milyardlarla qalaktikadan yalnız biridir (bildiyimiz hər şey üçün sonsuz ola bilər). Kiçik hiss etməyin. Biz bunu azad edir. Gündəlik insan stresləriniz cəsarətli olduğumuzla müqayisədə heç bir şey deyildir. Bu genişliyin bir hissəsi olduğumuzdan zövq alın!
Khan Academy haqqında: Khan Academy, tələbələrə sinifdə və xaricində öz templəri ilə işləməyə imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və daha çoxunu əhatə edirik. Riyaziyyat tapşırıqlarımız güclü və öyrənmə boşluqlarını müəyyən edən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək şagirdləri uşaq bağçasından riyaziyyata aparır. Eksklüziv məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etdik.
Pulsuz. Hər kəs üçün. Əbədi. # Hər şeyi öyrənə bilərsiniz
Khan Academy-nin Kosmologiya və Astronomiya kanalına abunə olun: https://www.youtube.com/channel/UChNPnEkW8LYZ5Rwi8_A2-DA?sub_confirmation=1
Khan Academy-yə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 10:35
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating | |
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating | |
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating | |
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating | |
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating | |
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating | |
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating | |
![]() |
Jeyran Abdullazade edited Azerbaijani subtitles for Potassium-Argon (K-Ar) Dating |