-
Aşağıdakı tənlikdə diferensiallanan
-
x və y funskiyaları verilib.
-
sinus(x) üstəgəl kosinus(y)
-
kök altında 2-yə bərabərdir.
-
Həmçinin bizə x-in t-yə görə törəməsinin
-
5 olduğu verilib.
-
y pi bölünsün 4-ə bərabər, x 0-dan böyük
-
və pi bölünsün 2-dən kiçik olduqda,
bizdən y-in t-yə görə
-
törəməsi soruşulur.
-
Bizə x-in t-yə görə törəməsi verilib və
-
y-in t-yə əsasən törəməsi
-
istənilir,
-
x və y t-dən asılı funksiyalardır.
-
Bu tənliyi belə də yaza bilərsiniz.
-
Belə ki, sinus(x(t))
-
üstəgəl
-
kosinus(y(t)),
-
o da bərabərdir
-
kök altında 2-yə.
-
Bir az qarışdıra bilərsiniz,
-
siz x-i 3-cü dəyişən kimi və ya
-
y-i, x-dən fərqli funksiyadan
asılı olmasını
-
görməmisiniz.
-
Amma burada x və y dəyişənlərdir.
-
x(t) və y(t) əvəzinə burada
-
f(t) və ya g(t) də yazıla bilər,
-
bu sizə bir az daha təbii
görünə bilər.
-
dy böl dt-ni tapmaq üçün
-
bərabərliyin hər iki tərəfinin t-yə
əsasən
-
törəməsini almalıyıq.
-
Gəlin edək.
-
Solda bunu edəcəyik,
-
yəni t-yə görə
-
törəməsini alırıq.
-
t-yə əsasən hər tərəfin törəməsini alırıq.
-
Daha sonra sağ tərəfin də
-
törəməsini alırıq.
-
Gəlin bunlar haqqında düşünək.
-
Bu nədir.
-
Başqa rənglə edək.
-
Burada mavi rənglə göstərdiyim hissəni
-
necə yaza bilərik?
-
t-yə görə törəməsini tapırıq,
-
Sinus funksiyamız var və o da
t-dən asılıdır.
-
Zəncir qaydasını bura tətbiq edə bilərəm.
-
Birinci, x-ə görə sinus(x)-in
-
törəməsini
-
tapacam, sinus(x(t)) kimi də yaza bilərəm,
-
amma əvvəl verildiyi kimi sinus(x) kimi
-
yazacam.
-
Daha sonra onu ifadənin içinin törəməsinə
-
vuracam, t-yə əsasən törəməsini
-
x-in t-yə əsasən törəməsinə vuracam.
-
xs və ys üçün zəncir qaydasını
-
tətbiq etməyimiz
-
bir az məntiqsiz gələ bilər,
-
ancaq bu da mövcuddur,
-
x-ə əsasən sinusun törəməsini
-
tapırıq,
-
sonra isə t-yə əsasən
-
x-in törəməsini tapırıq.
-
Burada eynisini edə bilərik,
-
2-ci hissədə.
-
y-ə əsasən bunun törəməsini
-
alırıq, ifadənin çölü kimi də nəzərdə
tuta bilərsiniz,
-
kosinus(y),
-
onu t-yə əsasən y-in törəməsinə
-
vururuq.
-
Bunların hamsı nəyə bərabər olacaq?
-
Sabitin, yəni kök altında 2-nin
-
t-yə görə törəməsi
-
t-yə görə dəyişmir deyə
-
0 olacaq.
-
İndi isə bunu
-
həll etməliyik.
-
İlk olaraq, x-ə əsasən
-
sinus(x)-in törəməsi, kosinus(x) vurulsun
-
x-in t-yə görə törəməsinə bərabərdir.
-
x-in t-yə əsasən törəməsi.
-
Burada üstəgəl olacaq,
-
y-in t-yə əsasən törəməsi.
-
Beləliklə, üstəgəl y-in t-yə görə
törəməsi.
-
Sadəcə ardıcıllığını
dəyişirəm,
-
bu qarşıya keçir.
-
y-ə görə kosinus(y)-in törəməsi
nə edir?
-
Bu, mənfi sinus(y) olacaq.
-
Bura sinus(y) yazıram,
-
bunu da mənfi edirəm.
-
Bunu silib mənfi işarəsi əlavə edirəm.
-
Bunların hamsı 0-a bərabər olur.
-
İndi bunu necə həll edə bilərik?
-
Bizə deyilib ki, t-yə görə x-in
-
törəməsi 5-dir, burada verilib.
-
Bu, 5-ə bərabərdir.
-
t-yə görə y-in törəməsini tapmalıyıq.
-
y-in nəyə bərabər olduğu bizə verilib,
y pi böl 4-ə bərabərdir.
-
Yəni bu pi böl 4-ə bərabərdir.
-
Bunu həll etməliyik,
-
burada iki qeyri-müəyyən ifadə var.
-
y-in t-yə görə törəməsinin və x-in
-
nəyə bərabər olduğunu bilmirik.
-
Bunu həll etməliyik.
-
x neçə ola bilər?
-
y pi böl 4 olduqda x neçə ola bilər?
-
Geri qayıdıb
-
bizə verilmiş tənlikdən x-i tapa
bilərik.
-
y pi böl 4 olduqda,
-
gəlin yazaq.
-
Sinus(x)
-
üstəgəl kosinus(pi böl 4)
-
kök altında 2-yə bərabərdir.
-
Kosinus(pi böl 4),
-
çevrəni yadımıza salaq.
-
Birinci rübdəyik.
-
Dərəcə olduğunu nəzərə alsaq,
-
45 dərəcə olur, yəni kök altında 2,
bölünsün 2.
-
İndi kök altında 2-dən, kök altında 2
bölünsü 2-ni
-
çıxa bilərik,
-
kök altında 2-dən, kök altnda 2 böl 2-ni
-
çıxmaqla onun yarısını çıxmış olduq,
-
yəni onun yarısı
-
qalır.
-
Yəni kök altında 2 bölünsün 2.
-
x-in hansı qiymətində
sinus buna bərabər olur,
-
dərəcələri xatırlayaq,
-
birinci rübdə olduğumuzu
-
nəzərə alsaq, x bu bucaq aralığında
-
olacaq.
-
Bu da yenidən pi böl 4 edəcək.
-
Bu o deməkdir ki, y pi böl 4-ə
bərabər olduqda,
-
x də pi böl 4-ə bərabər olur.
-
Artıq bunun da pi böl 4 olduğunu
bilirik.
-
Gəlin bura yazaq,
-
çünki bir az qarışıq oldu.
-
5 vurulsun
-
kosinus(pi böl 4)
-
çıxılsın
-
dy böl dt, yəni t-yə görə y-in
törəməsi,
-
indi bunu tapmalıyıq,
-
o da vurulsun sinus(pi böl 4),
-
hamsı 0-a bərabərdir.
-
Aydın olsun deyə bura
-
mötərizələr əlavə edəcəm.
-
Gəlin baxaq.
-
İndi cəbrdən istifadə edəcəyik.
-
Kosinus(pi böl 4),
-
bunun kök altında 2 bölünsün 2 olduğunu
artıq bilirik.
-
Sinus(pi böl 4) də həmçinin kök altında 2
bölünsün 2-yə bərabərdir.
-
Hər iki tərəfi kök altında 2 bölünsün 2-yə
-
bölsək, nə baş verər?
-
Bu bizə nə verəcək?
-
Belə ki, kök altında 2 bölünsün 2,
-
bölünsün,
-
kök altında 2 böl 2,
-
bu da 1 edəcək.
-
Kök altında 2 böl 2,
-
bölünsün, kök altında 2 böl 2,
1 edəcək.
-
0 bölünsün, kök altında 2 böl 2,
-
elə 0 edəcək.
-
Bu da 5 vurulsun 1 olur,
-
elə 5 edəcək,
-
çıxılsın t-yə əsasən y-in törəməsi,
-
bərabərdir 0-a,
-
bu qədər.
-
Hər iki tərəfə y-in t-yə əsasən
törəməsini əlavə etsək,
-
y-in t-yə əsasən törəməsi
-
5 olacaq.
-
x-in t-yə görə törəməsi 5 olduqda,
-
y pi böl 4-ə
-
bərabər olacaq.