-
Gördüyünüz diaqram 1860-1900-cü
illər arasında
-
ABŞ-nin 4 şəhərindəki
əhali artımını göstərir.
-
Vətəndaş müharibəsindən əvvəl,
yəni 1860-cı ildə
-
Nyu York ABŞ-nin ən böyük şəhəri
olmasına baxmayaraq
-
əhali sayı bir milyondan çox deyildi.
-
Əslində, bütün ölkədə bir
milyondan çox əhaliyə sahib
-
şəhər yox idi desək, daha doğru olar.
-
Təxminən 40 il sonra isə artıq
-
üç şəhərin əhalisi bir milyonu keçir,
-
Nyu York əhalisi isə 3,5 milyona çatır.
-
Çikaqonun əhali artımı daha
-
kəskin idi: belə ki, 1860-cı
-
ildə yalnız yüz min olan
-
əhali sayı 1900-cü illərdə 17
-
dəfə artır və 1,7 milyon olur.
-
Ənənəvi olaraq amerikalılar, əsasən,
-
kənd təsərrüfatı ilə məşğul idilər,
-
ancaq XVIII əsrdən başlayaq
-
urbanizasiyaya meyil artdı.
-
1920-ci ildən ilk dəfə şəhər əhalisinin
-
sayı kənd əhalisinin sayını ötüb keçdi.
-
Bu gün isə amerikalıların təxminən
80%-i şəhərlərdə yaşayırlar.
-
Bəs vətəndaş müharibəsindən sonra baş
-
verən bu artımın əsas səbəbi nə idi?
-
Əsas faktorlar sənayeləşmə,
-
immiqrasiya və miqrasiya idi.
-
Bu zamana qədər birinci sənaye
inqilabının ixtiralarından
-
tutmuş 1840-cı illərdə alman
-
və irland immiqrantların amerikalılarla
-
birgə qərbə doğru köçünə qədər
-
müxtəlif məsələlərdən bəhs etmişik.
-
Bu üç anlayışın heç biri
-
ABŞ cəmiyyətində
-
yeni deyildi, ancaq
-
hər biri şəhərlərin inkişafına
-
xüsusi şəkildə təsir göstərir.
-
Dəyişən amillərdən biri insanların
-
çalışdığı peşələrlə bağlı idi.
-
Qızıla bürünmüş dövrdə ABŞ əmək
-
bazarında kəskin dönüş baş verir.
-
1880-ci ildə müəyyən
-
maaş qarşılığında
-
sahibkarlar üçün çalışan
-
işçilərin sayı öz işini
-
özü idarə edən, istədiyi
-
vaxt əkin-biçinlə məşğul olan
-
fermerlərin sayını ötüb keçdi.
-
Vətəndaş müharibəsindən sonra baş verən
-
ikinci sənaye inqilabı dövründə
-
sənaye istehsalı yüksək
şəkildə inkişaf edir.
-
Fabrik-zavod sahəsində geniş
iş imkanı vardı və bunların
-
əksəriyyəti xüsusi bacarıq
tələb etmədiyindən
-
işçilər işə başlamazdan əvvəl
-
heç bir məşğələ keçmirdilər.
-
Qısası, insanlar ferma
işlərindən uzaqlaşaraq
-
sahibkarlar üçün görülən
zavod işlərinə yönəlirlər.
-
Digər bir dəyişiklik immiqrant və
-
miqrantların milliyəti ilə bağlıdır.
-
1840-cı ilə qədər ABŞ-yə
-
köçən immiqrantlar, əsasən,
-
maddi vəziyyətləri yaxşı
-
olan və Avropanın şimal və
-
qərbindən gələn protestantlar idilər.
-
Vətəndaş müharibəsindən sonra
-
ABŞ-də mövcud olan iş imkanları
-
və digər faktorlar ölkəyə
-
müxtəlif insanlar cəlb edir.
-
Bu yeni immiqrantlar, əsasən,
-
cənubi və şərqi Avropadan,
-
Meksikadan, Asiyadan idilər
-
əvvəlki immiqrantlardan özlərinin
-
dəri rənginə, aşağı maddi
-
vəziyyətlərinə, katolik, yaxud yəhudi
-
olmalarına görə fərqlənirdilər.
-
Əlavə olaraq afroamerikalılar da
-
cənubdan şimal və Orta Qərb
-
şəhərlərinə köçməyə başladılar.
-
Bütün immiqrant və miqrantlar böyük
-
işçi qüvvəsi mənasına gəlirdi.
-
Bəs nəyə görə bütün bu insanlar
şəhərlərə köçürdülər?
-
Gəlin qızıla bürünmüş dövrdə buna təkan
-
verən və şəhər həyatında insanları
-
cəlb edən bəzi amillərə nəzər salaq.
-
Təkanverici amillər insanları
öz yaşayış yerlərini
-
tərk etməyə məcbur edən amillərdir.
-
Birinci səbəb kimi kasıblıq
və maddi vəziyyətin
-
yaxşı olmamasını göstərə bilərik.
-
Kənd təsərrüfatının
maşınlaşdırılması fermerlərin
-
işinə heç də müsbət təsir göstərmir.
-
Miqrasiya edən insanların təxminən
1/3 hissəsi fermaları tərk edib
-
sənaye işlərində çalışmağı
düşünən amerikalılar idi.
-
Digər təkanverici amil
-
diskriminasiya və təqiblər idi.
-
Rusiya hökuməti
-
bu dövrdə yəhudilərə
-
qarşı dözülməzlik nümayiş
-
etdirərək Avropada etnik
-
təmizləmə siyasəti həyata keçirir.
-
Cənubi Amerikada Cim Krou
qanunlarının yaranması və
-
afroamerikalılara qarşı
linçin artması onları
-
yaşadıqları yerləri tərk
etməyə vadar edir.
-
Bəs şəhər həyatının hansı tərəfləri
onları burada qalmağa vadar edir?
-
İlkin səbəb budur ki, immiqrantların bir
çoxu şəhərlərə gəldikdən sonra buranı
-
tərk etmək üçün kifayət
qədər pula sahib deyildilər.
-
Ona görə də geri qayıda bilmirlər.
-
Digər əsas səbəb isə iş imkanlarının
-
məhz şəhərlərdə olması idi.
-
Buxar mühərriki və elektrifikasiyanın
inkişafı fabrik-zavodların
-
suyollarından kənarda da
inşa etməyə imkan verdi.
-
Başqa sözlə, şəhərlər sənaye
mərkəzlərinə çevrildilər.
-
Hər şəhər, əsasən, bir sahə
üzrə inkişaf edirdi:
-
Pitsburq polad istehsalı üzrə, Çikaqo
-
ət qablaşdırılması, Nyu York
isə geyim istehsalı üzrə.
-
hətta şəhərlərdə artıq dəstək cəmiyyətləri də yaranmışdı
-
Əvvəlki immiqrantlar öz ailələrinə köçmək və çalışmaq barədə kömək edərək onlara həm pul göndərir həm də məlumat ötürə bilərdilər
-
-
-
Bu, şəhərlərdə qonşuluq əlaqələrinin
inkişafına səbəb oldu:
-
oxşar tarixi keçmişə sahib
-
insanlar eyni dildə danışır,
eyni yeməkləri yeyir
-
və bir-birlərinə yardım edirdilər.
-
Bu etnik anklavlarda insanlar öz
-
dillərində qəzet ala və hətta teatr
-
tamaşalarına baxa bilirdilər.
-
İndi isə gəlin bu dövrdə A
-
Amerikaya köçmüş iki
-
immiqrantla tanış olaq.
-
Bunlardan birincisi 1880-ci ildə,
16 yaşında ikən
-
Çindən San Fransiskoya
köçmüş Lii Çudur.
-
O yazırdı:
-
"Mən San Fransiskoya gələndə Çinlilərin
-
təcrid aktı hələ qəbul olunmamışdı.
-
Yarı ac, yarı tox idim, çünki bu əcnəbi
-
xalqın yeməklərini yeməkdən çəkinirdim.
-
Bir neçə gün çinlilər üçün ayrılmış
sığınacaqda qaldıqdan sonra
-
özümü daha yaxşı hiss etməyə başladım.
-
Bir şəxsin yardımı ilə amerikalı bir ailə
-
məni qulluqçu kimi işə götürdü.
-
Çalışmağa başlayanda ingilis dilində
-
bircə dənə belə söz bilmirdim,
-
ev işlərindən isə başım çıxmırdı.
-
Ev sahibəsinin nə dediyini başa düşmürdüm,
-
ona görə də mənə necə bişirməli, yumalı,
ütüləməli, süpürməli, toz almalı,
-
yataqları toplamalı, qab yumalı, pəncərə
silməli, boyamalı, bıçaq
-
və çəngəlləri parlatmalı
olduğumu göstərərək öyrətdi.
-
6 aydan sonra
-
artıq hər şeyin öhdəsindən
bacarıqla gəlirdim.
-
Həftəlik qazandığım 5 dolların
-
4 dollar 25 sentini kənara qoyurdum.
-
Müəyyən qədər ingilis dili də öyrənmişdim.
-
Ailəmə pul da göndərirdim.
-
Yaxşı geyinməyimə, tez-tez Çin
teatrına getməyimə
-
və Çin qəsəbəsində nahar
-
etməyimə baxmayaraq ilk
-
6 ayda artıq 50$ toplaya bilmişdim."
-
İkinci immiqrant Belarusdan
-
Bostona 1894-cü ildə, 13
-
yaşında ikən köçən Meri Entindir.
-
O yazırdı:
-
"ilk yeməyimiz çox fərqli bir dərs idi sanki
-
Atam qabında müxtəlif yazılar
-
olan konserv məhsullarından
-
müxtəlif yeməklər hazırlayırdı.
-
o bizə qəribə sürüşkən bir meyvə göstərmişdi hansı ki banandır
-
-
ancaq həmin an bundan vaz keçmişdi
-
ikinci günümüzdə qarşıdan bir balaca qız gəlib bizə məktəbi gəzdirməyi təklif etdi
-
-
atam istəmədi amma biz 5 nəfər də bir neçə ingiliscə söz bilirdik cəmisi
-
-
məktəb sözünü bilirdik
-
və onu başa düşdük
-
bizi dünənə qədər görməmiş bizdən heç də yaxşı tərzə geyinməmiş və adlarımızı belə tələffüz edə bilməyən bu uşaq bizə bostonun məktəb azadlığını təklif edirdi
-
-
-
-
biz məcbur olduq dükanları gəzək və təpədən dırnağa qədər amerika paltarları geyindik
-
-
dəmir peçin sirlərini çitiləmə taxtasını danışma borusunu və ən önəmlisi ingilis dilini öyrənməli idik
-
-
-
xor görülən köhnə paltarlarımızla yanaşı yəhudi adlarımızı da geridə qoyduq
-
-
amerikada birneçə il yaşadıqdan sonra dostlarımızın bir komitəsi bizim üçün amerikalı adları uydurdu
-
-
-
-
bəs siz lii çu və meri entinin yaşadıqları arasında hansı bənzərlikləri görürsünüz
-
-
sizcə nəyə görə amerikaya köçdülər
-
və sizcə həyatları irəliləyən illərdə necə idi
-