-
Aşağıdakı tənlikdə diferensiallanan
-
x və y funskiyaları əlaqələndirilmişdir.
-
sinus x üstəgəl kosinus y
-
kök altında 2-yə bərabərdir.
-
Həmçinin bizə x-in t-yə
nəzərən törəməsinin
-
5 olduğu verilib.
-
y pi bölünsün 4-ə bərabər, x 0-dan böyük
-
və pi bölünsün 2-dən kiçik olduqda,
bizdən y-in t-yə görə
-
törəməsi soruşulur.
-
Bizə x-in t-yə görə törəməsi verilib və
-
y-in t-yə nəzərən törəməsi
-
istənilir.
-
x və y t-dən asılı funksiyalardır.
-
Bu tənliyi belə də yaza bilərsiniz.
-
Sinus x(t)
-
üstəgəl
-
kosinus y(t)
-
kök altında 2-yə
-
bərabərdir.
-
Bu, biraz çaşdırıcı ola bilər,
-
siz x-i 3-cü dəyişənin
funksiyası kimi və ya
-
y-i x-dən fərqli funksiyadan
asılı olmasını
-
görməyə öyrəşməmisiniz.
-
Amma burada x və y dəyişənlərdir.
-
x(t) və y(t) əvəzinə burada
-
f(t) və ya g(t) də yazıla bilər.
-
Bu, sizə daha aydın şəkildə
görünə bilərdi.
-
dy böl dt-ni tapmaq üçün
-
bərabərliyin hər iki tərəfinin t-yə
nəzərən
-
törəməsini tapmalıyıq.
-
Gəlin başlayaq.
-
Sol tərəfin
-
t-yə görə
-
törəməsini alırıq.
-
t-yə nəzərən hər
tərəfin törəməsini alırıq.
-
Daha sonra sağ tərəfin də
-
törəməsini alırıq.
-
Gəlin bunlar haqqında düşünək.
-
Bu nədir?
-
Başqa rənglə edək.
-
Burada mavi rənglə göstərdiyim hissəni
-
necə yaza bilərik?
-
t-yə görə törəməsini tapırıq.
-
Sinus funksiyamız var və o da
t-dən asılıdır.
-
Zəncir qaydasını bura tətbiq edə bilərəm.
-
İlk növbədə, x-ə görə sinus(x)-in
-
törəməsini
-
tapacağam, sinus x(t) kimi də yaza bilərəm,
-
amma əvvəl verildiyi kimi sinus(x) kimi
-
yazacam.
-
Daha sonra onu daxili ifadənin törəməsinə
-
vuracağam, yəni onu
-
x-in t-yə nəzərən törəməsinə vuracağam.
-
x-lər və y-lər üçün zəncir qaydasını
-
tətbiq etməyimiz
-
bir az məntiqsiz gələ bilər.
-
Ancaq burada
-
x-ə əsasən sinusun törəməsini
-
tapırıq,
-
sonra isə t-yə əsasən
-
x-in törəməsini tapırıq.
-
Burada, yəni 2-ci hissədə də
-
eynisini edə bilərik.
-
y-ə əsasən bunun törəməsini
-
alırıq, bunu xarici ifadə kimi də nəzərdə
tuta bilərsiniz,
-
kosinus(y),
-
onu t-yə əsasən y-in törəməsinə
-
vururuq.
-
Bunların hamısı nəyə bərabər olacaq?
-
Sabitin, yəni kök altında 2-nin
-
t-yə görə törəməsi
-
t-yə görə dəyişmədiyinə görə
-
0 olacaq.
-
İndi isə bunu
-
həll etməliyik.
-
İlk olaraq, buradakı x-ə əsasən
-
sinus(x)-in törəməsi,
yəni kosinus(x) vurulsun
-
x-in t-yə görə törəməsinə bərabərdir.
-
x-in t-yə əsasən törəməsi.
-
Burada üstəgəl olacaq,
-
y-in t-yə əsasən törəməsi.
-
Üstəgəl y-in t-yə görə
törəməsi.
-
Sadəcə ardıcıllığı
dəyişirəm,
-
bu, qarşıya keçir.
-
y-ə görə kosinus(y)-in törəməsi
nə edir?
-
Bu, mənfi sinus(y) olacaq.
-
Bura sinus(y) yazıram,
-
bunu da mənfi edirəm.
-
Bunu silib mənfi işarəsi əlavə edirəm.
-
Bunların hamısı 0-a bərabər olur.
-
İndi bunu necə həll edə bilərik?
-
Bizə deyilib ki, t-yə görə x-in
-
törəməsi 5-dir, burada verilib.
-
Bu, 5-ə bərabərdir.
-
y-in t-yə görə törəməsini tapmalıyıq.
-
y-in nəyə bərabər olduğu bizə verilib,
y pi böl 4-ə bərabərdir.
-
Yəni bu, pi böl 4-ə bərabərdir.
-
Bunu həll etməliyik,
-
burada iki qeyri-müəyyən ifadə var.
-
y-in t-yə görə törəməsinin və x-in
-
nəyə bərabər olduğunu bilmirik.
-
Bunu həll etməliyik.
-
x neçə ola bilər?
-
y pi böl 4 olduqda x neçə ola bilər?
-
Geri qayıdıb
-
bizə verilmiş tənlikdən x-i tapa
bilərik.
-
y pi böl 4 olduqda,
-
gəlin yazaq.
-
Sinus(x)
-
üstəgəl kosinus pi böl 4
-
kök altında 2-yə bərabərdir.
-
Kosinus pi böl 4,
-
vahid çevrəni yadımıza salaq.
-
Birinci rübdəyik.
-
Dərəcə kimi baxsaq,
-
45 dərəcə olur, yəni kök altında 2
böl 2.
-
İndi kök altında 2-dən kök altında 2
böl 2-ni
-
çıxa bilərik,
-
kök altında 2-dən kök altnda 2 böl 2-ni
-
çıxmaqla onun yarısını çıxmış olduq,
-
yəni onun yarısı
-
qalır.
-
Sinus x kök altında 2
böl 2-yə bərabər olur.
-
x-in hansı qiymətində
sinus bu qiyməti alır?
-
Dərəcələri yadımıza salaq,
-
birinci rübdə olduğumuzu
-
nəzərə alsaq, x bu bucaq aralığında
-
olacaq.
-
Bu da yenidən pi böl 4 edəcək.
-
Bu o deməkdir ki, y pi böl 4-ə
bərabər olduqda,
-
x də pi böl 4-ə bərabər olur.
-
Artıq bunun da pi böl 4 olduğunu
bilirik.
-
Gəlin bura yazaq,
-
çünki bir az qarışıq oldu.
-
5 vurulsun
-
kosinus pi böl 4
-
çıx
-
dy böl dt, yəni t-yə görə y-in
törəməsi
-
indi bunu tapmalıyıq,
-
vur sinus pi böl 4
-
0-a bərabərdir.
-
Aydın olsun deyə bura
-
mötərizələr əlavə edəcəm.
-
Gəlin baxaq.
-
İndi cəbrdən istifadə edəcəyik.
-
Kosinus pi böl 4-ün
-
kök altında 2 böl 2 olduğunu
artıq bilirik.
-
Sinus pi böl 4 də həmçinin kök altında 2
bölünsün 2-yə bərabərdir.
-
Hər iki tərəfi kök altında 2 bölünsün 2-yə
-
bölsək, nə baş verər?
-
Bu bizə nə verəcək?
-
Kök altında 2 böl 2
-
böl
-
kök altında 2 böl 2
-
1-ə bərabərdir.
-
Kök altında 2 böl 2
-
böl kök altında 2 böl 2
1 edəcək.
-
0 böl kök altında 2 böl 2
-
elə 0 edəcək.
-
Bu da 5 vurulsun 1 olur,
-
elə 5 edəcək
-
çıx t-yə əsasən y-in törəməsi
-
0-a bərabərdir.
-
Bu qədər.
-
Hər iki tərəfə y-in t-yə əsasən
törəməsini əlavə etsək,
-
y-in t-yə əsasən törəməsi
-
5 olacaq.
-
x-in t-yə görə törəməsi 5 olduqda,
-
y pi böl 4-ə olanda
-
y-in t-yə görə törəməsi 5 olacaq.