-
Gəlin, 5 kökaltı 117 ifadəsini sadələşdirək.
-
Görünür ki, 117 tam kvadrat kök deyil.
-
Gəlin, onu sadə vuruqlara ayıraq və görək,
-
sadə vuruqlarından hər hansı biri 1
-
dəfədən çox təkrarlanırmı?
-
117 tək ədəddir və
-
aydındır ki, 2 - ə bölünmür.
-
3 - ə bölündüyünü yoxlamaq üçün
-
rəqəmlərinin cəmini tapaq.
-
1 + 1 + 7 = 9.
-
Rəqəmlərinin cəmi 9 edir.
-
9 3 - ə bölündüyündən 117 də bölünəcək.
-
Bəs 117 - ni 3 - ə böldükdə
-
neçə alınır? Gəlin hesablayaq.
-
Belə ki, 1 - in içində 3 yoxdur.
-
11 - in içində 3 dəfədir.
-
3 x 3 = 9
-
Çıxaq, 2 qalıq qalır.
-
7 - ni aşağı düşürək.
-
27 - in içində 9 dəfə 3 var.
-
9 x 3 = 27
-
Çıxdıqda, qalıq qalmır.
-
Tam ədəd alınır.
-
Beləliklə, 117-nin vuruqları 3 və 39 - dur.
-
İndi 39 - u sadə vuruqlarına ayıraq.
-
3 - ə bölünəndir.
-
3 x 13 = 39
-
Və aldığımız bütün rəqəmlər sadədirlər.
-
Beləliklə, 5 kökaltı 3 vur 3 vur 13
-
şəklində yazaq.
-
Üstü qüvvət dərslərindən bilirik ki,
-
belə də yaza bilərik:
-
5 kökaltı 3 vur 3 vur kökaltı 13.
-
İndi isə tapaq görək 3 vur 3 ifadəsinin kvadrat kökü neçədir?
-
Bu, həm də 3-ün kvadratının, yəni
-
9 - un kvadrat köküdür.
-
Bu bizə 3 - ü verir. Yəni
-
kvadrat kök 3 - dür.
-
5 vur 3 kökaltı 13 .
-
Daha da sadələşdirib 5 vur 3 - ün yerinə
-
15 yazaq. 15 kökaltı 13.
-
Başqa bir nümunəyə baxaq.
-
3 kökaltı 26.
-
26 -nı sarı rənglə işarələyirəm.
-
sarı rənglə işarələyirəm.
-
26 cüt ədəddir.
-
2 - ə bölünür.
-
2 vur 13 şəklində yazaq.
-
Və bitdi.
-
13 sadə ədəddir.
-
Artıq sadələşdirə bilmərik.
-
26 -nın tam kavdrat kökü yoxdur.
-
Əvvəlki nümunədə etdiyimiz kimi
-
26 -dan tam kök ala
-
bilmirik.
-
13 x 9 =117, yəni
-
tam kvadrat köklü ədəd vur 13.
-
26 - nı sadələşdirə bildiyimiz qədər sadələşdirdik.
-
Sadəcə 3 kökaltı 26 şəklində yazacağıq.