-
0.0000000003457-ni standart
şəkildə göstərin.
-
Ədədin standart şəklinin
nə olduğunu
-
xatırlamağa çalışın.
-
Standart şəkildə yazılış
ədəd vurulsun 10-un hər hansısa
-
qüvvəti deməkdir --
qoy bu şəkildə yazım.
-
Bu ədəd 1-dən böyük
və ya 1-ə bərabər,
-
və 10-dan kiçik
olacaq.
-
Buraya yazacağımız
-
ədədin qiymətli hissəsi olacaq və
-
siz onu tapmaq üçün
-
ilk sıfır olmayan
rəqəmi axtaracaqsınız.
-
Bu rəqəmlə də
-
başlayacaqsınız.
-
Yəni bu rəqəmlə başlayaraq,
-
onu vergüldən solda yazacaqsınız.
-
Beləliklə 3.457-ni yazdıq,
-
indi isə onu 10 üstü
hər hansısa qüvvətə vuracağıq.
-
İndi isə gəlin nəyə
-
vuracağımızı düşünək.
-
3.457-dən bu çox çox kiçik ədədə
getmək üçün,
-
siz vergülü
-
sola doğru sürüşdürməlisiniz.
-
3-ün soluna çoxlu sayda
sıfır əlavə etməlisiniz.
-
Yəni, vergülü sola doğru sürüşdürməyə
davam etməlisiniz.
-
Biz, əslində,
-
bu ədədi çox-çox kiçildirik.
-
Deməli, onu 10 üstü hansısa
-
mənfi qüvvətə vururuq.
-
10 üstü müsbət qüvvətə yox.
-
Bunun ekvivalenti
-
10-un müsbət qüvvətinə bölünməsi əməlidir.
-
Bu haqda düşünməyin
ən yaxşı yolu,
-
vergülü bir addım sola doğru
sürüşdürdükdə,
-
10-a böldüyünüzü və ya
10 üstü mənfi 1-ə vurduğunuzu
-
təsəvvür etməkdir.
-
İcazə verin nümunə göstərim.
-
Yəni 1 vurulsun 10
elə 10-a bərabərdir.
-
1-i 10 üstü
mənfi 1-ə vursaq,
-
1/10-ə bərabər olacaq.
-
1 vurulsun -- icazə verin
bunu onluq kəsrlə yazım.
-
Əslində, mən bir addımı
burada buraxmışam.
-
Burada 1 vurulsun 10 üstü 0 yazım.
-
Yuxarıdakı 1 vurulsun 10
üstü 1-dir.
-
Buradakı isə, yəni 1 vurulsun 10 üstü 0,
-
1 vurulsun 1-ə bərabər olacaq.
-
1 vurulsun 10 üstü mənfi 1
1/10-i verir,
-
hansı ki, 0.1-ə bərabərdir.
-
1 vurulsun 10 üstü mənfi 2 isə,
hansı ki, 10 üstü mənfi 2
-
1 bölünsün 10-un kvadratına
və ya 1/100-ə bərabərdir,
-
bizə 1/100-i verəcək.
0.01 də yaza bilərik.
-
Burada nə baş verir?
-
Əslində, mən onu mənfi 1-ci dərəcədən
qüvvətə yüksəltdikdə,
-
mahiyyətcə vergülü
1-in sağından
-
soluna keçirmiş oldum.
-
Mən onu burdan buraya
sürüşdürdüm.
-
Mən mənfi 2 qüvvətə
yüksəltdikdə isə,
-
2 addım sola sürüşdürmüş oldum.
-
Bəs buradakı sıfırı neçə addım
sola sürüşdürmək lazımdır ki,
-
yuxarıda verilmiş ədədi ala bilək?
-
Buradakı sıfırların sayını
tapaq.
-
Vergülü 3-ün önünə sürüşdürmək üçün
bir addım sola çəkməliyik və
-
sonra isə sıfırların
-
sayı qədər
sola sürüşdürməliyik.
-
3-ü almaq üçün 1 addım sola sürüşdürdük.
-
Beləliklə buradan başlamışıq və
-
1, 2, 3, 4, 5 ,6, 7, 8, 9, 10 addım
qədər sürüşdürəcəyik.
-
Deməli, ifadəmiz 3.457 vurulsun
10 üstü mənfi 10-a
-
bərabər olacaq.
-
İcazə verin, yenidən yazım.
-
Deməli, 3.457 vurulsun 10
üstü mənfi 10.
-
Ümumiyyətlə,
edəcəyiniz şey
-
burada ilk sıfır olmayan
rəqəmi tapmaqdır.
-
Yadınızda saxlayın,
rəqəmimiz 1 ilə 10 arasında olmalıdır.
-
Bu, 1-ə bərabər ola bilər, lakin 10-dan
kiçik olmalıdır.
-
3.457 şərtimizə uyğundur.
-
O ,1 və 10 arasında yerləşir və
-
sonra isə vergül və
həmin rəqəm
-
arasındakı sıfırları
saymalısınız.
-
Rəqəmi daxil etməyi də unutmayın,
çünki sizə deyilir ki,
-
yuxarıdakı ədədi almaq üçün
vergülü neçə addım
-
sürüşdürməlisiniz.
-
Ona görə də cavabımızı almaq üçün
-
vergülü
10 addım sola sürüşdürməliyik.