-
Gəlin dövrlər haqqında danışaq. Burada "while " dövrümüz var və sadəcə bir neçə
sətirlik kod vasitəsilə bu mesajı ekranın sonuna qədər yaza bilərəm.
-
Əgər davam etsəm və mesajı
daha yaxşı etmək üçün
-
bu şəkildə dəyişdirsəm,
hər şey dəyişəcək.
-
Bəs bu necə işləyir? Yaxşı, biz bir azdan
bu kodu yenidən nəzərdən keçirə bilərik.
-
Ancaq əvvəlcə bir addım geri qayıdaq
və dövrlərdən istifadə etmədən,
-
yalnız indiyə qədər bildiklərimizdən istifadə edərək,
bu proqramı necə yaza biləcəyimiz haqqında düşünək.
-
Beləliklə, bunu etmək üçün, biz, həqiqətən,
bu kodu təkrar-təkrar yazacağıq, elə deyilmi?
-
Mən bunu birinci yerə qoyacağam və
-
indi bunu kifayət qədər dəfə təkrarlamaq
kifayətdir ki, nəhayət,ekranın sonuna qədər çataq.
-
Bu çox iş aparacaq, düzdür?
-
Çünki ekranın sonu həqiqətən çox uzaqdır.
-
Əgər mənə düzəliş etsəniz və desəniz ki, bu əslində 70 deyildi,
daha yaxın məsələn 60 olmalıdır, bu daha da pis olacaq.
-
İndi o, buna təsir edir, çünki o da daha
kiçik olmalıdır,
-
və bütün bu yolda biz "text" funksiyasını
daha çox istifadə edirik.
-
Əslində, bu yolla sona çatmaq
daha çox vaxt aparacaq.
-
Bu, həqiqətən də çətindir və şükür ki,
bizə bu işdə kömək edəcək dövrlərimiz var.
-
Bundan sonra, bu kimi təkrarlanan kodu
gördüyünüz zaman ilk düşüncəniz
-
"Dövrdən istifadə edə bilərəmmi?" olacaq.
Dövr bizə hər dəfə kiçik dəyişikliklər
-
etməklə bu kodu dəfələrlə
təkrarlamağa imkan verəcək.
-
Beləliklə, biz bu kodu dövr istifadə edərək yenidən yazacağıq.
Başlamaq üçün "while" ifadəsini,
-
mötərizələri və dalğalı mötərizələri
yazmalıyıq. Biz bu mesajı alacağıq,
-
çünki hələ işimizi tamamlamamışıq.
Narahat olmayın, işimizi bitirəndə o gedəcək.
-
Hər dəfə dövr yazdığınız zaman
üç əsas suala cavab verməlisiniz.
-
Suallar bunlardır:
-
birinci sual: "Mən nəyi
təkrarlamaq istəyirəm?"
-
Təkrarlamaq istədiyimiz hər şey
bu mötərizələr arasında yazılmalıdır.
-
Bu halda "text" əmrini təkrar etmək istəyirəm,
ona görə də, davam edək və onu bura qoyaq.
-
Amma bu çox da əlverişli deyil, elə deyil? Çünki indi
biz sadəcə eyni əmri təkrar-təkrar edəcəyik.
-
Bu əslində heç də yaxşı deyil, bizim
dəyişən bir şeyə ehtiyacımız var.
-
Bu, bizə ikinci sualı, yəni "Mən hər dəfə nəyi
dəyişmək istəyirəm?" sualını verir.
-
Beləliklə, biz bu "y" mövqeyini dəyişdirmək istəyirik, elə deyilmi?
İstəyirik ki,o əvvəlcə 60, sonra isə 80 olsun.
-
Buna görə də, biz bu dəyişikliyi "y"
adlanan dəyişən üzərində edəcəyik
-
çünki o, y mövqeyini göstərir. Biz davam edəcəyik
və burada dəyişəni qeyd edəcəyik.
-
Mən onu 40-dan başlayacağam. İndi nəhayət,
biz sadəcə y-i dəyişdirməliyik.
-
Burada deyə bilərik ki, y "y +"20" qiymətinə
bərabər olur və hər dəfə daha da böyüyür.
-
Əslində, burada "dəyəri artırmaq
qısayolları" dərsimizdən istifadə edə bilərik.
-
Biz sadəcə davam edib qısayoldan
istifadə edə bilərik.
-
Bu əladır və indi yalnız
üçüncü suala
-
"Bunu nə vaxta qədər təkrar etməliyik?"
sualına cavab verməliyik.
-
Yaxşı, biz bunu təkrar-təkrar etmək istəyirik,
amma bunu sonsuz sayda da etmək istəmirik, elə deyil?
-
Əgər biz bunu sonsuza qədər etsək, birincisi, çox uzun müddət
gözləməli olacağıq, ikincisi, bu brauzerinizi belə sıradan çıxara bilər.
-
Amma xoşbəxtlikdən yox. Beləliklə, biz yalnız
ekranın sonuna çatana qədər bunu
-
etmək istəyirik, elə deyil? Bu o deməkdir ki, y-in
400-dən az olduğu müddətdə bunu etmək istəyirik.
-
Beləliklə, biz bunu sadəcə bura
qoyuruq və budur!
-
Biz bu mesajı ekranın sonuna
qədər yazırıq.
-
Görürsünüz ki, bu, bizim əvvəlki
yanaşmamızdan daha sadədir,
-
kodu yazmaq uzun çəkdi, amma
yolun dörddə birini də bitirmədik.
-
Beləliklə, biz bundan xilas ola bilərik və
burda proqramımız var.
-
İndi gəlin nə baş verdiyini daha yaxşı
başa düşməyə çalışaq.
-
Bunu etmək üçün,mən "y indi" yazıram
mən hər dəfə y-i çap edirəm.
-
Sonra burada mesajın sonuna
y dəyişənini əlavə edəcəm ki, görə bilək.
-
Deməli, hazırda y-in dəyəri 20 vahid
dəyişir və biz bunu sadəcə bu dəyişəni
-
burada dəyişdirməklə edə bilərik.
Yaxud bunu 50 kimi dəyişə bilərsiniz.
-
İndi, onlar 50 vahid dəyişirlər.
Eynilə beləcə,
-
siz davam edə, digər dəyərlərlə
oynaya və onları dəyişdirə bilərsiniz
-
Bunun necə təsir etdiyini və proqramın
harada dayandığını görə bilərsiniz.
-
Beləliklə, dövrü başa düşmək üçün onu
əslində "if" ifadəsi kimi fikirləşə bilərsiniz.
-
Öyrəndiyiniz kimi burada bizim
boolean ifadəmiz var.
-
Sonra, biz ifadənin gövdəsi yalnız
-
boolean doğru olduqda yerinə yetiririk və
əks halda sona keçid edirik.
-
Amma "while "dövrü ilə əlaqədar
maraqlısı odur ki,
-
burada "dövrün başlanğıcına qayıdın"
deyən gizli bir şey var.
-
Bu gizli təlimatın mənası budur ki,
-
"if" ifadəsi ilə olduğu kimi,
çıxış etmək və ya davam etmək üçün,
-
hər dəfə dövrün gövdəsini hesabladıqda biz geri
qayıdacaq və şərtin hələ də doğru olub-olmadığını
-
yoxlayacağıq. Əgər doğrudursa, biz
bir dəfə də təkrar edəcəyik.
-
Təxmin etdiyiniz kimi, ikinci dəfə təkrar
etdiyimizdə də, eyni əməliyyatı edəcəyik,
-
yoxlayacağıq və başlanğıca geri
qayıdacağıq. y hələ də 279-dan azdır?
-
Əgər belədirsə, biz bir dəfə də təkrarlayacağıq
və yoxlamağa davam edəcəyik.
-
Əgər belə deyilsə, biz burada
başlanğıca qayıdırıq.
-
Nəhayət, biz dövrdən çıxıb proqramımıza
davam edəcəyik.
-
Əla! Dövrlərdən istifadənin
daha çox maraqlı yolları var,
-
biz bunları tezliklə öyrənəcəyik,
amma indi əla başlanğıc etdik!