-
Gəlin döngülər haqqında danışaq.Burada
"while "döngümüz var və sadəcə bir neçə
sətirlik kod vasitəsilə bu mesajı
ekranın sonuna qədər yaza bilərəm.
-
Əgər davam etsəm və mesajı
daha yaxşı etmək üçün
-
bu şəkildə dəyişdirsəm,
hər şey dəyişəcək.
-
Bəs bu necə işləyir? Yaxşı, biz bir azdan
bu kodu yenidən nəzərdən keçirə bilərik.
-
Ancaq əvvəlcə bir addım geri qayıdaq
və döngələrdən istifadə etmədən,
-
yalnız indiyə qədər bildiklərimizdən
istifadə edərək,bu proqramı necə
yaza biləcəyimiz haqqında düşünək.
-
Beləliklə,bunu etmək üçün,biz,həqiqətən,
bu kodu təkrar-təkrar yazacağıq,
elə deyilmi?
-
Mən bunu birinci yerə qoyacağam və
-
indi bunu kifayət qədər dəfə təkrarlamaq
kifayətdir ki, nəhayət,ekranın sonuna
qədər çataq.
-
Və bu çox iş aparacaq, elə deyilmi?
-
Çünki ekranın sonu həqiqətən çox uzaqdır.
-
Və sonra mənə düzəliş etsəniz və desəniz ki,
bu əslində 70 deyildi,daha yaxın məsəlçün
60 olmalıdır,bu daha da pis olacaq.
-
İndi o, buna təsir edir, çünki o da daha
kiçik olmalıdır,
-
və bütün bu yolda biz "text" funksiyasını
daha çox çağırırıq.
-
Və əslində, bu yolla sona çatmaq
daha çox vaxt aparacaq.
-
Beləliklə,bu,həqiqətən də çətindir və
şükürlər olsun ki, bizə bu işdə kömək
edəcək döngülərimiz var.
-
Bundan sonra, bu kimi təkrarlanan kodu
gördüyünüz zaman ilk düşüncəniz
-
"Döngüdən istifadə edə bilərəmmi?" olacaq.
-
Döngü bizə hər dəfə kiçik dəyişikliklər etməklə
bu kodu dəfələrlə təkrarlamağa imkan verəcək.
-
Beləliklə, biz bu kodu döngü istifadə
edərək yenidən yazacağıq.
-
Başlamaq üçün "while" ifadəsini ,
mötərizələri və dalğalı mötərizələri yazmalıyıq.
-
Biz bu mesajı alacağıq,çünki hələ
işimizi tamamlamamışıq.
Narahat olmayın, işimizi bitirəndə o gedəcək.
-
Beləliklə, hər dəfə döngü yazdığınız zaman
üç əsas suala cavab verməlisiniz.
-
Suallar bunlardır:
-
birinci sual:"Mən nəyi
təkrarlamaq istəyirəm?".
-
Və təkrarlamaq istədiyimiz hər şey
bu mötərizələr arasında yazılmalıdır.
-
Belə ki, bu halda "text" çağırışını təkrar
etmək istəyirəm, ona görə də, davam edək
və onu bura qoyaq.
-
Amma bu çox da əlverişli deyil, elə deyilmi?
Çünki indi biz sadəcə eyni "text" çağırışını
təkrar-təkrar edəcəyik.
-
Bu əslində heç də yaxşı deyil, bizim dəyişən
bir şeyə ehtiyacımız var.
-
Bu, bizə ikinci sualı, yəni "Mən hər dəfə nəyi
dəyişmək istəyirəm?"sualını verir.
-
Beləliklə, biz bu y mövqeyini dəyişdirmək
istəyirik, elə deyilmi? İstəyirik ki,o əvvəlcə 60,
sonra isə 80 olsun.
-
Buna görə də, biz bu dəyişikliyi y adlanan dəyişən üzərində edəcəyik.
-
çünki o, y mövqeyini göstərir. Beləliklə, biz davam edəcəyik və burada dəyişən elan edəcəyik.
-
Mən onu 40-dan başlayacağam. İndi nəhayət,
biz sadəcə y-i dəyişdirməliyik.
-
Burada deyə bilərik ki, y "y +"20" qiymətinə
bərabər olur və hər dəfə daha da böyüyür.
-
Və əslində, burada dəyəri artırmaq
qısayolları dərsimizdən istifadə edə bilərik.
-
Biz sadəcə davam edib qısayoldan
istifadə edə bilərik.
-
Beləliklə, bu əladır və indi yalnız
üçüncü suala
-
"Bunu nə vaxta qədər təkrar etməliyik?"
sualına cavab verməliyik
-
Yaxşı, biz bunu təkrar-təkrar etmək istəyirik,
amma həqiqətən bunu sonsuz sayda
etmək istəmirik, elə deyilmi?
-
Əgər biz bunu sonsuza qədər etsək, birincisi,
çox uzun müddət gözləməli olacağıq,
ikincisi, bu hətta brauzerinizi sıradan çıxara bilər.
-
Amma xöşbəxtlikdən yox. Beləliklə, həqiqətən,
biz yalnız ekranın sonuna çatana qədər bunu
etmək istəyirik, elə deyilmi?
-
Bu o deməkdir ki, y-in 400-dən az olduğu
müddətdə bunu etmək istəyirik.
-
Beləliklə, biz bunu sadəcə bura
qoyuruq və budur!
-
Biz bu mesajı ekranın sonuna
qədər yazırıq.
-
Və görürsünüz ki, bu, bizim əvvəlki
yanaşmamızdan daha sadədir,
-
kodu yazmaq uzun çəkdi, amma
yolun dörddə birini də bitirmədik.
-
Beləliklə, biz bundan xilas ola bilərik və
burda proqramımız var.
-
İndi gəlin nə baş verdiyini daha yaxşı
başa düşməyə çalışaq.
-
Bunu etmək üçün,mən "y indi " yazıram
mən hər dəfə y-i çap edirəm.
-
və sonra burada mesajın sonuna
y dəyişənini əlavə edəcəm ki, görə bilək.
-
Deməli, hazırda y-in dəyəri 20 vahid dəyişir
və biz bunu sadəcə bu dəyişəni burada
dəyişdirməklə edə bilərik.
-
Və yaxud bunu 50 kimi dəyişə bilərsiniz.
-
İndi, onlar 50 vahid dəyişirlər.
-
Eynilə, siz davam edə və digər dəyərlərlə
oynaya və onları dəyişdirə bilərsiniz
-
Və bunun necə təsir etdiyini və
proqram harada dayandığını
görə bilərsiniz.
-
Beləliklə, döngünü başa düşmək üçün onu
əslində "if" ifadəsi kimi fikirləşə bilərsiniz.
-
Öyrəndiyiniz kimi burada bizim boolean
ifadəmiz var.
-
Və sonra, biz ifadənin gövdəsi yalnız
-
boolean doğru olduqda yerinə yetiririk və
əks halda sona keçid edirik.
-
Amma "while "döngüsü ilə əlaqədar
maraqlısı odur ki,
-
burada "dövrün başlanğıcına qayıdın"
deyən gizli bir şey var.
-
Və bu gizli təlimatın mənası budur ki,
-
"if" ifadəsi ilə olduğu kimi,
çıxış etmək və ya davam etmək üçün,
-
hər dəfə döngünün gövdəsini hesabladıqda
biz geri qayıdacaq və şərtin hələ də doğru
olub olmadığını yoxlayacağıq.
-
Və əgər doğrudursa, biz bir dəfə daha
təkrar edəcəyik.
-
Təxmin etdiyiniz kimi, ikinci dəfə təkrar
etdiyimizdə də,eyni şeyi edəcəyik,
yoxlayacağıq və başlanğıca
geri qayıdacağıq.
-
y hələ 279-dan azdır?
-
Əgər belədirsə, biz bir dəfə daha təkrarlayacağıq
və yoxlamağa davam edəcəyik.
-
Əgər belə deyilsə, biz burada
başlanğıca qayıdırıq.
-
Və nəhayət,biz döngüdən çıxıb proqramımıza
davam edəcəyik.
-
Çox gözəl,döngülərdən istifadənin
daha çox maraqlı yolları var,
-
biz bunları tezliklə öyrənəcəyik,
lakin hələlik əla başlanğıcın
sonuna gəldik.