Gəlir haqqında hesabata giriş
-
0:01 - 0:05Düşünürəm ki, indi şirkətləri təhlil
edərkən insanların çoxunun -
0:05 - 0:08diqqət yetirdiyi məqam, yəni gəlir və xərc
-
0:08 - 0:10hesabatı haqqında öyrənmək vaxtıdır.
-
0:10 - 0:13Gəlir hesabatı bir şirkətə baxdığınız
zaman -
0:13 - 0:16diqqət yetirəcəyimiz üç maliyyə
hesabatından biridir. -
0:16 - 0:18Digər ikisindən biri isə balans
hesabatıdır, -
0:18 - 0:21hansı ki maliyyə böhranı və digər
-
0:21 - 0:22məsələlər haqqında etdiyim izahatlarda
-
0:22 - 0:24ondan bir neçə dəfə istifadə etmişəm.
-
0:24 - 0:26Bu videoda gəlir hesabatının
-
0:26 - 0:28balans hesabatı ilə necə əlaqələndiyinə
baxacağıq. -
0:28 - 0:30Əsas üç hesabatın sonuncusu da
-
0:30 - 0:31pul vəsaitləri hesabatıdır.
-
0:35 - 0:38Buna daha sonra diqqət edəcəyik,
-
0:38 - 0:40çünki bu, gəlir hesabatına nisbətən
-
0:40 - 0:42biraz daha nüanslıdır.
-
0:42 - 0:44Gəlir hesabatı
-
0:44 - 0:47bir şirkətin müəyyən bir dövrdə nə qədər
qazana biləcəyini -
0:47 - 0:49bildirir və həmişə bir dövrə aiddir.
-
0:49 - 0:52Yəni bu gəlir hesabatı illik ola bilər.
-
0:52 - 0:54Məsələn, 2008-ci il üçün ola bilər.
-
0:54 - 0:55Gəlir hesabatı rüblük də ola bilər.
-
0:55 - 0:57Əsasən, bu, iki növ istifadə olunur.
-
0:57 - 1:01Lakin bəzən aylıq və ya altı aylıq gəlir
hesabatları da olur. -
1:01 - 1:05Ümumi format olduqca uyğundur,
-
1:05 - 1:07baxmayaraq ki bir biznesin nə etdiyindən
asılı olaraq -
1:07 - 1:10müxtəliflik çox olsa da, bu videoda
-
1:10 - 1:12elektronik cihaz satan bir şirkət üçün
-
1:12 - 1:15sadə bir gəlir hesabatını izah etmək
istəyirəm. -
1:15 - 1:18Beləliklə, bir cihaz satarkən ilk proses
-
1:18 - 1:19onu hazırlamaq və satmaqdır.
-
1:19 - 1:20Siz cihazı
-
1:20 - 1:26müştəriyə verirsiniz və onlar da sizə
pul verir. -
1:26 - 1:28Onların sizə
-
1:28 - 1:30verdikləri pul
-
1:30 - 1:31gəlir hesab olunur.
-
1:34 - 1:39Buna bəzən satış da deyirlər.
-
1:39 - 1:41Bu, sizə
-
1:41 - 1:43müəyyən bir müddətdə verdikləri puldur.
-
1:43 - 1:45Oradakı mühasiblərdən bəziləri deyir ki,
-
1:45 - 1:46bu, yalnız verdikləri pul deyil.
-
1:46 - 1:49Bu, müəyyən bir müddətdə qazandığınız
-
1:49 - 1:50puldur.
-
1:50 - 1:54Lakin nümunəmizdə,
-
1:54 - 1:56cihazı satanda verdikləri pulu qazandınız
-
1:56 - 1:57və bu da şatış gəliridir.
-
1:57 - 2:00Daha sonra gəlir və satışları hesablamaq
üçün -
2:00 - 2:01müxtəlif yollardan bəhs edəcəyik.
-
2:01 - 2:04Deyək ki, verilmiş
-
2:04 - 2:05gəlir və ya satış
-
2:05 - 2:082008-ci il üçün bir gəlir hesabatındadır.
-
2:08 - 2:13Beləliklə, 2008-ci ildə 3 milyon
-
2:13 - 2:15dollar dəyərində cihaz satdıq.
-
2:19 - 2:24Yəni deyək ki, bu, 3 milyon dollardır.
-
2:24 - 2:27Çox zaman şirkətlər üçün gəlir hesabatına
-
2:27 - 2:28nəzər yetirirsiniz. Əgər Yahoo!-da
-
2:28 - 2:30baxsanız, 3 milyon
-
2:30 - 2:33dollar əvəzinə orada 3000 dollar
görəcəksiniz. -
2:33 - 2:33Deyə bilərsiniz ki,
-
2:33 - 2:35bu şirkət, demək olar ki, heç nə satmır.
-
2:35 - 2:39Lakin rəqəmləri minliklərdə yazmaq
onlarda -
2:39 - 2:40bir standartdır.
-
2:40 - 2:43Yəni 3000 dedikdə 3000 minlik nəzərdə
tutulur. -
2:43 - 2:44Bu da 3 milyon edir.
-
2:44 - 2:46Böyük şirkətlərdə
-
2:46 - 2:47bəzən rəqəmlər milyonluqla yazılır.
-
2:47 - 2:51Yəni burada 3000 görürsünüzsə, əslində,
o, 3 milyarddır. -
2:51 - 2:52Yaxın gələcəkdə biz
-
2:52 - 2:54real gəlir hesabatlarına nəzər
yetirəcəyik. -
2:54 - 2:58Beləliklə, bu, bizə verdikləri pul
miqdarıdır. -
2:58 - 3:02Lakin, əldə etdiyimiz gəlir bu deyil,
-
3:02 - 3:04çünki cihazın hazırlanmasının
-
3:04 - 3:05xərcini də hesablamalıyıq.
-
3:05 - 3:07Birinin sizə 3 milyon dollar verməsi,
sizin -
3:07 - 3:093 milyon dollar qazanmağınız demək deyil.
-
3:09 - 3:10Bu pulun
-
3:10 - 3:11hamısı
-
3:11 - 3:13gəlir deyil.
-
3:13 - 3:16Gəlir hesabatında ilk baxmalı
-
3:16 - 3:19olduğunuz hissə,
-
3:19 - 3:22bu cihazların istehsal xərcləridir.
-
3:22 - 3:26Xərcləri çəhrayı ilə qeyd edək.
-
3:26 - 3:31Bu, bəzən satış dəyəri və ya satılan
malların -
3:31 - 3:32dəyəri kimi yazılacaqdır.
-
3:35 - 3:38Diqqət edilməli olan 2 nöqtə var.
-
3:38 - 3:41Burada dəyişkən bir xərc var, hansı ki
-
3:41 - 3:45hər bir cihaz üçün bir miqdar metal,
-
3:45 - 3:48bir miqdar enerji və boyalı bir
cihazdırsa, -
3:48 - 3:49bir miqdar boya sərf edilir.
-
3:49 - 3:51Malların xərcləri, yəni ki,
-
3:51 - 3:55alınan metal və boyanın və bu
3 milyon dollar dəyərindəki cihazları -
3:55 - 3:59hazırlamaq üçün istifadə olunan
elektrikin xərci, -
3:59 - 4:01dəyişkən xərcdir. Bundan əlavə
-
4:01 - 4:04sabit xərcləriniz və ya nisbətən sabit
xərcləriniz var. Burada yalnız -
4:04 - 4:07fabrikin işlək qalması üçün neçə cihaz
düzəltməyinizdən asılı olmayaraq -
4:07 - 4:10hər il müəyyən qədər pul tələb olunur.
-
4:10 - 4:12Bu barədə daha da ətraflı danışacağıq,
-
4:12 - 4:15Amma sadə olsun deyə, cihazların
hazırlanmasının bütün xərclərinin -
4:15 - 4:181 milyon dollar olduğunu düşünək.
-
4:18 - 4:21Bəzən kimsə buna sadəcə 1 milyon
dollarlıq bir xərc -
4:21 - 4:24deyə bilər. Mən bunların xərc olduğunu
xatırlamaq üçün, -
4:24 - 4:28rəqəmin qabağına mənfi qoyuram. Gəliri
azaldan hər faktora -
4:28 - 4:30mənfi, artıran faktorlara isə
-
4:30 - 4:32müsbət işarəsi qeyd edirəm.
-
4:32 - 4:33Amma bunu etmək mütləq deyil.
-
4:33 - 4:36Bəzi insanlar buna 1 milyon dollarlıq
müsbət bir xərc deyirlər, -
4:36 - 4:38yəni bunu gəlirdən çıxırsınız.
-
4:38 - 4:41İstənilən halda, bunu anladığınızı
düşünürəm. -
4:41 - 4:46Xərclərinizi gəlirinizdən çıxsanız
-
4:46 - 4:48və ya bu iki rəqəmi toplasanız,
-
4:48 - 4:50ümumi gəlirinizi əldə edəcəksiniz.
-
4:59 - 5:01Hansı ki, bu nümunədə 2 milyon dollardır.
-
5:05 - 5:10Bu rəqəm,
-
5:10 - 5:12yalnız bu cihazların satışından
-
5:12 - 5:14nə qədər mənfəət əldə etdiyinizi bildirir.
-
5:14 - 5:19Beləliklə, nə qədər çox cihaz satsanız,
əksər hallarda, -
5:19 - 5:22bu rəqəm bir o qədər çox olacaqdır.
-
5:22 - 5:27Bu, vergilər və icraçı direktorun maaşı
kimi -
5:27 - 5:29bir şirkətin sahib olduğu bütün
-
5:29 - 5:31xərclərdən öncəki qazancınızdır.
-
5:31 - 5:33Əslində, icraçı direktorun maaşı bura
daxil deyil. -
5:33 - 5:39Çünki icraçı direktor əksər hallarda,
fabrikə getmir -
5:39 - 5:40və cihazın hazırlanmasına kömək etmir.
-
5:40 - 5:44İcraçı direktorun maaşı, maliyyə
direktorunun maaşı -
5:44 - 5:46və ya qərargah,
-
5:46 - 5:47həmçinin marketinq xərcləri də
-
5:47 - 5:49burada nəzərə alınmır.
-
5:49 - 5:50İnsanlara cihazı reklam eləmək
-
5:50 - 5:52burada nəzərə alınmır.
-
5:52 - 5:54Bunlar növbəti sırada qeyd edilir.
-
5:54 - 5:58Çox vaxt xərclər ayrı-ayrılıqda
-
5:58 - 6:00qeyd olunur.
-
6:03 - 6:07Marketinq və satış xərcləri buna
nümunədir. -
6:07 - 6:12Bundan əlavə, korporativ ofis,
-
6:12 - 6:16icraçı direktor, yeni işə alınan
-
6:16 - 6:17audit və mühasiblərin maaşları
-
6:17 - 6:19ümumi olaraq qeyd edilir.
-
6:19 - 6:21Bunları çəhrayı ilə edəcəyəm,
-
6:21 - 6:22çünki bunların hamısı xərcdir.
-
6:22 - 6:25Marketinq, satış və bəzən G&A
görəcəksiniz. -
6:25 - 6:27Bəzən isə SG&A görəcəksiniz.
-
6:27 - 6:31G&A ümumi və inzibati xərcləri bildirir.
-
6:31 - 6:33Bəzən bunun əvəzinə SG&A görəcəksiniz,
-
6:33 - 6:37bu satış, ümumi və inzibati
-
6:37 - 6:39xərcləri bildirir.
-
6:39 - 6:42Satış xərcləri, satıcıların aldığı
-
6:42 - 6:43komissiyalar,
-
6:43 - 6:46ölkələr üzrə səyahətləri
-
6:46 - 6:49və yemək xərcləri ola bilər.
-
6:49 - 6:51Ümumi və inzibati xərclərə isə
-
6:51 - 6:53korporativ ofisin və həmçinin
-
6:53 - 6:55bu səviyyədə olan bütün insanların
xərcləri aiddir. -
6:55 - 6:57Bu hissələrə özümdən
-
6:57 - 7:00rəqəmlər yazacağam.
-
7:00 - 7:05Deyək ki, marketinq sahəsində şirkət
500 000 dollar xərcləyir. -
7:05 - 7:07Mən bunu mənfi olaraq qeyd edirəm ki,
-
7:07 - 7:08xərc olduğunu xatırlayım.
-
7:08 - 7:10Görəcəyiniz bəzi modellərdə - burada
-
7:10 - 7:12sadəcə 500 000 dollar xərc yazılacaq.
-
7:12 - 7:16Burada ümumi və inzibati xərclərdir.
-
7:16 - 7:18Lakin satış xərclərini ayrıca qeyd etmək
istəyirəm. -
7:18 - 7:24Deyək ki, satış xərcləri 200 000
dollardır. -
7:24 - 7:27Ümumi və inzibati xərclər, korporativ
ofislər və digərləri -
7:27 - 7:34isə 300 000 dollardır.
-
7:34 - 7:37İndi isə bu işin əməliyyatlarından
nə qədər -
7:37 - 7:40pul qazandığını tapmağa hazırıq.
-
7:40 - 7:41Bu, əməliyyat gəlirləridir.
-
7:45 - 7:47Bu hissəyə diqqət yetirmək vacibdir,
-
7:47 - 7:50çünki çox adam deyir ki, bir şirkət
bu qədər əldə etdi. -
7:50 - 7:52Ümumi, əməliyyat,
-
7:52 - 7:55xalis və vergi öncəsi gəlirlər
barədə eşidəcəksiniz. -
7:55 - 7:58Bunların bir-birindən çox fərqli olduğunu
başa düşmək çox çətindir, -
7:58 - 8:00çünki hamısında "mənfəət" sözü var.
-
8:00 - 8:02Bütün bunların mənası nədir?
-
8:02 - 8:05Burada bunun çox fərqli mənaları ifadə
etdiyini görürsünüz. -
8:05 - 8:07İlk növbədə bunu hesablayaq, sonra isə
-
8:07 - 8:09əməliyyat və ümumi mənfəət arasındakı
bütün fərqlər -
8:09 - 8:10barədə danışarıq.
-
8:10 - 8:13Gəlin baxaq, 2 milyondan 1 milyon
çıxmalıyıq. -
8:13 - 8:15Düşünürəm ki, dolayı yolla beynim
-
8:15 - 8:17rəqəmləri çox gözəl uyğunlaşdırdı.
-
8:17 - 8:23Beləliklə, buradakı əməliyyat gəlirim
1 milyon dollar olur. -
8:23 - 8:26Artıq mənfəət mövzusunda yeni bir
nüansımız var. -
8:26 - 8:30Sadəcə cihaz satışlarından 2 milyon
dollar qazandım, -
8:30 - 8:33ancaq o zaman şirkətin bütün xərclərini,
yəni -
8:33 - 8:35marketinq, satış, ümumi və inzibati
xərcləri -
8:35 - 8:38çıxardığınız zaman, mənim yalnız
1 milyon dollarım qalır. -
8:38 - 8:42Bu, şirkətin fəaliyyətindən,
-
8:42 - 8:44aktivlərindən, biznesindən və ya
-
8:44 - 8:46müəssisəsindən əldə etdiyiniz mənfəətdir.
-
8:46 - 8:48Onun əmələ gətirdiyi budur.
-
8:48 - 8:50Əvvəl, bir çox balans hesabatı tərtib
etmişəm -
8:50 - 8:54və düşünürəm ki, başqa bir balans
hesabatı hazırlamaq üçün yaxşı vaxtdır. -
8:54 - 8:58Bir şirkətin bir sıra aktivləri var.
-
8:58 - 9:01Aktivlər və müəssisə dəyəri haqqında daha
-
9:01 - 9:03çox danışacağıq. Orada bir nüans var.
-
9:03 - 9:06Lakin əsasən şirkətin özünə
fokuslanacağıq. -
9:06 - 9:08Müəssisəyə necə ödənildiyini və necə
maliyyələşdirildiyini -
9:08 - 9:11düşünməzdən əvvəl, sadəcə
müəssisənin özü, aktivləri -
9:11 - 9:13barədə düşünün.
-
9:13 - 9:17Aktivlər
-
9:17 - 9:19əməliyyat mənfəətini yaradırlar. Bu,
-
9:19 - 9:22gələcəkdə aktivlərin qaytarılması
haqqında danışarkən, -
9:22 - 9:24bunu anlamaq üçün çox vacibdir.
-
9:24 - 9:26Əslində, bu barədə indi danışa bilərik.
-
9:26 - 9:31Deyək ki, əgər bu aktivlər üçün
-
9:31 - 9:3510 milyon dollar ödəmişiksə və bu aktivlər
-
9:35 - 9:38ildə 1 milyon və ya bu ildə
-
9:38 - 9:41ən azı 1 milyon dollar gətirirsə --
-
9:41 - 9:43çox vaxt qısaca
-
9:43 - 9:47ROA deyilən
-
9:47 - 9:54aktivlərin gəlirliliyini
-
9:54 - 9:571 milyon dolları
-
9:57 - 10:0110 milyon dollara nisbəti olaraq tapa
bilərik. -
10:01 - 10:04Bu halda, aktivlərin gəlirliliyi 10
faizdir. -
10:04 - 10:0610 milyon dollarlıq bir investisiya üçün
-
10:06 - 10:08ildə 1 milyon dollar qazanırıq.
-
10:08 - 10:12Hər il aktivlərimizin investisiyasının
10 faizini geri alırıq. -
10:12 - 10:14Aktivlərin gəlirliliyi ağlınızda saxlamalı
-
10:14 - 10:18olduğunuz yaxşı anlayışdır. Bu anlayış,
bir şirkətin -
10:18 - 10:21əməliyyat mənfəəti və həqiqi aktivləri
ilə çox sıx bağlıdır. -
10:21 - 10:23Öyrəndiklərimizdən və xüsusən də,
bəzi digər -
10:23 - 10:26iqtisadiyyat videolarımı izləmisinizsə,
bütün şirkətlərin -
10:26 - 10:28eyni formada maliyyələşdirilmədiyini
bilirsiniz. -
10:28 - 10:30Onların bir çoxunun borcu ola bilər.
-
10:30 - 10:34Deyək ki, şirkətin 10 milyon dollarlıq
aktivi var idi, amma -
10:34 - 10:37bunun üçün 5 milyon dollar borc ödədilər.
-
10:40 - 10:45Deyək ki, bu borcun faiz dərəcəsi
-
10:45 - 10:515%-dir.
-
10:57 - 10:58Gəlin daha rahat olması üçün,
-
10:58 - 11:01bunu 10% edək.
-
11:01 - 11:02Bu, əməliyyat gəliridir.
-
11:02 - 11:05Bu, aktivlərin özündən gələn puldur.
-
11:05 - 11:07Lakin bu, evə aparacağımız pul deyil,
-
11:07 - 11:09çünki bunun faizini ödəməliyik.
-
11:09 - 11:10Bu halda, bunu faiz xərci
-
11:12 - 11:13kimi qeyd edəcəyik.
-
11:13 - 11:17Aydın məsələdir ki, borcu olmayan bir
şirkətin faiz xərcləri olmayacaq, -
11:17 - 11:19amma bizim nümunədə borc var.
-
11:19 - 11:21Bu, illik gəlir hesabatıdır.
-
11:21 - 11:25Deyək ki, 5 milyon dollar borcumuz
varsa və bunu -
11:25 - 11:3010% ilə ödəyiriksə, bu, illik
-
11:30 - 11:34500 000 dollar edir. Beləliklə,
əməliyyat mənfəətimizin -
11:34 - 11:39yarısını banka qaytarmalıyıq.
-
11:39 - 11:43İndi isə vergi öncəsi
-
11:43 - 11:47gəlir barədə danışacağıq.
-
11:51 - 11:55Çıxma prosesini həyata keçirsək,
500 000 dollarımız qalır. -
11:56 - 11:59Bunun vergi öncəsi olduğunu nəzərə alaraq
-
11:59 - 12:01növbəti sətirin nə olacağını təxmin
edə bilərsiniz. -
12:01 - 12:05Bu şirkət sahiblərinin hökumətə pul
ödəmədən -
12:05 - 12:06əvvəl əldə etdikləridir.
-
12:06 - 12:08Təxmin edə biləcəyiniz kimi, növbəti sətir
-
12:08 - 12:09vergilər olacaq.
-
12:12 - 12:16Deyək ki, vergi dərəcəsi 30%-dir.
Siz burada -
12:16 - 12:19bu rəqəmdən 30%-ni çıxacaqsınız.
-
12:19 - 12:21Bu rəqəmin 30%-i,
-
12:21 - 12:29yəni 500 000 dolların 30%-i
150 000 dollardır. -
12:29 - 12:30Artıq işimiz bitdi.
-
12:30 - 12:33Nəhayət, ödəməli olduğumuz
hər kəsə ödəniş etdik. -
12:33 - 12:36Beləliklə, burada 3 milyon dollarla
işə başladıq. -
12:36 - 12:39Bir çox xərcləri ödəməyə davam etdik.
-
12:39 - 12:41Bəs indi nə qədər pulumuz qaldı?
-
12:41 - 12:49Xalis gəlirimiz 350 000 dollardır.
-
12:51 - 12:55Bu, şirkət sahiblərinə gedən puldur.
-
12:55 - 12:58Bu, xalis gəlirdir.
-
12:58 - 13:01Balans hesabatımıza qayıdaq,
10 milyon dollarlıq -
13:01 - 13:04aktivimiz, 5 milyon dollar borcumuz
var idi. -
13:04 - 13:07Qalığın kapital olduğunu bilirik.
-
13:07 - 13:10Gəlin bunu canlı rənglə edək.
-
13:10 - 13:11Kapital qalıqdır.
-
13:11 - 13:14Deyək ki, bunun hamısı balans
dəyərindədir. -
13:14 - 13:165 milyon dollarlıq kapitalımız var.
-
13:16 - 13:18Balans dəyəri dedikdə, bu,
mühasiblərimizin -
13:18 - 13:22ödənişlərimizi bildirməklərinin
-
13:22 - 13:23başqa bir yoludur.
-
13:23 - 13:24Hesabatımızda olanlar budur.
-
13:24 - 13:27Amortizasiya və köhnəlmə barədə
və bu dəyərləri necə dəyişdirə -
13:27 - 13:31biləcəyimiz barədə daha sonra
danışacağıq. Sadə dildə desək, -
13:31 - 13:33əgər çıxıb 10 milyon dollar dəyərində
əşya -
13:33 - 13:34alsanız, bunu hesabatınıza
-
13:34 - 13:3710 milyon dollarlıq aktiv kimi qeyd
edəcəksiniz. -
13:37 - 13:405 milyon dollarlıq bir kredit
götürsə idiniz və ya -
13:40 - 13:42sahib olduqlarınızın hamısını satmaq
istəsə idiniz , -
13:42 - 13:475 milyon dollar kapital əldə edərdiniz.
-
13:47 - 13:49Düşünürəm ki, bu, maraqlı mövzudur.
-
13:49 - 13:52Aktiv gəlirliliyindən istifadə etdikdən
sonra əməliyyat mənfəətinə baxdıq, -
13:52 - 13:55çünki bu, banka və ya başqa birinə
-
13:55 - 13:58ödəniş etmədən əvvəl şirkətimizin
yaratdıqlarıdır. -
13:58 - 14:01Bu rəqəmi bölünən olaraq götürdük və
-
14:01 - 14:03aktivlərin dəyərinə böldük.
-
14:03 - 14:06İndi isə kapital gəlirliliyi anlayışını
izah edə bilərik. -
14:12 - 14:15Kapital gəlirliliyini, bölünəni xalis
gəlir, yəni -
14:15 - 14:19350 000 dollar,
-
14:19 - 14:23məxrəci isə kapitalımızın balans dəyəri,
-
14:23 - 14:265 milyon dollar götürərək tapırıq.
-
14:26 - 14:27Buradakı
-
14:27 - 14:28sıfırları
-
14:28 - 14:30ixtisar edək.
-
14:30 - 14:33Yəni bu, 35/500-dir.
-
14:33 - 14:3835/500 7/100 ilə eynidir, beləliklə,
-
14:38 - 14:42kapital gəlirliliyi 7%-dir.
-
14:42 - 14:45Bu barədə
-
14:45 - 14:49çox dərinə getmək istəmirəm,
-
14:49 - 14:51çünki vaxt limitimi keçdiyimi görürəm.
-
14:51 - 14:54Lakin bu nöqtədə ən azından cihaz satan
-
14:54 - 14:56bir şirkətin əsas gəlir hesabatını
-
14:56 - 14:58yaxşı başa düşdüyünüzə inanıram.
-
14:58 - 15:00Gələcəkdə bir çox fərqli şirkətlərə, yəni
maliyyə -
15:00 - 15:03şirkətlərinə, sığorta şirkətlərinə,
təbii qaz boru kəməri -
15:03 - 15:06şirkətlərinə nəzər yetirəcəyik, hansı ki
onlar tamamilə -
15:06 - 15:08fərqli gəlir hesabatına sahib olacaq.
Lakin bu, sizin -
15:08 - 15:10üçün ümumi izah şablonudur.
-
15:10 - 15:14Ən azından gəlirlərin, ümumi
gəlirin, əməliyyat -
15:14 - 15:17gəlirinin, vergi öncəsi gəlirin və
xalis gəlirin -
15:17 - 15:19necə fərqli olduğunu görəcəksiniz.
-
15:19 - 15:20Mediada
-
15:20 - 15:22hər hansı bir şirkət bu qədər pul
qazandığı barədə -
15:22 - 15:24qarışıq məlumatlar qeyd olunur.
-
15:24 - 15:26Növbəti videoda görüşənədək, sağ olun.
- Title:
- Gəlir haqqında hesabata giriş
- Description:
-
Gəlir haqqında hesabat, gəlir, ümumi mənfəət, əməliyyat mənfəəti, xalis gəlir, ROA və ROE. Sal Khan tərəfindən yaradılmışdır.
Növbəti dərsi izləyin:
https://www.khanacademy.org/economics-finance-domain/core-finance/stock-and-bonds/valuation-and-investing/v/earnings-and-eps?utm_source=YT&utm_medium=Desc&utm_campaign=financeandcapitalmarketsƏvvəlki dərsi ötürdünüz? Buradan izləyin:
https://www.khanacademy.org/economics-finance-domain/core-finance/stock-and-bonds/valuation-and-investing/v/price-and-market-capitalization?utm_source=YT&utm_medium=Desc&utm_campaign=financeandcapitalmarketsKhan Academy-dəki maliyyə və kapital bazarları: Həyat texniki jarqon səsləndirərək bir şeyin yaxşı və ya pis bir fikir olduğuna inandırmağa çalışacaq insanlarla doludur. Onların əksəriyyəti nə haqqında danışdıqlarını bilmir. Səhmlərdən söz düşəndə bu insanlardan və ya onların qurbanlarından biri olmayın. P/E ehtiyatlarından EV/EBITDA-ya qədər, arxanızdayıq!
Khan Academy haqqında: Khan Academy şagirdlərə sinifdə və sinif xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə panelini təklif edir. Biz riyaziyyat, elm, kompüter proqramlaşdırma, tarix, sənət tarixi, iqtisadiyyat və daha çoxunu əhatə edirik. Riyaziyyat tapşırıqlarımız güclü tərəfləri və öyrənmə boşluqlarını müəyyənləşdirən ən müasir uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamağa qədər yönləndirir. Biz xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etmişik.
Pulsuz. Hər kəs üçün. Həmişəlik. #YouCanLearnAnything
Khan Academy-nin Maliyyə və Kapital Bazarları kanalına abunə olun: https://www.youtube.com/channel/UCQ1Rt02HirUvBK2D2-ZO_2g?sub_confirmation=1
Khan Academy-ə abunə olun:
https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 15:27
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement | |
![]() |
Evawest881 edited Azerbaijani subtitles for Introduction to the Income Statement |