< Return to Video

Time word problem

  • 0:01 - 0:05
    Süsənin imtahanı tamamlamaq üçün
    96 dəqiqə vaxtı var.
  • 0:05 - 0:09
    İmtahan 13:59-da başlayır.
  • 0:09 - 0:14
    Süsən saat 16:00-da voleybol
    məşqində olmalıdır.
  • 0:14 - 0:17
    İmtahanın sonu və voleybol məşqinin başlanğıcı
    arasında
  • 0:17 - 0:19
    Süsənin nə qədər vaxtı var?
  • 0:19 - 0:21
    Məsələni həll etməyə çalışaq.
  • 0:21 - 0:22
    İmtahan 13:59-da başlayır.
  • 0:22 - 0:25
    İmtahanın başlanğıc saatı qəribədir.
  • 0:25 - 0:26
    Davam edək.
  • 0:26 - 0:29
    Burada zaman şkalası çəkək.
  • 0:29 - 0:35
    Bu, saat 14:00-dır.
  • 0:35 - 0:38
    15:00-ı da qeyd edək.
  • 0:42 - 0:48
    16:00-da Süsən voleybol məşqində
  • 0:48 - 0:50
    olmalıdır.
  • 0:50 - 0:51
    Bu, voleybol məşqinin başlanğıc saatıdır.
  • 0:51 - 0:55
    Məşq saat 16:00-da başlamalıdır.
  • 0:55 - 0:57
    İmtahan isə saat 13:59-da başlayır.
  • 0:57 - 0:59
    Ədəd oxunu davam etdirək.
  • 0:59 - 1:03
    Burada 13:00 qeyd edilir.
  • 1:06 - 1:11
    İmtahan saat 13:59-da, yəni 14:00-dan
    1 dəqiqə əvvəl başlayır.
  • 1:11 - 1:13
    Bildiyiniz kimi 1 saat 60 dəqiqədir.
  • 1:13 - 1:16
    13:59 14:00-dan 1 dəqiqə əvvəldir.
  • 1:16 - 1:18
    Zaman şkalasını həqiqi ölçüdə çəkmirik.
  • 1:18 - 1:25
    Bu, 13:59-dur.
  • 1:25 - 1:29
    1 dəqiqədən sonra 14:00 olacaq.
  • 1:29 - 1:32
    İmtahan 96 dəqiqə davam edir.
  • 1:32 - 1:36
    60 dəqiqədən sonra 15:00 olacaq.
  • 1:36 - 1:40
    Bu, ümumi 61 dəqiqədir.
  • 1:40 - 1:41
    Bu, 1 dəqiqədir.
  • 1:41 - 1:43
    İmtahan başladığından bəri
  • 1:43 - 1:43
    bu qədər vaxt keçib.
  • 1:43 - 1:48
    Saat 1 dəqiqə sonra 14:00,
    60 dəqiqə sonra 15:00-dır.
  • 1:48 - 1:52
    60 dəqiqədən sonra isə saat
    16:00 olacaq.
  • 1:52 - 1:56
    Yəni ümumi 121 dəqiqədən sonra.
  • 1:56 - 1:59
    İmtahan müddəti 96 dəqiqədir.
  • 1:59 - 2:01
    Həmin zamanı burada
  • 2:01 - 2:03
    göstərə bilərik.
  • 2:03 - 2:06
    Bu, 96 dəqiqədir.
  • 2:06 - 2:10
    Nə qədər vaxt qalır?
  • 2:10 - 2:12
    Bu məsafə nəyə bərabərdir?
  • 2:12 - 2:14
    Bu iki zaman arasındakı fərq
  • 2:14 - 2:16
    nəyə bərabərdir?
  • 2:16 - 2:17
    Bunu müəyyən etmək üçün
  • 2:17 - 2:20
    imtahan başladıqdan 96 dəqiqə sonra
  • 2:20 - 2:22
    saatın neçə olduğunu tapmalıyıq.
  • 2:22 - 2:25
    Saat 15:00-da imtahandan 61 dəqiqə keçmişdi.
  • 2:25 - 2:28
    Bu vaxtdan etibarən imtahanın sonuna
  • 2:28 - 2:29
    nə qədər vaxt qalıb?
  • 2:29 - 2:32
    96 çıx 61.
  • 2:32 - 2:37
    Bu iki ədədin fərqini tapmaqla
    qalan vaxtı müəyyən edə bilərik.
  • 2:37 - 2:41
    96 çıx 61 = 35.
  • 2:41 - 2:49
    Burada saat 15:35-dir.
  • 2:49 - 2:51
    15:35 və 16:00 arasında
  • 2:51 - 2:56
    nə qədər vaxt var?
  • 2:56 - 2:59
    1 saat 60 dəqiqədir.
  • 2:59 - 3:02
    16:00 60-cı dəqiqədir.
  • 3:02 - 3:09
    60-dan 35 çıxsaq, 25 alınacaq.
  • 3:09 - 3:15
    İmtahan bitdikdən sonra voleybol məşqinə
  • 3:15 - 3:18
    getmək üçün Süsənin 25 dəqiqə vaxtı var.
  • 3:18 - 3:19
    Məsələnin həllinə nəzər salaq.
  • 3:19 - 3:22
    13:59 və 14:00 arasında 1 dəqiqə var,
    buraya 60 dəqiqə əlavə edilir.
  • 3:22 - 3:24
    Ümumi 61 dəqiqə alınır.
  • 3:24 - 3:30
    35 dəqiqədən sonra 96 dəqiqəlik imtahan bitir.
  • 3:30 - 3:33
    Yəni imtahan 15:35-də bitir.
  • 3:33 - 3:37
    25 dəqiqə sonra isə saat 16:00 olacaq.
Title:
Time word problem
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
03:38

Azerbaijani subtitles

Revisions Compare revisions