< Return to Video

Gəlir haqqında hesabata giriş

  • 0:01 - 0:05
    Düşünürəm ki, indi şirkətləri təhlil edərkən insanların çoxunun
  • 0:05 - 0:08
    nəyə diqqət yetirdiyini öyrənmək üçün ən yaxşı vaxtdır
  • 0:08 - 0:10
    və bu gəlir haqqında hesabatdır.
  • 0:10 - 0:14
    Gəlir hesabatı bir şirkətə baxdığınız zaman
  • 0:14 - 0:16
    baxacağınız üç maliyyə hesabatından biridir.
  • 0:16 - 0:17
    Burada gəlir hesabatı var və digər ikisi isə balans hesabatıdır,
  • 0:17 - 0:22
    hansı ki maliyyə böhranı və digər hər hansı bir
  • 0:22 - 0:24
    məsələ haqqında etdiyim digər izahatlardan
  • 0:24 - 0:24
    bir çoxunu çəkmişəm.
  • 0:24 - 0:26
    Və əslində, bu videoda gəlir hesabatının
  • 0:26 - 0:28
    balans hesabatı ilə necə əlaqəli olduğunu görəcəyik.
  • 0:28 - 0:30
    Və əlbəttə ki, sonuncusu - əgər bunu bilmirsinizsə -
  • 0:30 - 0:31
    nağd pul hərəkəti hesabatıdır.
  • 0:35 - 0:38
    Və biraz sonra buna diqqət edəcəyik,
  • 0:38 - 0:40
    çünki bu gəlir hesabatına nisbətən
  • 0:40 - 0:42
    biraz daha nüanslıdır.
  • 0:42 - 0:45
    Beləliklə, gəlir hesabatı sözün həqiqi mənasında
  • 0:45 - 0:48
    bir şirkətin müəyyən bir dövrdə nə qədər qazana biləcəyini
  • 0:48 - 0:49
    bildirir və həmişə bir dövrə aiddir.
  • 0:49 - 0:52
    Beləliklə, bu illik gəlir hesabatı ola bilər.
  • 0:52 - 0:54
    2008-ci il üçün ola bilər.
  • 0:54 - 0:55
    Rüblük gəlir hesabatı ola bilər.
  • 0:55 - 0:57
    Bunlar, ümumiyyətlə, gördüyünüz iki növdür,
  • 0:57 - 1:01
    lakin bəzən aylıq və ya altı aylıq gəlir hesabatları var.
  • 1:01 - 1:05
    Və ümumi format olduqca uyğundur,
  • 1:05 - 1:07
    baxmayaraq ki bir biznesin nə etdiyindən asılı olaraq
  • 1:07 - 1:10
    müxtəliflik çox olsa da, amma bu videoda
  • 1:10 - 1:13
    sadəcə widget satan bir şirkət üçün
  • 1:13 - 1:15
    sadə bir gəlir hesabatını izah etmək istəyirəm.
  • 1:15 - 1:18
    Beləliklə, bir widget satarkən ilk proses
  • 1:18 - 1:19
    onu hazırlamaq və satmaqdır.
  • 1:19 - 1:20
    Siz widgeti satırsınız.
  • 1:20 - 1:26
    Siz müştəriyə widgeti verirsiniz və onlar da sizə pul verir.
  • 1:26 - 1:28
    Və onların sizə verdikləri pul - və bu anda
  • 1:28 - 1:30
    mühasibat uçotu ilə əlaqədar çox texniki məlumat əldə etməyəcəyəm -
  • 1:30 - 1:31
    gəlir hesab olunur.
  • 1:34 - 1:39
    Və bu bəzən satış hesab olunur.
  • 1:39 - 1:42
    Və bu sözün əsl mənasında sizə
  • 1:42 - 1:43
    müəyyən bir müddətdə verdikləri puldur.
  • 1:43 - 1:45
    Oradakı mühasiblərdən bəziləri belədir, oh, yaxşı,
  • 1:45 - 1:46
    yox, bu yalnız verdikləri pul deyil.
  • 1:46 - 1:49
    Bu müəyyən bir müddətdə qazandığınız
  • 1:49 - 1:50
    puldur və bu doğrudur.
  • 1:50 - 1:54
    Ancaq bizim üçün, deyək ki,
  • 1:54 - 1:56
    widgeti verəndə verdikləri pulu qazandınız
  • 1:56 - 1:57
    və bu da gəlir satışlarıdır.
  • 1:57 - 2:00
    Daha sonra gəlir və satışları hesablamaq üçün
  • 2:00 - 2:01
    müxtəlif yollardan bəhs edəcəyik.
  • 2:01 - 2:04
    Beləliklə, deyək ki, bu dövrdə verilən
  • 2:04 - 2:05
    bu vəziyyətdə gəlir və ya satış
  • 2:05 - 2:08
    2008-ci il üçün bir gəlir hesabatıdır.
  • 2:08 - 2:13
    Beləliklə, 2008-ci ildə 3 milyon
  • 2:13 - 2:15
    dollar dəyərində widget satdıq.
  • 2:19 - 2:24
    Yəni tutaq ki, bu 3 milyon dollardır.
  • 2:24 - 2:27
    Və çox zaman şirkətlər üçün gəlir hesabatına
  • 2:27 - 2:28
    nəzər yetirirsiniz, əgər Yahoo! istifadə etsəniz.
  • 2:28 - 2:30
    Maliyyə, bunu indi edə bilərsiniz, 3 milyon
  • 2:30 - 2:33
    dollar yazmaq əvəzinə orada 3000 dollar görürsünüz.
  • 2:33 - 2:33
    Sanki, Aman Tanrım!
  • 2:33 - 2:35
    Bu şirkət, demək olar, heçnə satmır.
  • 2:35 - 2:39
    Ancaq minlərlə şey yazmağa meylli olduqları
  • 2:39 - 2:40
    bir standartdır.
  • 2:40 - 2:43
    Yəni 3.000, 3.000 min olacaq, bu da 3 milyon olacaq,
  • 2:43 - 2:44
    hansı ki 3 milyon olacaq.
  • 2:44 - 2:46
    Həqiqətən də, böyük şirkətlər üçün,
  • 2:46 - 2:47
    onlar bəzən rəqəmlərini milyonlarla yazırlar.
  • 2:47 - 2:51
    Yəni siz burada 3000 görürsünüzsə, əslində, o, 3 milyondur.
  • 2:51 - 2:53
    Amma, əslində, çox uzaq olmayan bir gələcəkdə
  • 2:53 - 2:54
    real gəlir hesabatlarına nəzər yetirəcəyik.
  • 2:54 - 2:58
    Beləliklə, bizə verdikləri pul miqdarı budur.
  • 2:58 - 3:02
    Ancaq əldə etdiyimiz gəlir bu deyildi,
  • 3:02 - 3:05
    çünki hesablamalı olduğumuz, bu widgetın hazırlanmasına
  • 3:05 - 3:05
    xeyli xərc tələb olunur.
  • 3:05 - 3:08
    Bu birinin mənə 3 milyon dollar verməsi kimi deyil,
  • 3:08 - 3:09
    sadəcə deyə bilərəm ki, oh, mən 3 milyon dollar qazandım.
  • 3:09 - 3:10
    İcazə verin, sadəcə hamısını banka qoyum.
  • 3:10 - 3:11
    Mən bitirdim.
  • 3:11 - 3:13
    Bütün bunlar gəlir idi.
  • 3:13 - 3:16
    Beləliklə, gəlir hesabatında görməyə
  • 3:16 - 3:19
    meylli olduğunuz ilk şey real widgetlərin dəyəri,
  • 3:19 - 3:22
    bu widgetlərın istehsal xərcləridir.
  • 3:22 - 3:26
    Və bütün xərclərimi magentaya qoyacağam.
  • 3:26 - 3:31
    Beləliklə, bu bəzən satış dəyəri və ya satılan malların
  • 3:31 - 3:32
    dəyəri kimi yazılacaqdır.
  • 3:35 - 3:38
    Və bu sözün əsl mənasında - əslində, iki şey var.
  • 3:38 - 3:41
    Burada dəyişən bir xərc var, hansı ki
  • 3:41 - 3:45
    hər bir widget onu istehsal etmək üçün bir miqdar metal
  • 3:45 - 3:48
    və bir miqdar enerji sərf etmiş ola bilər
  • 3:48 - 3:49
    və boyalı bir widgetdirsə, bir miqdar boya.
  • 3:49 - 3:51
    Beləliklə, malların xərcləri, sözün əsl mənasında
  • 3:51 - 3:55
    alınan metal və boyanın və bu 3 milyon dollar dəyərindəki widgeti
  • 3:55 - 3:59
    hazırlamaq üçün istifadə olunan elektrikin neçəyə başa gəlməsidir.
  • 3:59 - 4:01
    Bu dəyişən xərcdir. Bunun üzərinə
  • 4:01 - 4:04
    sabit xərcləriniz və ya nisbətən sabit xərcləriniz var, burada yalnız
  • 4:04 - 4:07
    fabrikin açılması üçün neçə widget düzəltməyinizdən asılı olmayaraq
  • 4:07 - 4:10
    hər il müəyyən bir pul tələb olunur.
  • 4:10 - 4:12
    Və bu barədə daha da detallı danışacağıq,
  • 4:12 - 4:14
    amma sadəlik üçün widgetların hazırlanmasının bütün xərclərinin
  • 4:14 - 4:18
    1 milyon dollar olduğunu düşünək.
  • 4:18 - 4:21
    Buna görə bəzən kimsə bunun 1 milyon dollarlıq bir xərc
  • 4:21 - 4:24
    olduğunu söyləyə bilər. Modellər hazırlayarkən orada bir
  • 4:24 - 4:28
    mənfi qoymağı sevirəm, bunun bir xərc olduğunu xatırlayıram.
  • 4:28 - 4:30
    Gəliri aşağı salan hər şeyi mənfi olaraq qeyd etdim.
  • 4:30 - 4:32
    Əlavə edilən hər şey bir müsbətdir,
  • 4:32 - 4:33
    amma bu standart bir qayda olmaya bilər.
  • 4:33 - 4:37
    Bəzi insanlar bunun 1 milyon dollarlıq bir müsbət xərc olduğunu söyləyirlər,
  • 4:37 - 4:38
    yəni bu çıxartdığınız deməkdir.
  • 4:38 - 4:41
    Ancaq hər iki halda da anladığınızı düşünürəm.
  • 4:41 - 4:46
    Və sonra xərclərinizi gəlirinizdən çıxsanız
  • 4:46 - 4:48
    və ya bu iki rəqəmi əlavə etsəniz, çünki bu mənfidir,
  • 4:48 - 4:50
    ümumi qazancınız olacaqdır.
  • 4:59 - 5:01
    Və bu halda 2 milyon dollar olardı.
  • 5:05 - 5:10
    Və bu rəqəm sizə deyir ki, nə qədər pul
  • 5:10 - 5:12
    qazandınız və ya yalnız bu widgetların
  • 5:12 - 5:14
    satışından nə qədər mənfəət əldə etdiniz?
  • 5:14 - 5:19
    Beləliklə, nə qədər çox widget satsanız, əksər hallarda,
  • 5:19 - 5:22
    bu rəqəm bir o qədər çox olacaqdır.
  • 5:22 - 5:27
    Beləliklə, bu vergilər və CEO-nun maaşı kimi
  • 5:27 - 5:29
    bir şirkətin çəkməli olduğu bütün
  • 5:29 - 5:31
    xərclərdən öncəki qazancınızdır.
  • 5:31 - 5:33
    CEO-nun maaşı bura daxil deyil, doğrudur mu?
  • 5:33 - 5:39
    Çünki CEO bir çox hallarda oraya fabrikə getmir
  • 5:39 - 5:40
    və əslində widgetin hazırlanmasına kömək edir.
  • 5:40 - 5:44
    Beləliklə, CEO-nun maaşı, ya CFO-nun maaşı
  • 5:44 - 5:46
    və ya gözəl bir göydələndəki qərargah
  • 5:46 - 5:47
    burada nəzərə alınmır.
  • 5:47 - 5:49
    Və ya marketinq xərcləri, elə deyil mi?
  • 5:49 - 5:50
    Sən insanlara deməlisən ki, hey, biz yaxşı widgetlər istehsal edirik
  • 5:50 - 5:52
    Yəni bunların heç biri burada nəzərə alınmır.
  • 5:52 - 5:54
    Beləliklə, növbəti sıraya daxil olur.
  • 5:54 - 5:58
    Və çox vaxt marketinq xərclərinə sahib olduqları yerdə
  • 5:58 - 6:00
    onun parçalandığını görəcəksiniz.
  • 6:03 - 6:07
    Bəzən satış işçilərinə pul ödəməlisiniz,
  • 6:07 - 6:12
    beləliklə satış xərcləriniz, sonra da korporativ ofis
  • 6:12 - 6:16
    və CEO-nun maaşı kimi xərclər ola bilər
  • 6:16 - 6:17
    həmçinin auditorları və mühasibləri işə götürməlisiniz.
  • 6:17 - 6:19
    Bu ümumi olaraq daxil edilə bilər.
  • 6:19 - 6:21
    Əslində bunu magenta ilə etməyim lazımdır
  • 6:21 - 6:22
    çünki hamısı xərcdir.
  • 6:22 - 6:26
    Marketinq, satış və sonra G&A (Ümumi və inzibati xərclər) bəzən görəcəksiniz.
  • 6:26 - 6:27
    Bəzən SG&A (Satış, ümumi və inzibati xərclər) görəcəksiniz.
  • 6:27 - 6:31
    G&A yalnız ümumi və inzibati xərclər üçündür.
  • 6:31 - 6:33
    Bəzən bunun əvəzinə SG & A görəcəksiniz
  • 6:33 - 6:37
    bu satış, ümumi və inzibati
  • 6:37 - 6:39
    xərclər deməkdir.
  • 6:39 - 6:42
    Satış elə bir prosesdir ki, o satıcıların aldığı
  • 6:42 - 6:43
    komissiyalar ola bilər.
  • 6:43 - 6:46
    Bu sadəcə satıcıların ölkələr üzrə səyahət etmələri
  • 6:46 - 6:49
    və insanları steak yeməyə dəvət etmələrinin xərcləri ola bilər
  • 6:49 - 6:51
    Daha sonra isə ümumi və inzibati,
  • 6:51 - 6:53
    bu korporativ ofisin etdiyi bütün proseslərdir
  • 6:53 - 6:55
    və həmçinin bu səviyyədə olan bütün insanların.
  • 6:55 - 6:57
    Beləliklə, bunları çıxarsanız və mən getdikcə
  • 6:57 - 7:00
    bu rəqəmləri əmələ gətirəcəm.
  • 7:00 - 7:05
    Deyək ki, marketinq sahəsində şirkət 500.000 dollar xərcləyir.
  • 7:05 - 7:07
    Mən bunu mənfi olaraq qeyd edirəm,
  • 7:07 - 7:08
    çünki xərc olduğunu xatırlayıram.
  • 7:08 - 7:10
    Görəcəyiniz bəzi modellər bunun
  • 7:10 - 7:12
    500.000 dollar xərc olduğunu bildirəcəklər.
  • 7:12 - 7:16
    Satışlar, deyək ki, burada sadəcə G&A-dır.
  • 7:16 - 7:18
    Satış üçün ayrıca bir xətt etmək istəyirəm.
  • 7:18 - 7:25
    Deyək ki satış, yəni satış xərcləri 200.000 dollardır.
  • 7:25 - 7:27
    Deyək ki, G&A, korporativ ofislər və bunların hamısı
  • 7:27 - 7:34
    əlavə olaraq 300.000 dollardır.
  • 7:34 - 7:37
    İndi bu işin əməliyyatlarından nə qədər
  • 7:37 - 7:40
    pul qazandığını anlamağa hazırıq?
  • 7:40 - 7:41
    Yəni bu əməliyyat mənfəətidir.
  • 7:45 - 7:48
    Diqqət yetirmək həqiqətən vacibdir,
  • 7:48 - 7:49
    çünki çox adam deyir ki, oh, bir şirkət bu qədər əldə etdi.
  • 7:49 - 7:52
    Bu rəqəmləri, ümumi və əməliyyat mənfəəti,
  • 7:52 - 7:56
    xalis mənfəət və vergi öncəsi mənfəəti eşidəcəksiniz və bunların
  • 7:56 - 7:58
    əslində çox fərqli şeylər olduğunu başa düşmək çox çətindir,
  • 7:58 - 8:01
    çünki hamısında "mənfəət" sözü var
  • 8:01 - 8:02
    və ümumi və əməliyyat və bütün bunların hamısı nə deməkdir?
  • 8:02 - 8:04
    Ancaq burada bunun çox fərqli şeyləri ifadə etdiyini görürsən.
  • 8:04 - 8:07
    Əvvəlcə bu rəqəmi hesablayaq, sonra isə
  • 8:07 - 8:09
    əməliyyat və ümumi mənfəət arasındakı bütün fərqlər
  • 8:09 - 8:10
    barədə görüşlərimdən birinə keçək.
  • 8:10 - 8:14
    Ancaq baxaq, 2 milyon çıxılsın 1 milyon.
  • 8:14 - 8:16
    Düşünürəm ki, dolayı yolla beynim
  • 8:16 - 8:17
    rəqəmləri çox gözəl ifadə etdi :D
  • 8:17 - 8:23
    Beləliklə, buradakı əməliyyat mənfəətim 1 milyon dollardır.
  • 8:23 - 8:26
    Beləliklə, bizim artıq mənfəət mövzusunda yeni bir nüansımız var.
  • 8:26 - 8:30
    Sadəcə həqiqi widget satışlarından 2 milyon dollar qazandım,
  • 8:30 - 8:33
    ancaq o zaman şirkətin bütün xərclərini:
  • 8:33 - 8:35
    marketinqi, satışları, ümumi və inzibati xərcləri
  • 8:35 - 8:38
    çıxardığınız zaman, mənim yalnız 1 milyon dollarım qalır.
  • 8:38 - 8:42
    Və bu, şirkətin fəaliyyətindən əldə edilən
  • 8:42 - 8:44
    mənfəətdir, ya da aktivlərdən və ya şirkətdən və ya
  • 8:44 - 8:46
    müəssisədən əldə edə biləcəyiniz
  • 8:46 - 8:48
    Onun yaratdığı budur.
  • 8:48 - 8:50
    Ancaq görə bilərik ki - əvvəllər bir çox balans hesabatı tərtib etmişəm
  • 8:50 - 8:54
    və hesab edirəm ki, balans hesabatı hazırlamaq üçün yaxşı vaxtdır.
  • 8:54 - 8:58
    Yəni bir şirkətin bir növ aktivlərinə sahibsiniz
  • 8:58 - 9:01
    Aktivlər və müəssisə dəyəri haqqında bir az
  • 9:01 - 9:03
    daha çox danışacağıq və orada bir az nüans var,
  • 9:03 - 9:06
    amma mahiyyət etibarilə şirkətin özüdür.
  • 9:06 - 9:08
    Müəssisəyə necə ödənildiyini və necə maliyyələşdirildiyini
  • 9:08 - 9:11
    düşünmədən əvvəl, sadəcə müəssisənin özü, aktivləri
  • 9:11 - 9:13
    barədə düşünün.
  • 9:13 - 9:17
    Aktivlər bunu yaradır.
  • 9:17 - 9:20
    Onlar əməliyyat mənfəəti yaradırlar və bu
  • 9:20 - 9:22
    gələcəkdə aktivlərin qaytarılması haqqında danışarkən
  • 9:22 - 9:24
    bunu anlamaq üçün çox vacibdir.
  • 9:24 - 9:25
    Əslində bu barədə indi danışa bilərik.
  • 9:25 - 9:31
    Deyək ki, aktivlərimiz, əgər bu aktivlər üçün
  • 9:31 - 9:35
    10 milyon dollar ödəmişiksə və bu aktivlər -- bu, 2008-ci il
  • 9:35 - 9:38
    üzrə gəlir bəyannaməsidir - ildə 1 milyon, ya da bu ildə
  • 9:38 - 9:41
    ən azı 1 milyon dollar xərcləyirik, aktivlərin qaytarılması --
  • 9:41 - 9:43
    -- Bunu təqdim etməyi planlaşdırmırdım,
  • 9:43 - 9:47
    amma indi təqdim etməyim zərər vermir --
  • 9:47 - 9:54
    çox vaxt qısaldılmışı ROA olan aktivlərin qaytarılmasının--
  • 9:54 - 9:57
    payı(?) 1 milyon dollardır.
  • 9:57 - 10:01
    Məxrəc 10 milyon dollarlıq aktivlərdir.
  • 10:01 - 10:05
    Beləliklə biz aktivlərin 10%ni geri əldə etdik.
  • 10:05 - 10:06
    10 milyon dollarlıq bir investisiya üçün
  • 10:06 - 10:07
    ildə 1 milyon dollar qazanırıq.
  • 10:07 - 10:12
    Hər il aktivlərimizin investisiyasının 10% -ni geri alırıq.
  • 10:12 - 10:14
    Beləliklə bu ağlınızda saxlamalı olduğunuz yaxşı bir şeydir,
  • 10:14 - 10:18
    bu aktivlərin konsepsiyasıdır və bir şirkətin
  • 10:18 - 10:22
    əməliyyat mənfəəti və həqiqi aktivləri ilə çox sıx bağlıdır.
  • 10:22 - 10:24
    Öyrəndiklərimiz və xüsusən də bəzi digər
  • 10:24 - 10:27
    iqtisadi videolarımı izləmisinizsə, bütün şirkətlərin
  • 10:27 - 10:28
    eyni maliyyələşdirilmədiyini bilirsiniz.
  • 10:28 - 10:30
    Onların bir çoxunun borcu ola bilər.
  • 10:30 - 10:34
    Deyək ki, şirkətin 10 milyon dollarlıq varlığı var idi, amma
  • 10:34 - 10:37
    deyək ki, bunun üçün 5 milyon dollar borc ödədilər.
  • 10:40 - 10:45
    Gəlin bu borcun faiz dərəcəsi - icazə verin
  • 10:45 - 10:51
    yaxşı bir rəqəm düşünüm - 5%-dir.
  • 10:58 - 10:58
    Gəlin bunu asanlaşdıraq.
  • 10:58 - 11:01
    Gəlin bunu 10% edək.
  • 11:01 - 11:02
    Yəni bu əməliyyat mənfəətidir.
  • 11:02 - 11:05
    Bu, aktivlərin özündən çıxan puldur.
  • 11:05 - 11:07
    Ancaq təbii ki, bu evə aparmaq üçün aldığımız pul deyil,
  • 11:07 - 11:09
    çünki bunun faizini ödəməliyik.
  • 11:09 - 11:10
    Beləliklə onu xərc kimi ortaya ataq.
  • 11:13 - 11:14
    Faiz xərcləri.
  • 11:14 - 11:16
    Əlbətdə ki, borcu olmayan bir şirkətin faiz xərcləri olmayacaq,
  • 11:16 - 11:19
    amma bu vəziyyətdə biz bunu edirik.
  • 11:19 - 11:21
    Və bu illik gəlir bəyannaməsidir.
  • 11:21 - 11:25
    Deyək ki, 5 milyon dollar borcumuz varsa və bunun
  • 11:25 - 11:30
    10%-ni ödəyiriksə, 5 milyon dolların 10%-i illik
  • 11:30 - 11:34
    500.000 dollardır. Beləliklə, əməliyyat mənfəətimizin
  • 11:34 - 11:39
    yarısını götürməli və banka qaytarmalıyıq.
  • 11:39 - 11:43
    İndi isə getməli olduğumuz yerə yaxınlaşırıq --
  • 11:43 - 11:47
    vergi öncəsi gəlirimizlə qarşı-qarşıya qalırıq.
  • 11:51 - 11:55
    Və çıxma prosesini həyata keçirsək, 500.000 dollar səviyyəsində oluruq.
  • 11:58 - 12:00
    Və bunun vergi öncəsi yazıldığını nəzərə alaraq
  • 12:00 - 12:01
    növbəti sətirin nə olacağını təxmin edə bilərsiniz.
  • 12:01 - 12:05
    Bu, şirkət sahiblərinin hökümətə pul ödəmədən
  • 12:05 - 12:07
    əvvəl əldə etdikləridir.
  • 12:07 - 12:08
    Beləliklə, növbəti sətirin nə olduğunu təxmin edə bilərsiniz.
  • 12:08 - 12:09
    Bu vergilər olacaq.
  • 12:12 - 12:16
    Deyək ki, bu 30% vergi dərəcəsidir və siz burada
  • 12:16 - 12:19
    bu rəqəmin 30% -ni alacaqsınız.
  • 12:19 - 12:21
    Bu rəqəmin 30% -i oradadır.
  • 12:21 - 12:29
    Yəni 500.000$ -ın 30%-i 150.000$-dır.
  • 12:29 - 12:30
    Və artıq işimiz bitdi.
  • 12:30 - 12:33
    Nəhayət, ödəməli olduğumuz hər kəsə ödəniş etdik.
  • 12:33 - 12:36
    Beləliklə, biz burada 3 milyon dollarla işə başladıq.
  • 12:36 - 12:40
    Bir çox xərcləri ödəməyə davam etdik,
  • 12:40 - 12:41
    indi nə ilə üz-üzə qalırıq?
  • 12:41 - 12:49
    Bu, 350 min dollar xalis gəlirdir.
  • 12:51 - 12:55
    Və bu şirkət sahiblərinə gedir.
  • 12:55 - 12:58
    Bu xalis gəlir buradadır.
  • 12:58 - 13:01
    Beləliklə, balansımıza qayıtsaq, 10 milyon dollarlıq
  • 13:01 - 13:04
    aktivimiz, 5 milyon dollar borcumuz var idi.
  • 13:04 - 13:07
    Qalanın kapital olduğunu bilirik.
  • 13:07 - 13:10
    Ona görə də bunu canlı rənglə edim.
  • 13:10 - 13:11
    Kapital artıq qalandır.
  • 13:11 - 13:14
    Deyək ki, bunun hamısı kitab dəyəridir.
  • 13:14 - 13:16
    Beləliklə 5 milyon dollarlıq kapitalımız var.
  • 13:16 - 13:18
    Və kitab dəyəri dedikdə, bu bizim mühasibatçılarımız
  • 13:18 - 13:22
    pulu bizim ödədiyimizin bildirməklərinin
  • 13:22 - 13:23
    bəzəkli bir yoludur.
  • 13:23 - 13:24
    Kitablarımızda olanlar budur.
  • 13:24 - 13:27
    Və sonra amortizasiya və bu dəyərləri necə dəyişdirə
  • 13:27 - 13:31
    biləcəyimiz barədə danışacağıq, amma çox sadə bir yol odur ki,
  • 13:31 - 13:33
    odur ki, əgər çıxıb 10 milyon dollar dəyərində nəsə
  • 13:33 - 13:35
    alsanız, kitablarınıza yazacaqsınız ki,
  • 13:35 - 13:36
    10 milyon dollarlıq aktivim var.
  • 13:36 - 13:40
    5 milyon dollarlıq bir kredit götürsəydiniz, həqiqətən
  • 13:40 - 13:42
    sahib olduqlarınızı, bunların hamısını satmaq istəsəniz,
  • 13:42 - 13:47
    5 milyon dollar kapital əldə edərdiniz.
  • 13:47 - 13:49
    Və bunun maraqlı bir şey olduğunu düşünürəm.
  • 13:49 - 13:52
    Aktivimizi geri qaytardıqdan sonra əməliyyat mənfəətinə baxdıq,
  • 13:52 - 13:55
    çünki bu banka və ya Sam dayıya və ya buna bənzər nəyəsə
  • 13:55 - 13:58
    ödəniş etmədən əvvəl şirkətimizin yaratdıqlarıdır.
  • 13:58 - 14:01
    Beləliklə, bu rəqəmi pay olaraq götürdük və
  • 14:01 - 14:03
    aktivlərin sayına böldük.
  • 14:03 - 14:06
    İndi başqa bir anlayışı izah edə bilərik və bu kapitalın qaytarılmasıdır.
  • 14:12 - 14:15
    Kapitalın qarşılığı olaraq pay əldə etdiyimiz xalis gəlirdir
  • 14:15 - 14:19
    və bu 350.000 dollardır.
  • 14:19 - 14:23
    Buradakı məxrəc isə öz kapitalımızın balans dəyəri,
  • 14:23 - 14:26
    yəni bu 5 milyon dollardır.
  • 14:26 - 14:27
    Bir, iki, üç.
  • 14:27 - 14:28
    Bir, iki, üç.
  • 14:28 - 14:30
    Gəlin, bəzi sıfırları ləğv edək.
  • 14:30 - 14:33
    Yəni, bu 35/500 kimidir.
  • 14:33 - 14:38
    35/500 7/100 ilə eynidir, beləliklə,
  • 14:38 - 14:42
    7% kapitalın qaytarılmasına bərabərdir.
  • 14:42 - 14:45
    Və bu maraqlıdır, çünki, bu niyə daha aşağıdır -
  • 14:45 - 14:49
    yaxşı, çox dərinliyə getmək istəmirəm,
  • 14:49 - 14:51
    çünki vaxt limitimi keçdiyimi başa düşürəm.
  • 14:51 - 14:54
    Ancaq bu nöqtədə ən azından widget satan
  • 14:54 - 14:58
    bir şirkətin əsas gəlir bəyannaməsini
  • 14:58 - 14:58
    yaxşı başa düşməlisiniz.
  • 14:58 - 15:00
    Və gələcəkdə biz bir çox fərqli şirkətlərə, maliyyə
  • 15:00 - 15:02
    şirkətlərinə, sığorta şirkətlərinə, təbii qaz boru kəməri
  • 15:02 - 15:06
    şirkətlərinə nəzər yetirəcəyik, hansı ki onlar tamamilə
  • 15:06 - 15:08
    fərqli gəlir bəyannamələrinə sahib olacaq, lakin bu sizə
  • 15:08 - 15:10
    işlərin necə həll olunması üçün ümumi şablon verir.
  • 15:10 - 15:14
    Və ən azından sizə gəlirlərin, ümumi mənfəətin, əməliyyat
  • 15:14 - 15:17
    mənfəətinin, vergi öncəsi gəlirin və xalis gəlirin, həqiqətən,
  • 15:17 - 15:19
    necə fərqli olduğunu hiss etdirəcəkdir.
  • 15:19 - 15:20
    Məşhur təzyiqdə bir çox dəfə.
  • 15:20 - 15:23
    Hər hansı bir şirkət bu qədər pul qazandığı üçün
  • 15:23 - 15:24
    onların hamısı qarışıqdır.
  • 15:24 - 15:26
    Hər halda, növbəti videoda görüşəcəyik.
Title:
Gəlir haqqında hesabata giriş
Description:

Gəlir haqqında hesabat, gəlir, ümumi mənfəət, əməliyyat mənfəəti, xalis gəlir, ROA və ROE. Sal Khan tərəfindən yaradılmışdır.

Növbəti dərsi izləyin:
https://www.khanacademy.org/economics-finance-domain/core-finance/stock-and-bonds/valuation-and-investing/v/earnings-and-eps?utm_source=YT&utm_medium=Desc&utm_campaign=financeandcapitalmarkets

Əvvəlki dərsi ötürdünüz? Buradan izləyin:
https://www.khanacademy.org/economics-finance-domain/core-finance/stock-and-bonds/valuation-and-investing/v/price-and-market-capitalization?utm_source=YT&utm_medium=Desc&utm_campaign=financeandcapitalmarkets

Khan Academy-dəki maliyyə və kapital bazarları: Həyat texniki jarqon səsləndirərək bir şeyin yaxşı və ya pis bir fikir olduğuna inandırmağa çalışacaq insanlarla doludur. Onların əksəriyyəti nə haqqında danışdıqlarını bilmir. Səhmlərdən söz düşəndə bu insanlardan və ya onların qurbanlarından biri olmayın. P/E ehtiyatlarından EV/EBITDA-ya qədər, arxanızdayıq!

Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və sinif xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Biz riyaziyyat, elm, kompüter proqramlaşdırma, tarix, sənət tarixi, iqtisadiyyat və daha çoxunu əhatə edirik. Riyaziyyat tapşırıqlarımız güclü tərəfləri və öyrənmə boşluqlarını müəyyənləşdirən ən müasir uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamağa qədər yönləndirir. Biz xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.

Pulsuz. Hər kəs üçün. Həmişəlik. #YouCanLearnAnything

Khan Academy-nin Maliyyə və Kapital Bazarları kanalına abunə olun: https://www.youtube.com/channel/UCQ1Rt02HirUvBK2D2-ZO_2g?sub_confirmation=1
Khan Academy-ə abunə olun:
https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
15:27

Azerbaijani subtitles

Revisions Compare revisions