-
Üçüncü dərəcəli çoxhədlini
-
birinci dərəcəli çoxhədliyə bölməliyik.
-
Ənənəvi bölmə üsulundan istifadə edərək
-
ifadəni sadələşdirə bilərdik.
-
Ancaq bu videoda
-
fərqli bir üsuldan istifadə edəcəyəm.
-
Bu üsul sintetik bölmə adlanır.
-
Bu videoda göstərəcəyim sintetik bölmə
-
üsulu bir qədər qəribə görünə bilər.
-
Növbəti videolarda bu üsulun
-
niyə məntiqli olduğunu, ənənəvi üsulla
-
eyni cavabı aldığını
-
görəcəksiniz.
-
Şəxsən mən bu üsuldan istifadə etməyi
çox sevmirəm,
-
çünki çox riyazidir.
-
Mən ənənəvi bölmə üsulunu üstün tuturam.
-
Ancaq bunun da öz üstünlükləri var.
-
Bu, daha sürətli ola bilər.
-
Həmçinin bunu hesablamaq üçün
daha az yer istifadə edilir.
-
Gəlin sintetik bölməni tətbiq edək.
-
Bu ifadəni sadələşdirək.
-
Başlamazdan əvvəl iki nüansa
-
diqqət etməliyik.
-
Bu, sintetik bölmə üsulunun
-
ən sadə formasıdır.
-
Bu ifadənin həllində
-
sintetik bölmənin
-
ən sadə formasını tətbiq edəcəyəm.
-
Birinci məqam odur ki,
çoxhədlinin dərəcəsi 1 olmalıdır.
-
Burada x var.
-
x kvadratı, x üstü 3,
-
x üstü 4 və s. yoxdur.
-
Digər bir məqam isə əmsalın 1-ə bərabər olmağıdır.
-
Ola bilsin ki, əmsal 1-dən fərqli qiymət olsun.
-
Bu zaman həmin ifadəni sintetik bölmə ilə
-
həll etdikdə, əlavə xassələrdən də
istifadə etməli olarıq.
-
Burada göstərdiyim nümunə
-
ümumi sadə formadır,
-
x üstəgəl və ya çıx hər hansı bir ədəd.
-
Bunlara əsasən
-
sintetik bölməni tətbiq edək.
-
Əvvəlcə kəsrin surətində
-
yazılan çoxhədlinin əmsallarını
-
müəyyən edək.
-
Gəlin onları yazaq.
-
Burada 3 var.
-
4 var, müsbət 4.
-
Mənfi 2 və
-
mənfi 1.
-
Sintetik bölmənin necə tətbiq edilməsindən
asılı olaraq
-
insanlar müxtəlif işarələr çəkirlər.
-
Ancaq bu, ənənəvi üsuldur.
-
Digər ədədləri yazmaq üçün
-
burada bir qədər yer saxlamalıyıq.
-
Ona görə də bu hissəni ayırırıq.
-
İndi isə məxrəcə baxaq.
-
Burada əsəs x-ə nəyin əlavə olunduğu
və ya
-
x-dən nəyin çıxıldığına baxırıq.
-
Gördüyünüz kimi burada müsbət 4 var.
-
Müsbət 4 yazmaq əvəzinə
bunun mənfisini yazırıq.
-
Yəni buraya mənfi 4 yazırıq.
-
İndi isə sintetik bölmə
-
üsulunu tətbiq edə bilərik.
-
Bu bir qədər qəribə görünəcək.
-
Növbəti videolarda bunun səbəbini görəcəksiniz.
-
Gördüyünüz birinci əmsalı
-
aşağıya gətiririk.
-
Buraya 3 yazaq.
-
Daha sonra burada olan qiyməti
mənfi 4-ə vururuq.
-
Bunu -4-ə vurmalıyıq.
-
3 vur mənfi 4 = -12.
-
Daha sonra -12-ə 4 əlavə edirik.
-
4 + mənfi 12 = -8.
-
Daha sonra mənfi 8-i mənfi 4-ə vururuq.
-
Ardıcıllıq artıq məlumdur.
-
-8 vur -4 = -32.
-
Müsbət 32-ə mənfi 2 əlavə edirik.
-
Burada müsbət 30 alınır.
-
Müsbət 30-u mənfi 4-ə vururuq.
-
-120 alınır.
-
İndi isə -1 və -120 cəmini tapırıq.
-
Cavabda -121 alınır.
-
İndi isə sonuncu mərhələyə baxaq.
-
Burada bir hədd var.
-
Bu, sintetik bölmə üsulunun
-
ən sadə formasıdır.
-
Burada x + və ya - hər hansı bir
ədəd verilib.
-
Odur ki, burada sadəcə bir hədd var.
-
Belə ki, bu həddi sağdan ayıra bilərik.
-
Bununla da cavabı tapmış olarıq.
-
Bu bir qədər möcüzəli görünə bilər.
-
Bunu sadələşdirək.
Buraya bir qədər
-
həyəcan qatmaq lazımdır.
-
Burada sabit bir hədd olacaq.
-
Buna 0 dərəcəli hədd kimi baxa bilərik.
-
Bu, x həddi olacaq.
-
Bu isə x kvadratı.
-
Buradan yola çıxaraq deyə bilərik ki,
-
bu, sabit hədd olacaq.
-
Bu, x həddi, bu isə x kvadratı.
-
Əgər daha çox hədd olsaydı, x üstü 3,
-
x üstü 4 və s. də tapa bilərdik.
-
Bu, 3x kvadratı - 8x + 30-a bərabərdir.
-
Burada gördüyünüz ifadə isə
-
qalıqdır.
-121/(x + 4)
-
Bu, tam bölmə deyil.
-
Böl x + 4.
-
Başqa sözlə desək,
-
burada qalıq alınır.
-
-121 böl (x + 4),
-
üstəgəl 30 - 8x + 3x kvadratı.
-
Ümid edirəm ki, aydın oldu.
-
Növbəti videolarda başqa
nümunələr görəcəyik və
-
bu üsulun mahiyyətini daha
geniş izah edəcəyəm.