-
Biz bərk maddələrin
-
növləri haqqında çox danışmışıq.
-
İon tipli bərk maddələr
haqqında danışdıq.
-
İonlar bir-birini cəzb etdiyi
-
zaman formalaşır və onlar
-
qəfəs şəkilli struktur əmələ gətirirlər.
-
Biz metallik bərk maddələr gördük və mənfi
-
yüklənmiş elektronlar toplusunda onları
-
müsbət yüklənmiş ionlar olaraq düşündük.
-
Həmçinin bir-birinə molekullararası
qüvvələr vasitəsilə
-
cəlb olunan fərdi molekullardan formalaşan
-
molekulyar bərk maddələr də gördük.
-
Kovalent bərk maddələri
fərqləndirən onların
-
kovalent rabitələrdən formalaşan
şəbəkə əmələ gətirməsidir.
-
Məsələn biz burada
-
silisium və karbonlardan
ibarət şəbəkə görürük və
-
bu, silisium karbiddir.
-
İndi bəziləriniz düşünə bilər ki,
-
bərk maddədə əvvəllər
kovalent rabitə görmüşdükmü,
-
məsələn molekulyar bərk maddələr?
-
Bu videoda məhz
-
molekulyar bərk nümunəsini araşdıracağıq.
-
Sizin kovalent rabitə ilə
-
bağlanmış atomlardan
ibarət molekullarınız var.
-
Lakin onların bərk halda olmasının səbəbi
-
molekulların bir-birlərinə
molekullararası
-
qüvvələr vasitəsilə cəlb edilməsidir.
-
Əgər sən bərk molekulları əritmək istəsən
-
bu molekullararası qüvvələri
-
dəf etməlisən.
-
Böyük miqyaslı kovalent bərk maddələr
-
şəbəkəsi bu kovalent rabitələrdən düzəlir.
-
Əgər sən bunu birtəhər əritmək istəsən,
-
ümumiyyətlə bu molekullararası qüvvələrdən
-
daha güclü olan kovalent rabitləri aradan
-
yox etməli olacaqsan.
-
Buradan, siz kovalent bərk
şəbəkənin daha yüksək
-
ərimə nöqtələrinə malik
olacağını təsəvvür edə bilərsiz.
-
Burada həmçinin elektronlar
toplusu görmürük.
-
Buna görə də, metal bərk maddələrin əksinə
-
olaraq yaxşı elektrik keçirmirlər.
-
Lakin bu hissəni daha aydın başa düşmək
-
üçün bir neçə başqa bərk
maddələ şəbəkələrinə baxaq.
-
Solda
-
gördüyünüzün almaz kimi tanınır.
-
Almaz bir birinə sadəcə kovalent rabitə ilə
-
bağlanmış bir qrup karbondan ibarətdir və
-
bu karbonların necə
bağlandığının quruluşudur.
-
Bildiyimiz
-
kimi almaz ən bərk maddədir.
-
Bu kovalent rabitələr düzülüş istiqamətində
-
itələmə və çəkmə kimi təzyiqə məruz qala bilir.
-
Onu qırmaq çətindir.
-
İndi maraqlı olan odur ki,
-
eyni karbon müxtəlif növ bərk kovalent
-
şəbəkə yarada bilər. Məsələn,
-
buradakı qrafitdir
-
və qrafitlə yəqin ki, çox yaxşı
-
tanışsınız.
-
Qələmlə yazı yazdığınız
-
zaman qrafiti kağızın üzərinə
-
çəkirsiniz.
-
Beləliklə qrafitin görünüşü belədir.
-
Bu kovalent şəbəkə təbəqələridir və
-
bu təbəqələrin hər biri molekullararası
-
qüvvələr ilə bir-birlərini cəzb edirlər.
-
Buna görə də, onu cızmaq asanddır çünki
-
bu təbəqələr bir-birinin
üstündən sürüşə bilər.
-
Əgər həqiqətən qrafiti əritmək
-
istəyirsizsə,kovalent
zəncirləri qırmalı olacaqsınız.
-
Kovalent rabitələri aradan
-
qaldırmaq üçün almaz yaxud qrafiti çox
-
yüksək temperaturda əritmək lazımdır.
-
Məslən qrafit 3642 dərəcə
-
selsi dərəcədə sublimasiya edir.
-
Bu videonun başında gördüyümüz
-
Silisium Karbid
-
2830°C-də parçalanır.
-
Burada Silisium dioksidin geniş yayılmış
-
forması olan başqa bir kovalent
rabitəli bərk maddə
-
verilib və onun ərimə
-
temperaturu 1722 dərəcə
-
selsi olan kvarsdır.
-
Beləliklə, son bir neçə videodan göründüyü kimi
-
bərk maddə formalaşmasının müxtəlif yolları vardır.
-
Bu, ionlarla ola bilər, metal ilə ola bilər,
-
molekullararası qüvvələrlə bir-birlərinə
-
cəlb olunan molekullar ilə ola bilər
-
ya da kovalent rabitələrlə qurulmuş
-
atomların şəbəkəsinə malik ola bilər.