-
Digər videolarda, biz verilən elementin
-
atomlari arasında yarana biləcək
-
rabitələrin növləri haqqında danışdıq.
-
Məsələn, əgər rabitəni
iki metal yaradırsa,
-
bu metal rabitəsi olacaq.
-
Əgər 2 qeyri-metal
-
rabitə yaradırsa,
-
bu ehtimal ki, kovalent rabitə olacaq.
-
Ümumi qayda olaraq,
-
əgər 1 metal və
-
1 qeyri-metal varsa,
-
bu ehtimal ki, ion rabitəsi olacaq.
-
Bunlar ümumi qaydalardır.
-
Mən bu videoda rabitənin bir spektr
-
olduğunu göstərmək istəyirəm.
-
Rabitələr var, və
-
biz təbiətcə daha çox ion kimi görünən
-
polyar kovalent rabitələr
-
haqqında danışmışıq.
-
Biz bu videoda bu haqda danışacağıq və
-
buna elektromənfilik
kontekstində baxacağıq.
-
Xatılatma kimi deyim ki,
elektromənfilik haqqında bir çox
-
videolarda danışmışıq.
-
Amma bu xüsusiyyət elektron almaq üçün
-
rabitədə olan,
-
elektron sıxlığının ona
daha yaxın olmasını istəyən,
-
elektron cütlərinin özü ətrafında daha
-
çox vaxt keçirməsini istəyən
atomun xüsusiyyətidir.
-
Belə ki, elektromənfiliyi yüksək olan
-
elektromənfiliyi aşağı olanla müqayisədə
-
elektronlara qarşı daha acgöz olacaq.
-
Biz spektr haqqında düşünə bilərik.
-
Bir ucunda ion,
-
digərində isə kovalent rabitə var.
-
Onun haqqında düşünməyin bir yolu sol ucda
-
sizdə elektromənfiliklər
arasında çox fərq yoxdur.
-
Rabitədə iştirak edən hər iki atomun
-
elektrona hərisliyi təxminən bərabərdir.
-
İon rabitədə isə
-
elektromənfiliklər
arasında böyük fərq var,
-
belə ki, bir atom digərindən
-
bir elektron alır.
-
Məsələn, bunu anlamağın bir yolu:
-
bura bir ox çəkim.
-
Belə ki, soldan sağa doğru getdikcə
-
elektromənfiliklər arasında fərq artır.
-
Ortadakı bir yerdə, və yaxud
-
soldan sağa doğru getdikcə
-
daha çox polyar kovalent
rabitəyə çevriləcək.
-
Məsələn, əgər oksigen və hidrogen
-
arasında rabitə olsa,
-
hər ikisi qeyri-metaldır.
-
Sadəcə bizim ümumi qaydalarımıza görə
-
bu kovalent rabitə olacaq.
-
Metal və qeyri-metallar arasindakı bölgü,
-
mən onu burada
-
çəkəcəyəm, bu mavi xətt
görə biləcəyiniz bir ayrıcdır,
-
halbuki onun
-
ətrafındakılar daha maraqlıdır.
-
Amma oksigen və
hidrogen qeyri-metaldırlar,
-
amma elektromenfilikləri
arasında ciddi fərq var.
-
Burada elektromənfilik
-
məhşur bioloq ve kimyaçı
-
Laynus Polinqin şərəfinə adlandırılmış
Polinq şkalası ilə ölçülür,
-
və bu şkalada oksigen 3.44-dür,
-
ən yüksək elektromənfiliyi
olan atomlardan biri.
-
Digər videolarda elektromenfilik
qanunauyğunluqları haqqında danışdıq,
-
sol aşağıdan sağ yuxarıya gedir.
-
Sağ yuxarı tərəfdə olub
təsirsiz qazlar olmayanlar
-
elektron üçün acgöz olanlardır.
-
Və oksigen ən acgözlərdən biridir.
-
Hidrogen qeyri-elektromənfi olmasa da,
-
onunki aşağıdır, sadəcə 2.20.
-
Bunlara əsasən, bu elektronlar
-
oksigenin ətrafında daha çox vaxt
-
keçirəcəklər.
-
Əgər onlar eyni miqdarda vaxt sərf
-
etsələr, oksigen neytral olacaq.
-
Amma onlar orada bir az çox vaxt sərf
-
etdiklərinə görə, onda qismən neqativ yük var,
-
kiçik yunan hərfi delta,
-
hidrogenin ətrafında
-
paylaşılan elektronlar hidrogenlə
müqayisədə oksigenin
-
ətrafında daha çox keçirdiyinə görə
-
burda qismən müsbət yük yaranır.
-
Beləliklə, bu polyar kovalent rabitə
-
olacaq. Bu
-
spektrda bu düz burda olacaq,
-
sizin necə istəməyinizdən,
-
bu miqyasa necə baxdığınızdan asılı olaraq
-
İndi isə dediyiniz
-
sual, bu kovalent və ion rabitələri
-
arasındakı spektr, bəs metal
-
rabitəsi?
-
Ümumiyyətlə, metal rabitəsi verilən 2
-
elementin elektromənfilikləri çox fərqli
-
olmayan və aşağı elektromənfilikləri olan
-
elementlər arasında qurulur.
-
Buna görə onlar aşağı sol tərəfdə yerləşir
-
və əgər onlardan ikisi rabitə bir-birilə
-
rabitə yaratsa, bu böyük
-
ehtimal metal rabitəsi olacaq, və bu
-
məntiqlidir çünki metal rabitəsində
-
bütün elektronlar ortaq bir hovuzda
-
qarışırlar, hansıki
-
keçiricilik kimi bəzi üstünlüklər verir.
-
Beləliklə, əgər bir neçə
-
elektromənfilikləri təxminən oxşar olan,
-
və ya hamısı aşağı
-
elektromənfikdə
-
olanlardırsa,
-
onlar bu kommunal hovuzda valent
-
elektronlarını
-
paylaşacaqlar.