< Return to Video

Gəlir haqqında hesabata giriş

  • 0:01 - 0:05
    Düşünürəm ki, indi, şirkətləri təhlil
    edərkən insanların çoxunun
  • 0:05 - 0:08
    diqqət yetirdiyi nöqtə yəni, gəlir və xərc
  • 0:08 - 0:10
    hesabatı haqqında öyrənmək vaxtıdır.
  • 0:10 - 0:13
    Gəlir hesabatı bir şirkətə baxdığınız
    zaman
  • 0:13 - 0:16
    diqqət yetirəcəyimiz üç maliyyə
    hesabatından biridir.
  • 0:16 - 0:18
    Digər ikisindən biri isə balans
    hesabatıdır,
  • 0:18 - 0:21
    hansı ki maliyyə böhranı və digər
  • 0:21 - 0:22
    məsələlər haqqında etdiyim izahatlarda
  • 0:22 - 0:24
    ondan bir neçə dəfə istifadə etmişəm.
  • 0:24 - 0:26
    Bu videoda gəlir hesabatının
  • 0:26 - 0:28
    balans hesabatı ilə necə əlaqələndiyinə
    baxacayıq.
  • 0:28 - 0:30
    Əsas üç hesabatın sonuncusu da
  • 0:30 - 0:31
    pul vəsaitləri hesabatıdır.
  • 0:35 - 0:38
    Buna daha sonra diqqət edəcəyik,
  • 0:38 - 0:40
    çünki bu gəlir hesabatına nisbətən
  • 0:40 - 0:42
    biraz daha nüanslıdır.
  • 0:42 - 0:44
    Gəlir hesabatı
  • 0:44 - 0:47
    bir şirkətin müəyyən bir dövrdə nə qədər
    qazana biləcəyini
  • 0:47 - 0:49
    bildirir və həmişə bir dövrə aiddir.
  • 0:49 - 0:52
    Yəni, bu gəlir hesabatı illik ola bilər.
  • 0:52 - 0:54
    Məsələn, 2008-ci il üçün ola bilər.
  • 0:54 - 0:55
    Gəlir hesabatı rüblük də ola bilər.
  • 0:55 - 0:57
    Əsasən, bu iki növ istifadə olunur.
  • 0:57 - 1:01
    Lakin, bəzən aylıq və ya altı aylıq gəlir
    hesabatları da olur.
  • 1:01 - 1:05
    Ümumi format olduqca uyğundur,
  • 1:05 - 1:07
    Baxmayaraq ki bir biznesin nə etdiyindən
    asılı olaraq
  • 1:07 - 1:10
    müxtəliflik çox olsa da, amma bu videoda
  • 1:10 - 1:12
    elektronik cihaz satan bir şirkət üçün
  • 1:12 - 1:15
    sadə bir gəlir hesabatını izah etmək
    istəyirəm.
  • 1:15 - 1:18
    Beləliklə, bir cihaz satarkən ilk proses
  • 1:18 - 1:19
    onu hazırlamaq və satmaqdır.
  • 1:19 - 1:20
    Siz cihazı
  • 1:20 - 1:26
    müştəriyə verirsiniz və onlar da sizə
    pul verir.
  • 1:26 - 1:28
    Onların sizə
  • 1:28 - 1:30
    verdikləri pul
  • 1:30 - 1:31
    gəlir hesab olunur.
  • 1:34 - 1:39
    Buna bəzən satış da deyirlər.
  • 1:39 - 1:41
    Bu, sizə
  • 1:41 - 1:43
    müəyyən bir müddətdə verdikləri puldur.
  • 1:43 - 1:45
    Oradakı mühasiblərdən bəziləri deyir ki,
  • 1:45 - 1:46
    bu, yalnız verdikləri pul deyil.
  • 1:46 - 1:49
    Bu, müəyyən bir müddətdə qazandığınız
  • 1:49 - 1:50
    puldur.
  • 1:50 - 1:54
    Lakin, nümunəmizdə,
  • 1:54 - 1:56
    cihazı satanda verdikləri pulu qazandınız
  • 1:56 - 1:57
    və bu da şatış gəliridir.
  • 1:57 - 2:00
    Daha sonra gəlir və satışları hesablamaq
    üçün
  • 2:00 - 2:01
    müxtəlif yollardan bəhs edəcəyik.
  • 2:01 - 2:04
    Deyək ki, verilmiş
  • 2:04 - 2:05
    gəlir və ya satış
  • 2:05 - 2:08
    2008-ci il üçün bir gəlir hesabatındadır.
  • 2:08 - 2:13
    Beləliklə, 2008-ci ildə 3 milyon
  • 2:13 - 2:15
    dollar dəyərində cihaz satdıq.
  • 2:19 - 2:24
    Yəni deyək ki, bu 3 milyon dollardır.
  • 2:24 - 2:27
    Çox zaman şirkətlər üçün gəlir hesabatına
  • 2:27 - 2:28
    nəzər yetirirsiniz. Əgər Yahoo!-da
  • 2:28 - 2:30
    baxsanız, 3 milyon
  • 2:30 - 2:33
    dollar əvəzinə orada 3000 dollar
    görəcəksiniz.
  • 2:33 - 2:33
    Deyə bilərsiniz ki,
  • 2:33 - 2:35
    bu şirkət, demək olar ki, heçnə satmır.
  • 2:35 - 2:39
    Lakin, rəqəmləri minliklərdə yazmaq
    onlarda
  • 2:39 - 2:40
    bir standartdır.
  • 2:40 - 2:43
    Yəni, 3.000 dedikdə 3.000 min nəzərdə
    tutulur.
  • 2:43 - 2:44
    Bu da 3 milyon edir.
  • 2:44 - 2:46
    Böyük şirkətlərdə
  • 2:46 - 2:47
    bəzən rəqəmlər milyonluqla yazılır.
  • 2:47 - 2:51
    Yəni, burada 3000 görürsünüzsə, əslində
    o, 3 milyardır.
  • 2:51 - 2:52
    Yaxın gələcəkdə biz
  • 2:52 - 2:54
    real gəlir hesabatlarına nəzər
    yetirəcəyik.
  • 2:54 - 2:58
    Beləliklə, bu, bizə verdikləri pul
    miqdarıdır.
  • 2:58 - 3:02
    Lakin, əldə etdiyimiz gəlir bu deyil,
  • 3:02 - 3:04
    çünki cihazın hazırlanmasının
  • 3:04 - 3:05
    xərcini də hesablamalıyıq.
  • 3:05 - 3:07
    Birinin sizə 3 milyon dollar verməsi,
    sizin
  • 3:07 - 3:09
    3 milyon dollar qazanmağınız demək deyil.
  • 3:09 - 3:10
    Bu pulun
  • 3:10 - 3:11
    hamısı
  • 3:11 - 3:13
    gəlir deyil.
  • 3:13 - 3:16
    Gəlir hesabatında ilk baxmalı
  • 3:16 - 3:19
    olduğunuz ilk hissə,
  • 3:19 - 3:22
    bu cihazların istehsal xərcləridir.
  • 3:22 - 3:26
    Xərcləri çəhrayı ilə qeyd edək.
  • 3:26 - 3:31
    Bu, bəzən satış dəyəri və ya satılan
    malların
  • 3:31 - 3:32
    dəyəri kimi yazılacaqdır.
  • 3:35 - 3:38
    Diqqət edilməli olan 2 nöqtə var.
  • 3:38 - 3:41
    Burada dəyişkən bir xərc var, hansı ki
  • 3:41 - 3:45
    hər bir cihaz üçün bir miqdar metal,
  • 3:45 - 3:48
    bir miqdar enerji və boyalı bir
    cihazdırsa,
  • 3:48 - 3:49
    bir miqdar boya sərf edilir.
  • 3:49 - 3:51
    Malların xərcləri, yəni ki,
  • 3:51 - 3:55
    alınan metal və boyanın və bu
    3 milyon dollar dəyərindəki cihazları
  • 3:55 - 3:59
    hazırlamaq üçün istifadə olunan
    elektrikin xərci,
  • 3:59 - 4:01
    dəyişkən xərcdir. Bundan əlavə
  • 4:01 - 4:04
    sabit xərcləriniz və ya nisbətən sabit
    xərcləriniz var. Burada yalnız
  • 4:04 - 4:07
    fabrikin işlək qalması üçün neçə cihaz
    düzəltməyinizdən asılı olmayaraq
  • 4:07 - 4:10
    hər il müəyyən qədər pul tələb olunur.
  • 4:10 - 4:12
    Bu barədə daha da detallı danışacağıq,
  • 4:12 - 4:15
    Amma, sadə olsun deyə, cihazların
    hazırlanmasının bütün xərclərinin
  • 4:15 - 4:18
    1 milyon dollar olduğunu düşünək.
  • 4:18 - 4:21
    Bəzən kimsə buna sadəcə 1 milyon
    dollarlıq bir xərc
  • 4:21 - 4:24
    deyə bilər. Mən bunların xərc olduğunu
    xatırlamaq üçün,
  • 4:24 - 4:28
    rəqəmin qabağına mənfi qoyuram. Gəliri
    azaldan hər faktora
  • 4:28 - 4:30
    mənfi, artıran faktorlara isə
  • 4:30 - 4:32
    müsbət işarəsi qeyd edirəm.
  • 4:32 - 4:33
    Amma, bunu etmək mütləq deyil.
  • 4:33 - 4:36
    Bəzi insanlar buna 1 milyon dollarlıq
    müsbət bir xərc deyirlər,
  • 4:36 - 4:38
    yəni bunu gəlirdən çıxırsınız.
  • 4:38 - 4:41
    İstənilən halda, bunu anladığınızı
    düşünürəm.
  • 4:41 - 4:46
    Xərclərinizi gəlirinizdən çıxsanız
  • 4:46 - 4:48
    və ya bu iki rəqəmi toplasanız,
  • 4:48 - 4:50
    ümumi gəlirinizi əldə edəcəksiniz.
  • 4:59 - 5:01
    Hansı ki, bu nümunədə 2 milyon dollardır.
  • 5:05 - 5:10
    Bu rəqəm,
  • 5:10 - 5:12
    yalnız bu cihazların satışından
  • 5:12 - 5:14
    nə qədər mənfəət əldə etdiyinizi bildirir.
  • 5:14 - 5:19
    Beləliklə, nə qədər çox cihaz satsanız,
    əksər hallarda,
  • 5:19 - 5:22
    bu rəqəm bir o qədər çox olacaqdır.
  • 5:22 - 5:27
    Bu, vergilər və icraçı direktorun maaşı
    kimi
  • 5:27 - 5:29
    bir şirkətin sahib olduğu bütün
  • 5:29 - 5:31
    xərclərdən öncəki qazancınızdır.
  • 5:31 - 5:33
    Əslində, icraçı direktorun maaşı bura
    daxil deyil.
  • 5:33 - 5:39
    Çünki, icraçı direktor əksər hallarda,
    fabrikə getmir
  • 5:39 - 5:40
    və cihazın hazırlanmasına kömək etmir.
  • 5:40 - 5:44
    İcraçı direktorun maaşı, maliyyə
    direktorunun maaşı
  • 5:44 - 5:46
    və ya qərargah,
  • 5:46 - 5:47
    həmçinin marketinq xərcləri də
  • 5:47 - 5:49
    burada nəzərə alınmır.
  • 5:49 - 5:50
    İnsanlara cihazı reklam eləmək
  • 5:50 - 5:52
    burada nəzərə alınmır.
  • 5:52 - 5:54
    Bunlar, növbəti sırada qeyd edilir.
  • 5:54 - 5:58
    Çox vaxt xərclər ayrı-ayrılıqda
  • 5:58 - 6:00
    qeyd olunur.
  • 6:03 - 6:07
    Marketinq və satış xərcləri buna
    nümunədir.
  • 6:07 - 6:12
    Bundan əlavə, korporativ ofis,
  • 6:12 - 6:16
    icraçı direktor, yeni işə alınan
  • 6:16 - 6:17
    audit və mühasiblərin maaşları
  • 6:17 - 6:19
    ümumi olaraq qeyd edilir.
  • 6:19 - 6:21
    Bunları çəhayı ilə edəcəyəm,
  • 6:21 - 6:22
    çünki bunların hamısı xərcdir.
  • 6:22 - 6:25
    Marketinq, satış və bəzən G&A
    görəcəksiniz.
  • 6:25 - 6:27
    Bəzən isə SG&A görəcəksiniz.
  • 6:27 - 6:31
    G&A ümumi və inzibati xərcləri bildirir.
  • 6:31 - 6:33
    Bəzən bunun əvəzinə SG&A görəcəksiniz,
  • 6:33 - 6:37
    bu satış, ümumi və inzibati
  • 6:37 - 6:39
    xərcləri bildirir.
  • 6:39 - 6:42
    Satış xərcləri, satıcıların aldığı
  • 6:42 - 6:43
    komissiyalar ola bilər.
  • 6:43 - 6:46
    Bu sadəcə satıcıların ölkələr üzrə səyahət etmələri
  • 6:46 - 6:49
    və insanları biftek yeməyə dəvət etmələrinin xərcləri ola bilər.
  • 6:49 - 6:51
    Daha sonra isə ümumi və inzibati,
  • 6:51 - 6:53
    bu korporativ ofisin etdiyi bütün proseslərdir
  • 6:53 - 6:55
    və həmçinin bu səviyyədə olan bütün insanların.
  • 6:55 - 6:57
    Beləliklə, bunları çıxarsanız və mən getdikcə
  • 6:57 - 7:00
    bu rəqəmləri əmələ gətirəcəyəm.
  • 7:00 - 7:05
    Deyək ki, marketinq sahəsində şirkət 500.000 dollar xərcləyir.
  • 7:05 - 7:07
    Mən bunu mənfi olaraq qeyd edirəm,
  • 7:07 - 7:08
    çünki xərc olduğunu xatırlayıram.
  • 7:08 - 7:10
    Görəcəyiniz bəzi modellər bunun
  • 7:10 - 7:12
    500.000 dollar xərc olduğunu bildirəcəklər.
  • 7:12 - 7:16
    Satışlar, deyək ki, burada sadəcə G&A-dır.
  • 7:16 - 7:18
    Satış üçün ayrıca bir xətt etmək istəyirəm.
  • 7:18 - 7:25
    Deyək ki satış, yəni satış xərcləri 200.000 dollardır.
  • 7:25 - 7:27
    Deyək ki, G&A, korporativ ofislər və bunların hamısı
  • 7:27 - 7:34
    əlavə olaraq 300.000 dollardır.
  • 7:34 - 7:37
    İndi bu işin əməliyyatlarından nə qədər
  • 7:37 - 7:40
    pul qazandığını anlamağa hazırıq?
  • 7:40 - 7:41
    Yəni bu əməliyyat mənfəətidir.
  • 7:45 - 7:48
    Diqqət yetirmək həqiqətən vacibdir,
  • 7:48 - 7:49
    çünki çox adam deyir ki, oh, bir şirkət bu qədər əldə etdi.
  • 7:49 - 7:52
    Bu rəqəmləri, ümumi və əməliyyat mənfəəti,
  • 7:52 - 7:56
    xalis mənfəət və vergi öncəsi mənfəəti eşidəcəksiniz və bunların,
  • 7:56 - 7:58
    əslində, çox fərqli şeylər olduğunu başa düşmək çox çətindir,
  • 7:58 - 8:01
    çünki hamısında "mənfəət" sözü var
  • 8:01 - 8:02
    və ümumi və əməliyyat və bütün bunların hamısı nə deməkdir?
  • 8:02 - 8:04
    Ancaq burada bunun çox fərqli şeyləri ifadə etdiyini görürsünüz.
  • 8:04 - 8:07
    Əvvəlcə bu rəqəmi hesablayaq, sonra isə
  • 8:07 - 8:09
    əməliyyat və ümumi mənfəət arasındakı bütün fərqlər
  • 8:09 - 8:10
    barədə görüşlərimdən birinə keçək.
  • 8:10 - 8:14
    Ancaq baxaq, 2 milyon çıxılsın 1 milyon.
  • 8:14 - 8:16
    Düşünürəm ki, dolayı yolla beynim
  • 8:16 - 8:17
    rəqəmləri çox gözəl ifadə etdi.
  • 8:17 - 8:23
    Beləliklə, buradakı əməliyyat mənfəətim 1 milyon dollardır.
  • 8:23 - 8:26
    Beləliklə, bizim artıq mənfəət mövzusunda yeni bir nüansımız var.
  • 8:26 - 8:30
    Sadəcə həqiqi widget satışlarından 2 milyon dollar qazandım,
  • 8:30 - 8:33
    ancaq o zaman şirkətin bütün xərclərini:
  • 8:33 - 8:35
    marketinqi, satışları, ümumi və inzibati xərcləri
  • 8:35 - 8:38
    çıxardığınız zaman mənim yalnız 1 milyon dollarım qalır.
  • 8:38 - 8:42
    Və bu şirkətin fəaliyyətindən əldə edilən
  • 8:42 - 8:44
    mənfəətdir, ya da aktivlərdən və ya biznesdən və ya
  • 8:44 - 8:46
    müəssisədən əldə etdiyinizi deyə bilərsiniz.
  • 8:46 - 8:48
    Onun yaratdığı budur.
  • 8:48 - 8:50
    Ancaq görə bilərik ki - əvvəllər bir çox balans hesabatı tərtib etmişəm
  • 8:50 - 8:54
    və hesab edirəm ki, balans hesabatı hazırlamaq üçün yaxşı vaxtdır.
  • 8:54 - 8:58
    Yəni bir şirkətin bir növ aktivlərinə sahibsiniz.
  • 8:58 - 9:01
    Aktivlər və müəssisə dəyəri haqqında biraz
  • 9:01 - 9:03
    çox danışacağıq və orada biraz nüans var,
  • 9:03 - 9:06
    amma mahiyyət etibarilə şirkətin özüdür.
  • 9:06 - 9:08
    Müəssisəyə necə ödənildiyini və necə maliyyələşdirildiyini
  • 9:08 - 9:11
    düşünmədən əvvəl, sadəcə müəssisənin özü, aktivləri
  • 9:11 - 9:13
    barədə düşünün.
  • 9:13 - 9:17
    Aktivlər bunu yaradır.
  • 9:17 - 9:20
    Onlar əməliyyat mənfəəti yaradırlar və bu
  • 9:20 - 9:22
    gələcəkdə aktivlərin qaytarılması haqqında danışarkən
  • 9:22 - 9:24
    bunu anlamaq üçün çox vacibdir.
  • 9:24 - 9:25
    Əslində, bu barədə indi danışa bilərik.
  • 9:25 - 9:31
    Deyək ki, aktivlərimiz, əgər bu aktivlər üçün
  • 9:31 - 9:35
    10 milyon dollar ödəmişiksə və bu aktivlər -- bu 2008-ci il
  • 9:35 - 9:38
    üzrə gəlir hesabatıdır - ildə 1 milyon, ya da bu ildə
  • 9:38 - 9:41
    ən azı 1 milyon dollar xərcləyirik, aktivlərin qaytarılması -
  • 9:41 - 9:43
    - Bunu təqdim etməyi planlaşdırmırdım,
  • 9:43 - 9:47
    amma indi təqdim etməyim zərər vermir -
  • 9:47 - 9:54
    çox vaxt qısaldılmışı ROA olan aktivlərin qaytarılmasının -
  • 9:54 - 9:57
    payı 1 milyon dollardır.
  • 9:57 - 10:01
    Məxrəc 10 milyon dollarlıq aktivlərdir.
  • 10:01 - 10:05
    Beləliklə, biz aktivlərin 10%-ni geri əldə etdik.
  • 10:05 - 10:06
    10 milyon dollarlıq bir investisiya üçün
  • 10:06 - 10:07
    ildə 1 milyon dollar qazanırıq.
  • 10:07 - 10:12
    Hər il aktivlərimizin investisiyasının 10%-ni geri alırıq.
  • 10:12 - 10:14
    Beləliklə, bu ağlınızda saxlamalı olduğunuz yaxşı bir şeydir,
  • 10:14 - 10:18
    bu aktivlərin konsepsiyasıdır və bir şirkətin
  • 10:18 - 10:22
    əməliyyat mənfəəti və həqiqi aktivləri ilə çox sıx bağlıdır.
  • 10:22 - 10:24
    Öyrəndiklərimiz və xüsusən də, bəzi digər
  • 10:24 - 10:27
    iqtisadi videolarımı izləmisinizsə, bütün şirkətlərin
  • 10:27 - 10:28
    eyni maliyyələşdirilmədiyini bilirsiniz.
  • 10:28 - 10:30
    Onların bir çoxunun borcu ola bilər.
  • 10:30 - 10:34
    Deyək ki, şirkətin 10 milyon dollarlıq varlığı var idi, amma
  • 10:34 - 10:37
    deyək ki, bunun üçün 5 milyon dollar borc ödədilər.
  • 10:40 - 10:45
    Gəlin bu borcun faiz dərəcəsi - icazə verin,
  • 10:45 - 10:51
    yaxşı bir rəqəm düşünüm - 5%-dir.
  • 10:58 - 10:58
    Gəlin, bunu asanlaşdıraq.
  • 10:58 - 11:01
    Gəlin, bunu 10% edək.
  • 11:01 - 11:02
    Yəni bu əməliyyat mənfəətidir.
  • 11:02 - 11:05
    Bu aktivlərin özündən çıxan puldur.
  • 11:05 - 11:07
    Ancaq təbii ki, bu evə aparmaq üçün aldığımız pul deyil,
  • 11:07 - 11:09
    çünki bunun faizini ödəməliyik.
  • 11:09 - 11:10
    Beləliklə, onu xərc kimi ortaya ataq.
  • 11:13 - 11:14
    Faiz xərcləri.
  • 11:14 - 11:16
    Əlbəttə ki, borcu olmayan bir şirkətin faiz xərcləri olmayacaq,
  • 11:16 - 11:19
    amma bu vəziyyətdə biz bunu edirik.
  • 11:19 - 11:21
    Və bu illik gəlir hesabatıdır.
  • 11:21 - 11:25
    Deyək ki, 5 milyon dollar borcumuz varsa və bunun
  • 11:25 - 11:30
    10%-ni ödəyiriksə, 5 milyon dolların 10%-i illik
  • 11:30 - 11:34
    500.000 dollardır. Beləliklə, əməliyyat mənfəətimizin
  • 11:34 - 11:39
    yarısını götürməli və banka qaytarmalıyıq.
  • 11:39 - 11:43
    İndi isə getməli olduğumuz yerə yaxınlaşırıq -
  • 11:43 - 11:47
    vergi öncəsi gəlirimizlə qarşı-qarşıya qalırıq.
  • 11:51 - 11:55
    Və çıxma prosesini həyata keçirsək, 500.000 dollar səviyyəsində oluruq.
  • 11:58 - 12:00
    Və bunun vergi öncəsi yazıldığını nəzərə alaraq
  • 12:00 - 12:01
    növbəti sətirin nə olacağını təxmin edə bilərsiniz.
  • 12:01 - 12:05
    Bu şirkət sahiblərinin hökümətə pul ödəmədən
  • 12:05 - 12:07
    əvvəl əldə etdikləridir.
  • 12:07 - 12:08
    Beləliklə, növbəti sətirin nə olduğunu təxmin edə bilərsiniz.
  • 12:08 - 12:09
    Bu vergilər olacaq.
  • 12:12 - 12:16
    Deyək ki, bu 30% vergi dərəcəsidir və siz burada
  • 12:16 - 12:19
    bu rəqəmin 30%-ni alacaqsınız.
  • 12:19 - 12:21
    Bu rəqəmin 30%-i oradadır.
  • 12:21 - 12:29
    Yəni 500.000 dolların 30%-i 150.000 dollardır.
  • 12:29 - 12:30
    Və artıq işimiz bitdi.
  • 12:30 - 12:33
    Nəhayət, ödəməli olduğumuz hər kəsə ödəniş etdik.
  • 12:33 - 12:36
    Beləliklə, biz burada 3 milyon dollarla işə başladıq.
  • 12:36 - 12:40
    Bir çox xərcləri ödəməyə davam etdik,
  • 12:40 - 12:41
    indi nə ilə üz-üzə qalırıq?
  • 12:41 - 12:49
    Bu 350.000 dollar xalis gəlirdir.
  • 12:51 - 12:55
    Və bu şirkət sahiblərinə gedir.
  • 12:55 - 12:58
    Bu xalis gəlir buradadır.
  • 12:58 - 13:01
    Beləliklə, balansımıza qayıtsaq, 10 milyon dollarlıq
  • 13:01 - 13:04
    aktivimiz, 5 milyon dollar borcumuz var idi.
  • 13:04 - 13:07
    Qalanın kapital olduğunu bilirik.
  • 13:07 - 13:10
    Ona görə də bunu canlı rənglə edim.
  • 13:10 - 13:11
    Kapital artıq qalandır.
  • 13:11 - 13:14
    Deyək ki, bunun hamısı kitab dəyəridir.
  • 13:14 - 13:16
    Beləliklə, 5 milyon dollarlıq kapitalımız var.
  • 13:16 - 13:18
    Və kitab dəyəri bizim mühasiblərimizin
  • 13:18 - 13:22
    pulu bizim ödədiyimizi bildirməklərinin
  • 13:22 - 13:23
    bəzəkli bir yoludur.
  • 13:23 - 13:24
    Kitablarımızda olanlar budur.
  • 13:24 - 13:27
    Və sonra amortizasiya və bu dəyərləri necə dəyişdirə
  • 13:27 - 13:31
    biləcəyimiz barədə danışacağıq, amma çox sadə bir yol odur ki,
  • 13:31 - 13:33
    odur ki, əgər çıxıb 10 milyon dollar dəyərində nəsə
  • 13:33 - 13:35
    alsanız, kitablarınıza yazacaqsınız ki,
  • 13:35 - 13:36
    10 milyon dollarlıq aktivim var.
  • 13:36 - 13:40
    5 milyon dollarlıq bir kredit götürsəydiniz, həqiqətən,
  • 13:40 - 13:42
    sahib olduqlarınızı, bunların hamısını satmaq istəsəniz,
  • 13:42 - 13:47
    5 milyon dollar kapital əldə edərdiniz.
  • 13:47 - 13:49
    Və bunun maraqlı bir şey olduğunu düşünürəm.
  • 13:49 - 13:52
    Aktivimizi geri qaytardıqdan sonra əməliyyat mənfəətinə baxdıq,
  • 13:52 - 13:55
    çünki bu banka və ya Sam dayıya və ya buna bənzər nəyəsə
  • 13:55 - 13:58
    ödəniş etmədən əvvəl şirkətimizin yaratdıqlarıdır.
  • 13:58 - 14:01
    Beləliklə, bu rəqəmi pay olaraq götürdük və
  • 14:01 - 14:03
    aktivlərin sayına böldük.
  • 14:03 - 14:06
    İndi başqa bir anlayışı izah edə bilərik və bu kapitalın qaytarılmasıdır.
  • 14:12 - 14:15
    Kapitalın qarşılığı olaraq pay əldə etdiyimiz xalis gəlirdir
  • 14:15 - 14:19
    və bu 350.000 dollardır.
  • 14:19 - 14:23
    Buradakı məxrəc isə öz kapitalımızın balans dəyəri,
  • 14:23 - 14:26
    yəni bu 5 milyon dollardır.
  • 14:26 - 14:27
    Bir, iki, üç.
  • 14:27 - 14:28
    Bir, iki, üç.
  • 14:28 - 14:30
    Gəlin, bəzi sıfırları ləğv edək.
  • 14:30 - 14:33
    Yəni, bu 35/500 kimidir.
  • 14:33 - 14:38
    35/500 7/100 ilə eynidir, beləliklə,
  • 14:38 - 14:42
    7% kapitalın qaytarılmasına bərabərdir.
  • 14:42 - 14:45
    Və bu maraqlıdır, çünki, bu niyə daha aşağıdır -
  • 14:45 - 14:49
    yaxşı, çox dərinliyə getmək istəmirəm,
  • 14:49 - 14:51
    çünki vaxt limitimi keçdiyimi başa düşürəm.
  • 14:51 - 14:54
    Ancaq bu nöqtədə ən azından widget satan
  • 14:54 - 14:58
    bir şirkətin əsas gəlir bəyannaməsini
  • 14:58 - 14:58
    yaxşı başa düşməlisiniz.
  • 14:58 - 15:00
    Və gələcəkdə biz bir çox fərqli şirkətlərə, maliyyə
  • 15:00 - 15:02
    şirkətlərinə, sığorta şirkətlərinə, təbii qaz boru kəməri
  • 15:02 - 15:06
    şirkətlərinə nəzər yetirəcəyik, hansı ki onlar tamamilə
  • 15:06 - 15:08
    fərqli gəlir bəyannamələrinə sahib olacaq, lakin bu sizə
  • 15:08 - 15:10
    işlərin necə həll olunması üçün ümumi şablon verir.
  • 15:10 - 15:14
    Və ən azından sizə gəlirlərin, ümumi mənfəətin, əməliyyat
  • 15:14 - 15:17
    mənfəətinin, vergi öncəsi gəlirin və xalis gəlirin, həqiqətən,
  • 15:17 - 15:19
    necə fərqli olduğunu hiss etdirəcəkdir.
  • 15:19 - 15:20
    Məşhur təzyiqdə bir çox dəfə.
  • 15:20 - 15:23
    Hər hansı bir şirkət bu qədər pul qazandığı üçün
  • 15:23 - 15:24
    onların hamısı qarışıqdır.
  • 15:24 - 15:26
    Hər halda, növbəti videoda görüşəcəyik.
Title:
Gəlir haqqında hesabata giriş
Description:

Gəlir haqqında hesabat, gəlir, ümumi mənfəət, əməliyyat mənfəəti, xalis gəlir, ROA və ROE. Sal Khan tərəfindən yaradılmışdır.

Növbəti dərsi izləyin:
https://www.khanacademy.org/economics-finance-domain/core-finance/stock-and-bonds/valuation-and-investing/v/earnings-and-eps?utm_source=YT&utm_medium=Desc&utm_campaign=financeandcapitalmarkets

Əvvəlki dərsi ötürdünüz? Buradan izləyin:
https://www.khanacademy.org/economics-finance-domain/core-finance/stock-and-bonds/valuation-and-investing/v/price-and-market-capitalization?utm_source=YT&utm_medium=Desc&utm_campaign=financeandcapitalmarkets

Khan Academy-dəki maliyyə və kapital bazarları: Həyat texniki jarqon səsləndirərək bir şeyin yaxşı və ya pis bir fikir olduğuna inandırmağa çalışacaq insanlarla doludur. Onların əksəriyyəti nə haqqında danışdıqlarını bilmir. Səhmlərdən söz düşəndə bu insanlardan və ya onların qurbanlarından biri olmayın. P/E ehtiyatlarından EV/EBITDA-ya qədər, arxanızdayıq!

Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və sinif xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Biz riyaziyyat, elm, kompüter proqramlaşdırma, tarix, sənət tarixi, iqtisadiyyat və daha çoxunu əhatə edirik. Riyaziyyat tapşırıqlarımız güclü tərəfləri və öyrənmə boşluqlarını müəyyənləşdirən ən müasir uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamağa qədər yönləndirir. Biz xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.

Pulsuz. Hər kəs üçün. Həmişəlik. #YouCanLearnAnything

Khan Academy-nin Maliyyə və Kapital Bazarları kanalına abunə olun: https://www.youtube.com/channel/UCQ1Rt02HirUvBK2D2-ZO_2g?sub_confirmation=1
Khan Academy-ə abunə olun:
https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
15:27

Azerbaijani subtitles

Revisions Compare revisions